Beynəlxalq ticarət və onun bazarların qloballaşmasından doğan məsələlərini müzakirə edə biləcəklər;
Beynəlxalq ticarət siyasəti ilə bağlı məsələləri təhlil edə biləcəklər;
Ticarətlə bağlı 4 fundamental suala cavab verə biləcəklər: “Ölkələr nə üçün beynəlxalq ticarətə qoşulur?”, “Beynəlxalq ticarət hər hansı bir ölkədə istehsala və istehlaka necə təsir göstərir?”, “Nə üçün ölkələr beynəlxalq ticarətdən həmişə qazanırlar?”, “Hər hansı ölkə daxilində azad beynəlxalq ticarətdən kimlər qazanır, kimlər itirir?”
Fənnin məzmunu
Bu fənn beynəlxalq ticarətin nəzəri və praktiki məsələlərini əhatə edir. Bu kursda beynəlxalq ticarət fənninin predmeti və öyrəndiyi əsas məsələlər, ölkələrarası ticarəti açıqlayan əsas nəzəriyyələr, beynəlxalq ticarətlə bağlı milli və beynəlxalq səviyyədə həyata keçirilən siyasətlər və dünya ticarətinin sərbəstləşdirilməsi istiqamətləri şərh edilir.