Azərbaycan universiteti SƏRBƏst iŞ Fakültə



Yüklə 178,68 Kb.
səhifə5/5
tarix09.05.2022
ölçüsü178,68 Kb.
#115669
1   2   3   4   5
İnsan resurslarının planlaşdırılması və təşkili

Nəticə və təkliflər

Müvəffəqiyyətin qiymətləndirilməsi, işçinin özündən gözlənilən vəzifələri nə dərəcədə yaxşı yerinə yetirdiyini müəyyənləşdirən bir prosesdir. Nailiyyətin qiymətləndirilməsinin məqsədləri ümumiyyətlə qiymətləndirmə və inkişaf məqsədləri formasında iki əsas qrupa bölünür. Qiymətləndirmə məqsədləri pul mükafatı, mükafatlandırma, vəzifədə yüksəliş, ixtisar, işdən azad olmaq kimi məsələlərlə əlaqədardır. İnkişaf məqsədləri isə idarəetmənin inkişafı, müvəffəqiyyətin inkişaf etdirilməsi, əks əlaqə kimi proseslərlə əlaqədardır.

İnsan Resurslarının seçimi və təlimində göstərilən qayğıya baxmayaraq, bütün işçilərin eyni performans göstərmələri gözlənilməz. İnsanların fitri qabiliyyətləri, işə marağı və uyğunlaşma xüsusiyyətləri həmişə bir-birindən fərqlənir. İnsan resurslarının idarə edilməsi işçilər arasındakı bu fərqləri  izləməli, ölçməli və obyektiv meyarlara əsaslanaraq qiymətləndirmək məcburiyyətindədir.  

İnsan resurslarına dəyər vermənin bir göstəricisi olan işçilərin sağlamlığı və təhlükəsizliyi məsələlərində ciddi tədbirlər görülməsi vacibdir. Görülməsi vacib olan tədbirlərin həyata keçirilib-keçirilmədiyinin yoxlanılması səlahiyyəti də dövlətə aiddir. Türkiyədə həmin bu yoxlama əsas etibarilə dövlət adına səlahiyyətli təşkilatların iş müfettişleri ilə yerinə yetirilir.

Son illərdə vacib məsələyə çevrilməyə başlayan informasiya sistemləri İnsan resurslarının idarə olunmasının əsas funksiyaları arasında qiymətləndirilir. İnsan resurslarında informasiya sistemi (HRIS) bir təşkilatın İnsan resursları, kadr fəaliyyəti, təşkilati bölmələri və xüsusiyyətləri ilə əlaqəli ehtiyacı olan məlumatların toplanması, saxlanması, qorunması, yenilənməsi və təhlil edilərək müxtəlif hesabatların hazırlanmasını təmin edən bir prosesdir.



Bu sistem İnsan Resurslarının əsas məqsədlərini həyata keçirilməsində istifadə olunan bir vasitədir. İnsan resurslarında informasiya sistemi kadr fəaliyyətinin müvəffəqiyyətlə başa çatmasına olan təsirini, təhlükəli vəziyyətlərdə görüləcək tədbirlərin müəyyən edilməsini və ya İnsan resursları sahəsində daha yaxşı qərar qəbul etməsi üçün lazım olanları qiymətləndirəcək məlumatları özündə cəmləşdirir. İnsan resurslarının hər bir funksiyasının sistemdə özünəməxsus xüsusi yeri vardır.  

Ədəbiyyat

  1. M.Ə.Əliyev, H.İ.Həmidov.“İnsan resurslarının idarə edilməsi”, Bakı, 2002

  2. Əliyev M., Həmidov H. Biznesdə insan resurslarının idarə edilməsi (dərslik). Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2013. - 532 s.

  3. A.M.Cəfərov. “Əmək münasibətləri A-dan Z-yə” CBS poligrafıc production mətbəəsi, Bakı, 2012.

  4. Şahbazov K. və başqaları. Menecment. Bakı, 2005 T.Muradov Ş. İnsan potensialı: əsas meyillər, reallıqlar, problemlər. Bakı, Elm, 2004.

  5. “Biznesin təşkili və idarə edilməsi”. ADtU - nun nəşriyyatı, Bakı, 2011, (Dərslik).



Yüklə 178,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin