Azərbaycan tibb universiteti stomatologiya fakultəSİNİn təDRİs proqrami (I – V kurs)


Stomatologiya fakultəsinin V kurs tələbələri üçün



Yüklə 2,02 Mb.
səhifə110/125
tarix04.01.2022
ölçüsü2,02 Mb.
#53017
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   125
Stomatologiya fakultəsinin V kurs tələbələri üçün

Ortopedik stomatologiya” fənnindən yaz semestri üzrə mühazirələrin



MÖVZU PLANI


N

Mövzular

Saat

1

Üz-çənə sisteminin zədələnmələri və onların müasir diaqnostikası və müalicəsi. Ortopedik stomatlogiya klinikasında müasir diaqnostika üsullarının aparılması

2

2

Ortopedik stomatologiyada çıxmayan protezlənməyə dair müasir problemlər. Diş taclarının və cərgələrinin müxtəlif çıxmayan protez konstruksiyaları ilə protezlənməsinin bioloji və kliniki əsaslandırılması: taxmalar, ştifli dişlər, müxtəlif süni qapaqlap, körpüvari protezlənmənin müxtəlif konstruksiyaları, implantlar üzərində protezləmə. Müxtəlif çıxmayan protez konstruksiyaların kliniki-laborator xüsusiyyətləri, protezləmədə materialşünaslıq

2

3

Ortopedik stomatologiyada çıxan protezləməyə dair müasir problemlər. Hissəvi və tam qüsurlar zamanı müxtəlif çıxan protezlənmənin növlərinin seçilməsinin kliniki və bioloji əsasalandırılması: hissəvi çıxan lövhəli və bügel protezləri, akril plastik kütləsindən və tibbi təmiz termoplastlardan hazırlanan tam çıxan protezlər. Yüksək fizioloji və estetik nəticələrin alınmasında çıxan protezləmədə implantların əhəmiyyəti

2

4

Parodont xəstəlikləri zamanı kompleks müalicədə ortopedik üsullarından istifadə olunmasının əsaslandırılması. Müalicə zamanı həkim taktikasının əsaslandırılması. Ortopedik müalicənin müxtəlif mərhələləri və onların seçim qaydaları. Poliklinik şəraitdə diaqnostikanın xüsusiyyətləri. Müalicə apparatlarının və şinalayıcı konsturksiyaların müalicə effektivlyinin əsaslandırılması. Müvəqqəti və daimi şinaların tətbiqinin kliniki xüsusiyyətləri

2

5

Ortopedik stomatoloji protezləmə zamanı əmələ gələn səhvlər və ağırlaşmalar. Onların diaqnostik xüsusiyyətləri. Müxtəlif protezləmə prosesində buraxılan əsas xarakterik səhvlərin aradan qaldırılması və profilaktikası. Həkim stomatoloq və diş texniklərinin səhvlərin buraxılmasında məsuliyyəti

2

6

Müxtəlif növ diş protezlərinin ağız boşluğunun toxumalarına mənfi təsiri. Müxtəlif travmatik və digər mənfi təsirlərin kompleks müalicəsi

2

7

Üz-çənə zədələnmələrində müasir diaqnostika və müalicə üsulları

2

8

Çənələrin sınıqlarının ortopedik mülicəsi: alveol çıxıntısı, yuxarı çənə, aşağı çənə sınıqlarının ortopedik müalicəsi. Aşağı çənə cisminin dişsiz fraqmentləri olan sınıqların ortopedik müalicəsi

2

9

Düzgün bitişməmiş sınıqların ortopedik mülicəsi. Yalançı oynaqlar, çənə kontrakturalarının ortopedik müalicəsi və mexanoterapiya

2

10

Üz-çənə nahiyyəsində yaranmış qüsur və deformasiyaların ortopedik müalicəsi. Yuxarı çənə və damağın qüsurları, yuxarı çənənin rezeksiyasından sonra protezləmə; aşağı çənənin qüsurlarında və onun rezeksiyasından sonra protezləmə. Üzün qüsurları. Burunda bərpaedici cərrahi əməliyyatlar zamanı ortopedik tədbirlər . Qulaq seyvanı və göz orbitası qüsurlarının protezlənməsi

2




Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin