Ortaq ATM layihəsi üzrə təkliflərin dəyərləndirilməsi
Cash-in ATM-lər vasitəsilə istifadəyə yararsız əskinazların qəbulunun məhdudlaşdırılması məqsədilə müvafiq tədbirlərin görülməsi,
Elektron bankçılıqda SWIFT əməliyyatının həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsi,
Elektron bankçılıqla bağlı qanun ve qaydaların işlənib hazırlanması,
Elektron bankçılıqla bağlı aylıq mövcud hesabatların təkmilləşdirilməsi ve Mərkəzi Bankın elektron statistik məlumat bazasına əlavə edilməsi,
Elektron imzaların əldə edilmə prosedurlarının sadələşdirilməsi, bankdan verilmə imkanları ve tariflərinə yenidən baxılması,
Nağdsız hesablaşmaların genişləndirilməsinin stimullaşdırılması və mövcud imkanların banklar, əhali və şirkətlər tərəfindən daha geniş istifadə edilməsi,
Elektron bankçılığın təhlükəsizliyi sahəsində minimum təhlükəsizlik tələblərinin formalaşdırılması, məsələylə bağlı aidiyyətli qurumlarla müzakirələrin aparılması,
Elektron bankçılığın təhlükəsizliyi üzrə banklar arasında məlumat mübadiləsinin təşkili məqsədilə onlayn platformanın yaradılması istiqamətində işlərin başlanması
Elektron ticarətlə əlaqədar qaydaların formalaşması və stimullaşdırılması,
Elektron pullar üzrə qanunvericiliyin tam formalaşması və qəbulu,
Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydaların elektron bankçılıq üzrə strateji baxışlara adaptasiya olunması.