ЛЕКАРСТВЕННЫЕ РАСТЕНИЯ
Лекарственные растения – большая группа растений, которые используются в медицине для лечения различных заболеваний. Из всех растений в медицине используется около 170 видов.
Лекарственные растения использовались в лечебных целях еще в глубокой древности. Однако длительное время лечение лекарственными растениями не было научно обосновано.
Некоторые растения используются при лечении кровяного давления, язвы желудка и других заболеваний нервной системы.
5. AZƏRBAYCAN ÜZÜMÜ
Azərbaycanın rayonlarında müxtəlif meyvələr yetişir. Hətta bəzi rayonlar orada yetişmiş meyvələrin növünə görə başqa rayonlardan fərq lənir. Məsələn, Balakən, Şəki, Qax və Zaqatala rayonlarında daha çox qoz, findiq yetişir. Lənkəran, Astara, Masallı rayonlarında limon, portağal və digər subtropik meyvələr yetişdirilir. Üzümün növləri çoxdur. Hər növ üzüm müəyyən bir iqlimi sevir. Abşeron yarımadasında ağ şanı, sarıgilə, xəlili və sairə üzüm növləri daha yaxşı yetişir. Ona görə ki, bu növlər Abşeronun quru subtropik iqliminə daha çox uyğunlaşmışdır. İndi Şamaxı bağlarında, Cəlilabadda, Qazax, Qarabağ, Gəncə rayonlarında, Naxçıvanda və Dağlıq Qarabağda ucsuz-bucaqsız üzüm bağları vardır.
Üzüm qiymətli bitkidir. Ondan hazırlanmış Azərbaycan şərabları beynəlxalq baxışlarda bir neçə dəfə yüksək qiymət almışdır.
Üzüm çox faydalı meyvədir. Onun giləsində və yarpağında çoxlu vitamin vardır. Üzüm şirəsi ürək, mədə-bağırsaq, qaraciyər və böyürək xəstəliklərinə çox xeyirlidir. Lakin üzüm asan yetişdirilmir. Tənəkləri xəstəlikdən, ziyanvericilərdən qorumaq, bağları alaq otlarından təmizləmək böyük zəhmət tələb edir.
Lüğət
yarımada – полуостров
növ – здесь: вид
beynəxalq baxışlar – на международные смотры
qaraciyər – печень
ziyanvericilər – вредители
alaq otlг – сорняк
tələb etmək – требовать
becərmə - выращивание
Tapşırıq 36. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 37. Suallara cavab verin:
- Azərbaycanın hansı rayonlarında üzüm yetişdirilir?
- Abşeronun üzümü necədir?
- Abşeronda hansı üzüm növləri yetişir?
- Üzüm şirəsi nəyə xeyirlidir?
- Üzümü yetişdirmək üçün nə kimi işlər görürlər?
Tapşırıq 38 .Verilmiş söz birləşmələrini rus dilinə tərcümə edin və cümlələrdə işlədin.
Müxtəlif meyvələr, Azərbaycanın bütün rayonları, Abşeron yarımadası, üzüm bağları, Azərbaycan şərabı, faydalı meyvə, məhsul yığımı
Dostları ilə paylaş: |