Azərbaycan tibb universiteti stomatologiya fakultəSİNİn təDRİs proqrami (I – V kurs)


Stomatologiya fakultəsinin IV kurs tələbələri üçün



Yüklə 2,53 Mb.
səhifə106/110
tarix10.01.2022
ölçüsü2,53 Mb.
#102727
növüMühazirə
1   ...   102   103   104   105   106   107   108   109   110
Stomatologiya fakultəsinin IV kurs tələbələri üçün

Otorinolarinqologiya” fənnindən mühazirələrin



MÖVZU PLANI




Mövzular

Saat

1



Otorinolarinqologiyaya giriş, onun məzmunu və qarşısında duran məsələlər. Otorinolarinqologiyanın tarixi və inkişaf yolları. Otorinolarinqologiyada profilaktika və dispanserizasiya. Eşitmə və müvazinət aparatının quruluşu haqda ümumi təsəvvürlər. Eşitmə nəzəriyyələri. Otolit aparatın və yarımdairəvi kanalların fiziologiyası, onların kosmik uçuşda rolu. Daxili qulağın eşitmə və müvazinət hissəsinin patologiyasının ümumi məsələləri.

Xarici və orta qulağın anadangəlmə anomaliyaları, onların korreksiya prinsipləri. Uşaqlarda kəskin otitin müxtəlif formalarının gedişatı. Ümumi infeksion xəstəliklər zamanı, kəskin orta otitin gediş xüsusiyyətləri.

Antrit, mastoidit; mastoiditlərin formaları, konservativ və cərrahi müalicə üsulları. Antromastoidotomiya. Orta qulagın xroniki irinli iltihabı. Xroniki irinli orta otitin etiologiyası, patogenezi, təsnifatı və müalicəsi. Qulaqda radikal əməliyyat və ona ğöstərişlər. Radikal operasiyanın növləri - qulaqarxası, qulaqdaxili, eşitməni mühafizə. Timpanoplastika, onun növləri.


2

2



Otogen kəllədaxili ağırlaşmalar, inkişaf mexanizmi, təsnifatı. Ekstradural və subdural abseslər, leptomeningit, beyin və beyincik absesi. S”-ə bənzər, köndələn sinusların və daxili vidaci venanın tromboflebiti. Otogen sepsis, patogenizi, kliniki formaları. Otogen kəllədaxili ağırlaşmaların klinikası, diaqnostikası və differensial diaqnostikası. Müalicə prinsipləri.

Otra qulağın qeyri-irinli xəstəlikləri. Orta qulağın kəskin və xroniki katarı. Onların yuxarı tənəffüs yollarının xəstəlikləri ilə əlaqəsi. Ekssudativ otit. Timpanoskleroz.

Eşitmə borusunun keçiriciliyinin müayinə metodları, qulaq monometriyası. Eşitmə borusunun keçiriciliyinin uçuş və paraşut xidmətində əhəmiyyəti. Otoskleroz. Menyer xəsstəliyi. Etiologiya, klinika, diaqnostika və müalicəsinin müasir üsullrı.

Daxili qulağın xəstəlikləri. Labirintitlər, etiologiyası və inkişaf mexanizmi. Labirintitlərin müxtəlif formalarının (məhdud, diffuz) simptomları, fəsadları.

Koxlear nevritlər – professional, medikamentoz, infeksion-toksiki. Kontuziyon koxlear nevrit. İstehsalat küylərinin, silkələnmənin (vibrasiya) koxlear nevritlərin inkişafında rolu. Ototoksiki antibiotiklər. Koxlear nevritlərin profilaktikası, klinikası, diaqnostikası və müalicəsi. Ağıreşitmə və karlıq zamanı eşitmənin protezləşdirilməsi. Surdoloqopedik kabinetlər.


2

3



Yuxarı tənəffüs yollarının fiziologiya və patofiziologiyası. Tənəffüs yollarının xəstəliklərinin profilaktikasında normal burun tənəffüsünün əhəmiyyəti. Böyüklərdə və südəmər uşaqlarda kəskin rinit. Burun, udlaq və qırtlaq difteriyası. Xarici burunun travmaları (sınıqlar). Xarici burunun deffektləri və deformasiyaları. Burun arakəsməsinin əyriliyi, hematoması və absesi. Yuxarı tənəffüs yollarının qeyri-spesifik iltihabi xəstəlikləri. Xroniki sadə hipertrofik və allergik rinitlər, faringitlər, laringitlər. Vazomator rinit, etiologiyası, patogenezi, klinikası, profilaktikası və müalicəsi. Özena. Burun qanaxmaları.

Burunətrafı ciblərin kəskin və xroniki iltihabi xəstəlikləri. Rinogen, stomatogen və hematogen sinusitlər, onların klinikası, diaqnostikası və müalicəsi. Rinogen göz yuvası və kəllədaxili ağırlaşmalar. Göz yuvası ağırlaşmaların inkişafına şərait yaradan anatomik zəmin və onların kliniki xüsusiyyətlər.



2

4

Udlaq limfadenoid həlqəsinin fiziologiyası və patofiziologiyası. Damaq badamcıqlarının hipertrofiyası və adenoid. Udlaq limfadenoid həlqəsinin patologiyasının böyüklərin və uşaqların orqanizminə təsiri. Anginalar, kliniki formaları (kataral, lakunar, follikulyar). Simanovski-Plaut-Vensanın anginası. Qan xəstəlikləri və uşaq infeksion xəstəlikləri zamanı (qızılca, skarlatin və digərləri) anginalar. Fleqmonoz angina və paratonzilyar abses, etiologiyası, patogenezi, klinikası və müalicəsi. Tonzillogen sepsis. Udlaqarxası və parafaringeal abseslər.



2

5

Qırtlağın struktur xüsusiyyətləri və funksiyaları. Səs əmələ gəlməsinin mexanizmi. Müğənni səsləri. Uşaqlarda səsin mutasiyası. Qırtlağın kəskin və xroniki iltihabi xəstəlikəri. Uşaqlarda kəkin respirator virus infeksiyası zamanı larinqotraxeit sindromu. Qırtlağın kəskin və xroniki stenozları. Konservativ və cərrahi müalicə. Intubasiya, traxeotomiya, larinqofissura. Qırtlağın xoş və bədxassəli şişləri. Qırtlağın, traxeyanın, bronxların və yemək borusunun yad cisimləri. Qida borusunun yanıqları. Traxeobronxoskopiya və ezofaqoskopiya.

2

6

Xroniki tonzillit. Etiologiyası, patogenezi, kliniki simptomları (yerli və ümumi). Orqanizmin digər ümumi xəstəlikləri ilə qarşılıqlı əlzqəsi. Xroniki tonzillitlə bağlı xəstəliklər.

2

7

Klassifikasiya, konservativ və cərrahi müalicə.

2




Cəmi

14



Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin