N
|
Mövzular
|
Saat
|
1
|
Mülki Müdafiə Tibb Xidmətinin vəzifələri və təşkilatı quruluşu
|
4
|
2
|
Fövqəladə hallarda yaranmış zədə ocaqlarının tibbi-taktiki səciyyələndirilməsi
|
4
|
3
|
Təbii fəlakət, iri qəzalar və ya hərbi təhlükələr gözlənilən hallarda tibbi təminatın təşkili
|
2
|
4
|
Mülki Müdafiənin mühafizə qurğuları
|
2
|
5
|
Fərdi mühafizə vasitələri
|
2
|
6
|
Fövqəladə hallarda xəsarət almış əhalinin müalicə-təxliyyə təminatının təşkili əsasları
|
2
|
7
|
Zədələnmə ocaqlarında ilk tibbi və ilk həkim yardımının təşkili
|
8
|
8
|
Təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın təşkili
|
2
|
9
|
Sülh və təhlükəli dövrlərdə aparılan sanitar-gigiyenik və əksepidemik tədbirlər
|
2
|
10
|
MMTX müəssisələri və dəstələrinin tibbi-sanitar, təsərrüfat və xüsusi əmlakla təchiz olunması
|
2
|
N
|
Mövzular
|
Saat
|
1
|
Gigiyena fənni, onun məqsədi, məzmunu və vəzifələri. Əsas profilaktik elm kimi onun tibb fənləri arasında mövqeyi və əhali sağlamlığının qorunmasında rolu. Xarici mühitlə orqanizmin vəhdətliyi profilaktik təbabətin əsası kimi. Həkim-stomatoloqun fəaliyyətində gigiyena biliklərinin əhəmiyyəti. Gigiyenanın və ekoloJi təfəkkürün inkişaf tarixi: müxtəlif dövrlərdə bu elmin inkişafının əhali sağlamlığının formalaşmasına təsiri. Azərbaycanda gigiyena elminin və sanitariya xidmətinin inkişafı və görkəmli xadimləri. Gigiyena elminin müasir problemləri, əsas müayinə üsulları, xarici mühitin risk amillərinin orqanizmə təsirinin və risk qruplarının öyrənilməsində bu üsulların əhəmiyyəti. Sanitariya-qiqiyenik monitorinqin təşkilinin ümumi əsasları və mahiyyəti. Sanitariya təşkilatları, onların vəzifələri və hüquqları
|
2
|
2
|
Qidalanmanın fizioloji-gigiyenik əsasları. Səmərəli qidalanma haqqında anlayış, insanın sağlamlığı və fiziki inkişafı üçün onun əhəmiyyəti. Qidalanmanın fizioloji normaları. Müalicə və profilaktik qidalanma haqqında anlayış. İzafi və natamam qidalanma ilə əlaqədar alimentar və endemik xəstəliklər, onların profilaktikasının əsas prinsipləri. Heyvani və bitki mənşəli ərzaq məhsullarının gigiyenik cəhətdən differensial qiymətləndirilməsi
|
2
|
3
|
İnsanın qidalanmasında zülallar, yağlar, sulu karbonlar, mineral maddələr və vitaminlərin əhəmiyyəti, onların çatmamazlığının və ifrat miqdarının ağız boşluğu və diş xəstəliklərilə əlaqəsi. Ərzaq məhsullarının konservləşdirilməsinin əhəmiyyəti. Konservləşdirmə üsullarının gigiyenik səciyyələndirilməsi. Qida zəhərlənmələri, onların təsnifatı və profilaktikası
|
2
|
4
|
Torpaq xarici mühit obyekti kimi, əhali arasında ümumi və yoluxucu xəstəliklərin yayılmasında onun rolu. Azərbaycanda torpaqların əsas gigiyenik xüsusiyyətləri. Torpağın kimyəvi tərkibilə endemik diş xəstəlikləri arasında əlaqə. Yaşayış məskənlərində torpağın çirklənməsinin əhali sağlamlığına, yaşayış və əmək şəraitinin sanitariya vəziyyətinə təsiri. Yaşayış məskənlərinin səmərəli planlaşdırılmasının gigiyenik əsasları. Urbanizasiyanın gigiyenik aspektləri. Mənzillərin insan sağlamlığına təsiri və gigiyenik cəhətdən qiymətləndirilməsi. Yaşayış yerlərin sanitariya təmizlənmə sistemləri
|
2
|
5
|
Müalicə-profilaktika müəssisələrinin planlaşdırılması, yerləşdirilməsi, avadanlıqı və sanitariya rejiminin gigiyenik cəhətdən qiymətləndirilməsi. Xəstəxana tikintisi sistemlərinin gigiyenik səciyyələndirilməsi. Stomatoloji profilli müalicə-profilaktika müəssisələrinin planlaşdırılması və quruluşuna dair gigiyenik tələblər və onların xüsusiyyətləri
|
2
|
6
|
Su biosfer amili kimi. Suyun insan orqanizminə və əhalinin sağlamlıq vəziyyətinə təsiri. Endemik və yoluxucu xəstəliklərin yayılmasında suyun rolu. İçməli suların keyfiyyətinin fiziki, orqanoleptik, kimyəvi və bakterioloji göstəriciləri, onların gigiyenik normalaşdırılmasının əhəmiyyəti. Suyun mikroelement tərkibinin dişlərin endemik xəstəliklərinin yayılmasında rolu
|
2
|
7
|
Su təchizatı mənbələri və sistemlərinin gigiyenik cəhətdən qiymətləndirilməsi, suyun keyfiyyətinə onların təsiri. Azərbaycanın əsas su təchizatı mənbələrinin gigiyenik xüsusiyyətləri. Mərkəzləşdirilmiş və yerli su təchizatı sistemləri. Mərkəzləşdirilmiş və yerli su təchizatı sistemlərində suyun keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq edilən üsulların sağlamlığın qorunmasında əhəmiyyəti. Suyun flüorlaşdırılmasının və flüorsuzlaşdırılmasının kariyes və flüoroz xəstəliklərinin profilaktikasında əhəmiyyəti. Su təchizatı mənbələri və sistemlərinin sanitariya mühafizəsi
|
2
|
8
|
Atmosfer havası biosferin əsas elementlərindən biri kimi. Onun əsas fiziki risk amillərinin orqanizmə təsiri və gigiyenik qiymətləndirilməsi. Havanın temperaturu, rütubəti, cərəyanı və atmosfer təzyiqinin gigiyenik qiymətləndirilməsi və normalaşdırılması. Havada elektromaqnit dalğaları, radioaktivlik və elektrik sahəsinin gigiyenik cəhətdən səciyyələndirilməsi
|
2
|
9
|
Atmosfer havasının təbii qaz tərkibi, onun insan orqanizminə, sağlamlığına təsiri. Atmosfer havasında və qapalı mühitlərdə zərərli qaz qarışıqları və tozlar. Onların orqanizmə və sağlamlığa təsiri. Atmosfer havasının əsas çirklənmə mənbələri və onların gigiyenik cəhətdən səciyyələndirilməsi. Toksik dumanlar və onların əhali sağlamlığına təsiri. Havanın mikroorqanizmlərlə çirklənməsi, sağlamlığa təsiri. Atmosfer havasının çirklənmədən mühafizəsinin əsas prinsipləri
|
2
|
10
|
Günəş şüalarının orqanizmə təsiri, onların gigiyenik əhəmiyyəti. Dişlərin kariyesi və raxit xəstəliyinin profilaktikasında ultrabənövşəyi şüların rolu. Günəş şüalarının zərərli təsirləri və onların profilaktikası. Hava, iqlim və mikroiqlim haqqında anlayış, onların insan orqanizminə təsiri. Azərbaycanda əsas iqlim zonaları. Meteotrop və mövsümi xəstəliklər, onların profilaktikası. İqliməuyğunlaşma və bu sahədə gigiyenik tədbirlərin rolu
|
2
|
11
|
Radiasiya gigiyenasının məzmunu, vəzifələri. Radioaktivlik və ionlaşdırıcı şüalar haqqında anlayış. İonlaşdırıcı şüa mənbələri. İonlaşdırıcı şüaların bioloji təsiri və onun profilaktikası. Təbii və süni radiasiya fonu haqqında anlayış. Ətraf mühitin radioaktiv çirklənməsi və insanların şüalanması üzərində radiometrik və dozimetrik nəzarət. Radioaktiv çirklənmədən və şüalanmadan mühafizə tədbirləri
|
2
|
12
|
Əmək gigiyenası fənni, onun məqsədi, məzmunu, vəzifələri, müayinə obyekti və üsulları. Əməyin fizioloji-gigiyenik əsasları. İş zamanı orqanizmdə baş verən fizioloji dəyişikliklər. Yorulma və həddən artıq yorulma, onların profilaktikası. İstehsalatda risk amilləri – peşə zərərləri və peşə xəstəlikləri haqqında anlayış. İstehsalatın risk amillərinin işçilərin sağlamlığına və xəstələnmə səviyyəsinə təsiri. Peşə xəstəliklərinin təsnifatı. Bədənin məcburi vəziyyəti və ayrı-ayrı üzvlərin gərginləşməsilə əlaqədar xəstəliklər, onların profilaktikası
|
2
|
13
|
İstehsalat mühitinin əlverişsiz fiziki, kimyəvi və bioloji amilləri, onların törətdikləri peşə xəstəliklərinin profilaktikası. Sənaye zəhərlərinin orqanizmə təsirinin qanunauyğunluqları, peşə zəhərlənmələri. İstehsalat tozları. Pnevmokoniozlar. Ağız boşluğu və dişlərin toz mənşəli peşə xəstəlikləri. Profilaktik tədbirlər. Tibb işçilərinin, həkim-stomatoloqların və diş texniklərinin əməyinin gigiyenik səciyyələndirilməsi
|
2
|
14
|
Böyüməkdə olan nəslin sağlamlığının qorunması və möhkəmləndirilməsi – uşaq və yeniyetmələr gigiyenasının mühüm vəzifəsi kimi. Uşaq və yeniyetmələrin fiziki inkişafının anatomik-morfo-funksional xüsusiyyətləri. Məktəblilərin əmək və istirahət rejiminin təşkilinin fizioloji-gigiyenik əsasları. Uşaq tərbiyə və tədris müəssisələrinin gigiyenası. Məktəblilərdə ağız boşluğu və diş xəstəliklərinin profilaktikası üzrə həkim-stomatoloqun vəzifələri
|
2
|
15
|
Milli Orduda sanitariya-gigiyenik tədbirlərin təşkilinin əsasları. Qoşunların yerləşdirilməsinin gigiyenası, hərbi qulluqçuların sağlamlığında rolu. Qoşunların stasionar və çöl şəraitində yerləşdirilməsinin gigiyenik xüsusiyyətləri. Hərbi-çöl şəraitində qoşunların qidalanması və su təchizatı üzərində sanitariya-gigiyenik nəzarətin əhəmiyyəti və təşkilinin əsasları. Kütləvi qırğın silahı (KQS) tətbiq olunması şəraitində ərzaqların və suyun sanitariya mühafizəsi və zərərsizləşdirilməsinin əhəmiyyəti. Fərdi su istifadəsinin gigiyenası. Müxtəlif quru qoşun hissələrində (motoatıcı, artilleriya, raket, radiotexniki və s.), hərbi əməyin gigiyenası. Hərbi qulluqçular arasında peşə xəstəlikləri və zəhərlənmələrin profilaktikası
|
2
|