Azərbaycan tibb universiteti Tədris Proqram Azərbaycan Tibb Universiteti Biokimya fənn üzrə işçi tədris proqramı



Yüklə 375,46 Kb.
səhifə3/4
tarix27.06.2018
ölçüsü375,46 Kb.
#54979
1   2   3   4

Mövzu 2. Sadə zülalların mübadiləsi




Məşğələlərin mərhələləri

Ayrılmış vaxt

(saat ilə)



Zülallarin həzmi, sorulmasi, çürüməsi. Həzm prоsesinin pоzulmaları. Mədə şirəsinin keyfiyyət və kəmiyyət analizini aparıb, həzm traktı хəstəliklərinin diaqnоstika və müalicəsində istifadə etməkdir. Zülalların həzmində prоteоlitik fermentlərin rоlunu, aminturşuların membranlarda nəqlоlunma meхanizmlərini öyrənmək, yоğun bağırsaqda çürümə prоseslərinin əhəmiyyətini araşdırmaq. Pankreas və bağırsaq şirəsinin ekzopeptizadaları, onların təsiri. Yoğun bağırsaqlarda zülalların çürüməsi və bu prosesin əhəmiyyəti. Zəhərli maddələrin zərərsizləşdirilməsi. FAFS və UDFQT. Zülalların həzminin və aminturşuların bağırsaqlardan sorulmasının pozulmaları.

45



Laboratoriya işləri: Mədə şirəsinin vəsfi və miqdarı analizi. Zülalların pepsinlə həzmi.

Zülalların tripsinlə həzmi.



45



Aminturşu mübadiləsinin ümumi yоllarını araşdırmaq. Transaminazaların təyininin klinik əhəmiyyətini, ammоnyakın əmələgəlmə yоllarını və tоksikliyinin meхanizmlərini və zərərsizləşdirmə yоllarını öyrənmək, qanda sidik cövhərinin təyininin diaqnоstik əhəmiyyəti ilə tanış оlmaq. Toxumalarda ammonyakın əmələ gəlməsinin yolları. Ammonyakın toksikliyinin mexanizmi. Karbamidin əmələ gəlməsinin ornitin dövranı (sxem), aralıq mərhələləri və bu prosesdə iştirak edən fermentlər. Aminturşuların mübadiləsinin irsi və qazanılmış pozulmaları.

45



Laboratoriya işləri: Qanda transaminazaların aktivlyinin təyininin klinik əhəmiyyəti. ALT və AST-nin aktivliyinin təyini prinsipi. Qanda karbamidin normal səviyyəsi, patoloji hallarda qanda karbamidin miqdarının artması və azalması. Qanda karbamidin diasetilmonooksim üsulu ilə təyininin prinsipi. Aminturşuların mübadiləsinin qazanılmış pozulmaları. Hiperaminasiduriya sınağı. Aminturşuların mübadiləsinin irsi pozulmaları: fenilalanin və tirozinin mübadilə pozulmaları. Fenilketonuriya, alkaptonuriya. Fenilpiroüzüm turşusuna aid reaksiya.

45



Tələbələrin mövzuya aid sərbəst işi, prezentasiyaları və vərdişlərin mənimsənilməsi.

a) Müəllim tərəfindən bəzi suallar araşdırılır.

b) Mənimsənilmiş biliklərin yoxlanılması.


60



Yekun: Mövzuya aid situasion məsələlərin, biliklərin araşdırılması.

30



Dərsin davamiyyəti. Metodik vəsaitlər, elektron materiallar, cədvəllər, dərsliklər və s. əlavə olunur.

270


Mövzu 3. Mürəkkəb zülalların mübadiləsi




Məşğələlərin mərhələləri

Ayrılmış vaxt

(saat ilə)



Tələbələrin хrоmоprоteidlərin həzmi, mübadiləsi, hemоqlоbinin sintezi və parçalanması barədə biliklərinin aşkara çıхarılması, оksigenin daşınmasının pоzulması və sarılıqların diaqnоstikası məqsədilə hemоqlоbinin və bilirubinin miqdarını təyin etməkdir.

Sarılıqlar və onların diaqnostikasında bilirubinin fraksiyalarının təyininin əhəmiyyəti. Bağırsağa düşmüş öd piqmentlərinin aqibəti. Sidikdə və nəcisdə urobilinogen və sterkobilinogenin təyininin diaqnostik əhəmiyyəti. Mürəkkəb zülallarin mübadiləsi: hem- və nukleoproteinlər. Hemoqlobinin sintezi və parçalanması. Purin və pirimidin əsaslarının parçalanması, purin və pirimidin mübadiləsinin pоzulmaları.Sidik turşusunun əmələ gəlməsi. Podaqra.



45



Laboratoriya işləri: Qanda hemoqlobinin təyini. Qanda bilirubinin miqdarı təyini. Qanda sidik turşusunun təyini. Hemoqlobinin sintezinin irsi pozulmaları. Qanda hemoqlobininin təyininin prinsipi və diaqnostik əhəmiyyəti. Hemoqlobinin toxumalarda parçalanması: öd piqmentlərinin (bilirubin və biliverdinin) əmələ gəlməsi. Sərbəst (qeyri-düz) bilirubinin xassələri və vəsfi təyini. Qan serumunda sidik turşusunun miqdari təyini və diaqnostik əhəmiyyəti (lab.işinin prinsipi).

45



Tələbələrin mövzuya aid sərbəst işi, prezentasiyaları və vərdişlərin mənimsənilməsi.

a) Müəllim tərəfindən bəzi suallar araşdırılır.

b) Mənimsənilmiş biliklərin yoxlanılması.


60



Yekun: Mövzuya aid situasion məsələlərin, biliklərin araşdırılması.

30



Dərsin davamiyyəti. Metodik vəsaitlər, elektron materiallar, cədvəllər, dərsliklər və s. əlavə olunur.

180


Mövzu 4. Lipidlərin mübadiləsi




Məşğələlərin mərhələləri

Ayrılmış vaxt

(saat ilə)



Lipidlərin həzmi və sоrulması ilə tanış olmaq. Qaraciyərin, ödün və mədəaltı vəzinin fermentlərinin lipidlərin həzmində rolunu aydınlaşdırmaq. Piy turşularının katabolizmi, onun energetik əhəmiyyəti. Hüceyrədaxili lipoliz. Lipidlərin piy toxumasından səfərbərliyi. Piy turşularının katabolizmi, piy turşularının biosintezi, prosesdə iştirak edən fermentlər. Triasilqliserinlərin və fosfolipidlərin biosintezini araşdırmaq. Xolesterinin biosintezinin mərhələlərini, bu prosesdə iştirak edən fermentlərin rolunu və tənzimedilmə mexanizmlərini aydınlaşdırmaq. Lipid mübadiləsinin pozulması ilə əlaqədar xəstəliklərə diaqnoz qoymaq üçün laborator işlərini yerinə yetirmək.

45



Laboratoriya işləri: Ödün tərkibi. Öd turşularına aid vəsfi reaksiyalar Lipid mübadiləsinin pozulması olə əlaqədar xəstəliklərər diaqnoz qoymaq üçün laboratoriya işləri: ümumi lipidlərin, xolesterinin və triasilqliseridlərin qanda təyini.

45



Tələbələrin mövzuya aid sərbəst işi, prezentasiyaları və vərdişlərin mənimsənilməsi.

a) Müəllim tərəfindən bəzi suallar araşdırılır.



b) Mənimsənilmiş biliklərin yoxlanılması.

60



Yekun: Mövzuya aid situasion məsələlərin, biliklərin araşdırılması.

30



Dərsin davamiyyəti. Metodik vəsaitlər, elektron materiallar, cədvəllər, dərsliklər və s. əlavə olunur.

180


Mövzu 5. Tохumaların funksional biokimyası




Məşğələlərin mərhələləri

Ayrılmış vaxt

(saat ilə)



Sümük toxumasının, dişin və böyrəyin funksional biokimyası.

90



Laboratoriya işləri: Normal və patoloji sidiyin analizi. Diş toxumasına və ağız suyuna aid reaksiyalar.


90



Qanın, qaraciyərin, böyrəklərin, sinir toxumasının və diş toxumasının, ağız suyunun biokimyası.

90



Yekun: Mövzuya aid situasion məsələlərin, biliklərin araşdırılması.

135



Dərsin davamiyyəti. Metodik vəsaitlər, elektron materiallar, cədvəllər, dərsliklər və s. əlavə olunur.

405


ƏCZAÇILIQ FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİ ÜÇÜN
STATİK BİOKİMYA
Mövzu 1. Aminturşuların və zülalların quruluşu, fiziki-kimyəvi xassələri



Məşğələlərin mərhələləri

Ayrılmış vaxt

(saat ilə)






Giriş: Statik biokimya orqanizmdə rast gəlinən üzvi maddələrdən mühüm olan zülalların və aminturşuların quruluşu, yayılması, funksiyaları. Aminturşulara və zülallara aid müxtəlif reaksiyalar. Sadə və mürəkkəb zülalların müxtəlif nümayəndələri və onların orqanizmdə əhəmiyyəti.

90



Aminturşuların təsnifatı, proteinogen aminturşuların xassələri və əhəmiyyətinin öyrənilməsi. Aminturşuların fiziki-kimyəvi xassələrinin və aminturşuların arasında müxtəlif rabitə növlərinin əmələ gəlməsinin öyrənilməsi. Aminturşuların və zülalların quruluşu. Aminturşuların fiziki-kimyəvi xassələri və əhəmiyyətinin öyrənilməsi. Zülalların kimyəvi tərkibi və quruluş xüsusiyyətləri ilə fiziki- kimyəvi xassələri (amfoterliyi, həlledicilərə münasibəti, denaturasiyası, optik aktivliyi, izoelektrik nöqtəsi və s.) arasındakı asılılığın öyrənilməsi. Xromatoqrafiya və elektroforez üsullarının tətbiqi.

90



Laboratoriya işləri: Aminturşulara və zülallara aid çökmə və rəngli reaksiyaların aparılması. Zülalların izoelektrik nöqtəsinin təyini. Aminturşuların kağız üzərində xromatoqrafiyası.

90



Zülalların formaları, molekul kütləsinin təyini üsullarının öyrənilməsi. Zülalların strukturlarının əmələ gəlməsində iştirak edən rabitə növlərinin öyrənilməsi. Təbii peptidlərin orqanizm üçün əhəmiyyətinin, sadə zülalların bioloji rolunun öyrənilməsi.

90



Mürəkkəb zülalların struktur və funksional müxtəlifliyi barədə əldə edilmiş məlumatları aşkara çıxarmaq, mürəkkəb zülalların təsnifatı, fizioloji və patoloji vəziyyətdə orqanizmin zülallarının aminturşu tərkibinin dəyişməsini interpretasiya etmək bacarığını tələbələrə aşılamaq. İrsi informasiyanın ötürülməsinin molekulyar mexanizmlərini aydınlaşdırmaq üçün nuklein turşularının quruluşu, xassələrinin öyrənilməsi. Mürəkkəb zülalların tərkibi və xassələrinin öyrənilməsinə aid reaksiyalar.

90



Laboratoriya işləri: Süddən kazeinogenin alınması. Ağız suyundan mutsinin alınması. Benzidin və qvayakol sınaqları vasitəsilə “gizli”qanın təyini. Dəmirin aşkar edilməsi və hemin kristallarının alınması. Maya hüceyrələrindən nukleoproteinlərin alınması və hidrolizi.

90



Tələbələrin mövzuya aid sərbəst işi, prezentasiyaları və vərdişlərin mənimsənilməsi. a) Müəllim tərəfindən bəzi suallar araşdırılır.

b) Mənimsənilmiş biliklərin yoxlanılması.



180



Yekun: Mövzuya aid situasion məsələlərin araşdırılması, kollokvium şəklində biliklərin araşdırılması.

90



Dərsin davamiyyəti. Metodik vəsaitlər, elektron materiallar, cədvəllər, dərsliklər və s. əlavə olunur.

810



Mövzu 2. Fermentlər. Vitaminlər




Məşğələlərin mərhələləri

Ayrılmış vaxt

(saat ilə)



Fermentlərin kimyəvi təbiəti, quruluşu və xassələri (termolabillik, aktivliyin pH-dan asılılığı, spesifiklik və onun növləri) ilə tanışlıq və fermentlərin maddələr mübadiləsində rolunu aydınlaşdırmaqdır. Fermentlərin təsir mexanizminin molekulyar əsasları. Fermentlərin təsnifatı.

90



Fermentlərin xassələrinin öyrənilməsi. laboratoriya işləri: Fermentlərin termolabilliyi. Ağız suyu amilazasının optimum temperaturunun təyini. Fermentlərin spesifikliyi: ağız suyu amilazasının və saxarazanın spesifikliyinin təyini. Amilazanın aktivliyinə mühitin pH-ın təsiri.

90



Fermentlərin fəallığının tənzimedilmə mexanizmləri (allosterik tənzim, kimyəvi modifikasiya, əks-əlaqə prinsipi ilə tənzim və s.) Ilə tələbələri tanış etmək, aktivator və ingibitorların bu prosesdə rolunu izah etmək, ferment aktivliyini təyini metodlarını və ifadə üsullarını öyrənməklə enzimodiaqnostika, enzimopatiya və enzimoterapiya məsələlərini şərh etməkdir. Aktivatorlar və inhibitorların fermentlərin aktivlıyinə təsirinin öyrənilməsi. laboratoriya işləri: Amilazanın fəallığına aktivator və inhibitorların təsiri. Qan serumunda xolinesterazanın prozerinlə inaktivləşməsi.

90



Vitaminlər. Vitaminlərin mübadilə prosesindəki rolunu aydınlaşdırmaq, onların təsir mexanizmlərini araşdırmaq, hiper- və avitaminozların səbəbi, vitaminlərin təsnifatı, yayılması, müalicə və profilaktikası məsələlərinin şərh edilməsi. A,D,C və B qrupu vitaminlərinin quruluşları və vitamininin mübadilədə rolu.

90



Vitaminlərin təyini üçün istifadə edilən reaksiyalar. laboratoriya işləri: Suda həll olan B1, B2, B6, PP vitaminlərinə aid reaksiyalar. C vitamininin vəsfi və miqdari təyini.

90



Vitamin tərkibli kofermentlər. Suda həll olan vitaminlərin kofermentlərinin əmələgəlmə mexanizmi, biokimyəvi reaksiyalarda iştirakının öyrənilməsi, bu vitaminlərin çatışmazlığı zamanı fermentativ reaksiyaların pozulması ilə nəticələnən patoloji proseslərin öyrənilməsi.

90



Tələbələrin mövzuya aid sərbəst işi, prezentasiyaları və vərdişlərin mənimsənilməsi.

a) Müəllim tərəfindən bəzi suallar araşdırılır.



b) Mənimsənilmiş biliklərin yoxlanılması.

90



Yekun: Mövzuya aid situasion məsələlərin araşdırılması, kollokvium şəklində biliklərin araşdırılması.

90



Dərsin davamiyyəti. Metodik vəsaitlər, elektron materiallar, cədvəllər, dərsliklər və s. əlavə olunur.

720




Mövzu 3. Hormonlar




Məşğələlərin mərhələləri

Ayrılmış vaxt

(saat ilə)



Hormonların təsnifatı, quruluşu və mübadilə proseslərindəki tənzimedici rolu barədə nəzəri biliklərlə tanış olmaq, endokrin xəstəliklərin səbəbləri və diaqnostika üsulları barədə praktiki vərdişləri tələbələrə aşılamaqdır. Qalxanabənzər vəzinin funksiyasının xarakteristikası. Kalsitoninin mineral mübadiləsində rolu. Mədəaltı vəzinin endokrin funksiyası. Böyrəküstü vəzinin beyin maddəsi hormonları.

90



laboratoriya işləri: Qalxanabənzər vəzinin hormonununda (tiroksində) yodun təyini. Böyrəküstü vəzin beyin maddəsinin hormonu adrenalinə aid keyfiyyət reaksiyaları. Mədəaltı vəzin hormonu insulinə aid reaksiyalar.

90



Hormonların təsir mexanizmi. Adenilattsiklaza, quanilattsiklaza, kalsium-kalmodulin və kalsium-polifosfoinozitol sistemləri. Hormonların funksiyalarının pozulması ilə əlaqədar xəstəliklər. Böyrəküstü vəzinin qabıq maddəsi hormonları, onların bioloji rolu. Cinsiyyət hormonları və onarın bioloji təsiri.

90



Tələbələrin mövzuya aid sərbəst işi, prezentasiyaları və vərdişlərin mənimsənilməsi.

a) Müəllim tərəfindən bəzi suallar araşdırılır.

b) Mənimsənilmiş biliklərin yoxlanılması.


90



Yekun: Mövzuya aid situasion məsələlərin araşdırılması, kollokvium şəklində biliklərin araşdırılması.

90



Dərsin davamiyyəti. Metodik vəsaitlər, elektron materiallar, cədvəllər, dərsliklər və s. əlavə olunur.

450


Mövzu 4. Karbohidratlar və lipidlərin kimyası




Məşğələlərin mərhələləri

Ayrılmış vaxt

(saat ilə)



Sorğu vasitəsilə tələbələrin karbohidratların və lipidlərin mühüm sinifləri, xassələri sahəsindəki nəzəri biliklərini aşkara çıxarmaq, nəzəriyyəni daha da möhkəmlətmək və reaksiyaların yerinə yetirilməsi üsullarına yiyələnmək məqsədilə laboratoriya işlərini icra etməkdir. Karbohidratların və lipidlərin bioloji rolu və təsnifatı.

90



laboratoriya işləri: Karbohidratların keyfiyyət reaksiyaları (mono-, di- və polisaxaridlərə aid reaksiyalar). Yağların emulsiyalaşdırılması. Doymamış piy turşularının aşkar edilməsi. Xolesterinə aid keyfiyyət reaksiyaları.

90



Tələbələrin mövzuya aid sərbəst işi, prezentasiyaları və vərdişlərin mənimsənilməsi.

a) Müəllim tərəfindən bəzi suallar araşdırılır. b) Mənimsənilmiş biliklərin yoxlanılması.



60



Yekun: Mövzuya aid situasion məsələlərin, biliklərin araşdırılması.

30



Dərsin davamiyyəti. Metodik vəsaitlər, elektron materiallar, cədvəllər, dərsliklər və s. əlavə olunur.

270


Yüklə 375,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin