Bu fənnin məqsədi menecerlərə qərar qəbulu prosesində iqtisadi biliklərdən istifadə edilməsi və onların təhlili məsələlərini öyrətməkdir.
Fənnin öyrənilməsinin nəticələri
Bu fənni uğurla tamamlayan tələbələr sonda aşağıdakı bacarıqlara yiyələnəcəklər:
Mencement iqtisadiyyatının əsas anlayışlarını şərh edə biləcəklər;
Firmaların fəaliyyətinin iqtisadi əsaslarını şərh edə biləcəklər;
Bütövlükdə tələb və təklifin təbiətini və onun qiymətqoyma, istehsal səviyyəsi kimi firma qərarlarına təsirini izah edə biləcəklər;
Tələb və təklif mexanizminin fəaliyyətinə hökumət siyasətlərinin əsas təsir istiqamətlərini göstərə biləcəklər;
İstehsalçı və istehlakçı profsitlərinin formalaşma və dəyişmə mexanizmlərini şərh edə biləcəklər;
İstehlakçı seçimini formalaşdıran şərtləri və amilləri izah edə biləcəklər;
Firmaların istehsal xərcləri və mənfəətinin müəyyənləşdirilməsi qaydalarını öyrənəcək və onların formalaşmasına təsir göstərən amilləri şərh edə biləcəklər;
Müxtəlif rəqabət bazarlarının struktur təhlilini apara biləcəklər;
İstehsal faktorları bazarlarının ayrı-ayrılıqda iqtisadi təhlilini həyata keçirə biləcəklər.
Fənnin məzmunu
Bu fənn firmaların qərar qəbulu prosesində iqtisadi biliklərdən istifadə edilməsi və onların təhlili məsələlərini əhatə edir. Tələbələr mikroiqtisadi təhlilin və mikroiqtisadiyyatın firmaların fəaliyyətindəki yerini öyrənəcək, iqtisad elminin firma problemlərini həll etmə yolundakı imkan və məhdudiyyətləri haqqında biliklərini dərinləşdirəcəklər. Fənin əsas mövzuları bunlardır: menecment iqtisadiyyatının predmeti və metodu, firmaların fəaliyyət əsasları, tələb və təklifin təhlili, istehsal və xərclərin təhlili, müxtəlif rəqabətli bazarların təhlili, istehsal faktorları bazarlarının təhlili.
HƏFTƏLİK DƏRS PLANI
Həftə
Mövzular
İlkin Hazırlıq
1
“Menecment iqtisadiyyatı”nın predmeti və metodları