Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (atu tck) digər şöbələrində olduğu kimi Ürək-damar xəstəlikləri şöbəsi də 24 saat fasiləsiz olaraq əhalinin sağlamlığının qayğısına qalır
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATU TCK) digər şöbələrində olduğu kimi Ürək-damar xəstəlikləri şöbəsi də 24 saat fasiləsiz olaraq əhalinin sağlamlığının qayğısına qalır.
Ürək və damar xəstəlikləri şöbəsi özündə: ümumi kardiologiya, invaziv kardiologiya və ürək- damar cərrahiyyəsini birləşdirir.
Müasir dövrdə kardioloji müayinələrin əhəmiyyəti insan həyatı üçün olduqca böyükdür. Hətta kardioloji şikayəti olmayan şəxslərə belə müayinələrdən keçməsi məsləhət görülür. Özündə hər hansı bir narahatçılıq, diskomfort hiss edənlər elektrokardioqrafiyadan, bəzi laborator müayinələr, ürək qan-damar sistemində hansısa dəyişiklik qeyd olunursa, EXO KQ və kardiovaskulyar stress test müayinəsindən keçməlidir. Hər bir müayinə üsulu həkimə lazım olan informasiyanı verir.
EKQ
Kardiovaskulyar stress test –fiziki yüklə və farmakoloji (treadmill) EKQ
Ürək damarlarının qeyri-invaziv görüntüləməsi (kompyuter tomoqrafiya koronar angioqrafiya)
24saat fəaliyyət göstərən təcili yardım kardioloji briqadası
24 saat fəaliyyət göstərən ürək kateterizasiya laboratoriyası
koronar angioqrafiya - ürək damarlarının invaziv görüntülənməsi,
koronar angioplastika – ürək damarlarına stent implantasiyası
periferik damarlarının angioqrafiya və stentləməsi : böyrək arteriya, aşağı ətrafların angioqrafiya və angioplastikası, beyin damarlarının angioqrafiya və angioplastikası
müvəqqəti və daimi kardiostimulyator və cihaz implantasiyası (VVİ, DDD-R, CRT-D, AİCD)
Anadangəlmə ürək qusurlarının qapalı yolla müalicəsi (valvuloplastika,ASD,VSD,PDA bağlanması)
İixtisaslı həkimlər kompleks müayinə apararaq,xəstənin səhhəti haqqında dolğun informasiya əldə edir, dəqiq diaqnoz qoyulduqdan sonar xəstəyə tam və düzgün müalicə sxemi təyin edirlər.