Azərbaycan tibb universiteti stomatologiya fakultəSİNİn təDRİs proqrami (I – V kurs)


Stomatologiya fakültəsinin II kurs tələbələri üçün



Yüklə 2,53 Mb.
səhifə55/110
tarix10.01.2022
ölçüsü2,53 Mb.
#102727
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   110
Stomatologiya fakültəsinin II kurs tələbələri üçün

Operativ cərrah­lıq və topoqrafik anatomiya” fənnindən mühazirələrin



M Ö V Z U P L A N I


N

Mövzular

Saat

1

Giriş. Operativ cərrahlıq və topoqrafik anatamiya fənninin qısa inkişaf tarixi. Ətrafların cərrahi anatomiyası. Kollaterial qan dövranı haqqında anlayış. Cərrahi əməliyyatlar, və onların təsnifatı. Damarların əldə olunması və bağlanması. Damar, sinir, və vətər tikişləri. Yaraların birincili cərrahi işlənməsi. Ətrafların irinli -iltihabi prosesləri zamanı aparılan əməliyyatlar. Sümüklər və oynaqlar üzərində aparılan cərrahi əməliyyatlar. Ətrafların amputasiyası və ekzartikulyasiyası haqqında anlayış. Amputasiyaların təsnifatı. Amputasiyalar zamanı yumşaq toxumaların, damarların, sinirlərin, sümüklərin işlənmə qaydaları.

2

2

Başın beyin şöbəsi: oriyentir və proyeksiyaları. Kəllənin daxili və xarici əsası. Beyinin qişaları. Kəllə - beyin topoqrafiyasının sxemi. Kəllə -beyin yaralarının birincili cərrahi işlənməsi. Kəllənin trepanasiyası: dekompression və sümük plastik. Başın üz şöbəsi. Üzün fassiaları və toxuma sahələri. Üz venalarının kəllədaxili venalarla anastomozları. Üz sinirinin topoqrafiyası. Üzün yan şöbəsi. Burada yerləşən fassial toxuma sahələri, udlaqyanı və udlaqarxası toxuma sahələri. Üz yaralarının birincili cərrahi işlənməsi. Üzdə baş verən abseslər və fleqmonalar zamanı aparılan kəsiklər. Yerli ağrısızlaşdırma qaydaları.

2

3

Üzün ön şöbəsi, vaskulyarizasiya, innervasiya və limfa mənbələri. İrinli - iltihabi proseslərin mümkün olan yayılma yolları. Cərrahi əməliyyatlar: Kolduel -Lyupa görə radikal haymoratomiya haqqında anlayış. Üzdə aparılan bərpaedici və ya rekonstruktiv cərrahi əməliyyatlar. Reno və uronoplastika haqqında anlayış. Üst və alt çənənin rezeksiya qaydaları.

2

4

Boyun nahiyəsinin cərrahi anatomiyası. Boyun üçbucaqları, boyunun fassiaları və toxuma sahələri. Limfa dövranı. İrinli proseslərin yayılma yolları. Cərrahi əməliyyatlar. A.V. Vişnevskiyə görə vaqosimpatik blokada. Ağız başluğu dibində və boyunda baş verən abseslər, fleqmonalar zamanı aparılan kəsiklər. Boyun damarlarının əldə olunması və bağlanması. Traxeotomiya və traxeostomiya.

2

5

Döşün divarlarının və döş boşluğu orqanlarının cərrahi anatomiyası. Süd vəzisi. Diafraqma. Ön və arxa orta divar. Süd vəzisi üzərində aparılan cərrahi əməliyyatlar. Plevra və perikart boşluqların punksiyası. Pnevmotorokslar, bu zaman ilk yardım qaydaları. Ağ ciyər ürək yaralanmalarının tikilmə qaydaları.

2

6

Qarının ön- yan divarlarının cərrahi anatomiyası. Burada əmələ gələn yırtıqların inkişaf prinsipləri və təsnifatı. Hernioplastika əməliyyatlarının əsasları. Periton boşluğunun yuxarı və aşağı mərtəbə orqanlarının cərrahi anatomiyası. Periton boşluğu orqanları üzərində aparılan cərrahi əməliyyatların əsasları. Periton boşluğunun punksiyası. Appendektomiya.

2

7

Bel nahiyyəsinin, peritonarxası sahənin cərrahi anatomiyası. Peritonarxası boşluqda yerləşən orqanlar üzərində aparılan cərrahi əməliyyatların əsasları. Paranefral blokada. Kiçik çanaq və aralığın cərrahi anatomiyası. Çanaq və aralıq orqanları üzərində aparılan cərrahi əməliyyatların əsasları. Sidik kisəsinin punksiyası. Kateterizasiya. Paraproktitlər zamanı aparılan kəsiklər.

2




Cəmi

14




Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin