Azərbaycan



Yüklə 1,2 Mb.
səhifə11/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   7   8   9   10   11   12   13   14   ...   59
6. QIZILAĞAC QORUĞU

Qızılağac qoruğu Xəzər dənizinin Lənkəran şəhərinə yaxın olan körfəzini və eləcə də Lənkəranın və Masallı rayonlarının ərazisinin müəyən bir hissəsini əhatə edir.

Qiymətli nərə balıqlarını çoxaltmaq üçün kiçik Qızılağac körfəzini bəndlə Xəzər dənizindən ayırmışlar. Körfəzin ətrafında çoxlu qamışlıq, kolluq və bataqlıq vardır. Bunlar körfəzə yaxınlaşmağı çətinləşdirir.

Körfəzdə 16-dan artıq qiymətli balıq kürü tökür. Burada balıq tutulması qadağan edilmişdir. Qoruqda çöl donuzu, canavar, çaqqal, qamışlıq pişiyi, porsuq, tülkü, siçovul və çöl dovşanı vardır. Qoruq subtropil iqlimə malikdir. Burada yay çox isti, qış mülayim keçir. Qar çox yağır və tez əriyir. Yanvar ayında orta temperatur sıfır dərəcədənə yuxarı olur. Qışda köçəri quşlar gəlib burada qidalanırlar. Şimal Buzlu okeanın dənizlərindən, Ağ dənizdən, Skandinaviya, Yeni Zelandiya və Yaponiyadan buraya qışlamaq üçün çoxlu quşlar uçub gəlir. Körfəzdə iki yüzə qədər quş növü vardır. Burada qışlayan susevən quşlar yazın ilk günlərindən şimala tərəf uçmağa başlayırlar. Bunların əvəzinə körfəzə başqa quşlar uçub gəlir. Qoruqda həmişə quşların səsi eşidilir. Təxmini hesablamalara görə, Qızılağa qoruğunda qışlayan quşların arasında iki yüz mindən artıq ördək, əlli minə yaxın qaşqaldaq və iyirmi minə yaxın qızıl qaz olur.

Qoruğun ən gözəl vaxtı quşların buraya uçub gəldiyi payız fəslidir. Bu zaman körfəz müxtəlif rəngələrə boyanır.

Qızılağac qoruğunun elmi əhəmiyəti çox böyükdür. Suda və quruda yaşayan qiymətli quş növlərinin qorunub saxlanmasl üçün burada hər cür şərait yaradılmışdır.



Lüğət

körfəz – залив

nərə bağılı – осетрина

çoxaltmaq üçün – для размножения

ayırmaq – отделить

qışlamaq – зимовать

köçəri quşlar – перелетные птицы

təxmini hesablama – приблизительный расчет


Tapşırıq 39. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 40. Mətnən əlaqədar suallar hazırlayın

Tapşırıq 41. köçəri quşlar, elmi əhəmiyət, müxtəlif rəngələr söz birləşmələrini cümlələrdə işlədin


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin