2. ŞAH İSMAİL XƏTAİ
Şah İsmail Xətai 1487-ci ildə Ərdəbildə anadan olmuş, 1524-cü ildə həmin şəhərdə vəfat etmişdir.
İsmail 15 yaşında şahlıq taxtına çıxmış, Azərbaycanı birləşdirərək vahid dövlət yaratmışdır. O, hakimiyyətə gələrkən çətin sınaqlardan çıxmışdır. 1514-cü ilə qədər heç bir müharibə etməmişdir. Ölkədə sənətkarlığı, incəsənəti inkişaf etdirməyə başlamışdır. 1514-cü ildə Osmanı hökmdarı Azərbaucana hücüm etmişdir. Çaldıran adlı yerdə üç günlük döyüşdən sonra iki yüz əlli minlik osmanlı qoşununa məğlub olmuşdur. 1515-ci ildə sülh imzalanmışdır.
1514-cü ildən ömrünün sonuna qədər Şah İsmayıl hərbi əməliyyatlar aparmadı. Bütün qüvvəsini dövlətin güclənməsinə yönəltdi. Bu illər ərzində xalq asudə yaşadı. Şəhər və kəndlərdə dağıntılar olmadı.
Şah İsmayıl Xətai görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də ağıllı sərkərdə, gülcü cəngavər idi. O, Çaldıran döyüşündə bir dəfə qılıncı ilə topların zəncirini doğrayarkən bir topun lüləsini də kəsir. Bunu eşidən Sultan Səlim xəbər yollayır ki, İsmayıl həmin qılıncı ona göndərsin.
Şah İsmayıl qılıncını Sultan Süleymana göndərir. Sultan saray əyanlarını yığlr və onların gözü qarşısında qılıncı topa vurur. Heç nə hasil olmur. Şah İsmayıl məktub yazır ki, yəqin Çaldıranda məğlub olduğuna görə həmin qılıncı göndərməyib. Az sonra Sultan Süleyman Şah İsmayıldan məktub alır. O məktubda yazılmışdı: “Qılınc həmin qılıncdır, qol o qol deyil”.
Şah İsmayıl Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı üçün çox iş görmüşdür. O, dövrün bütün rəssam, şair, aşıq və alimlərini öz sarayına toplamış, onları hər fəlakətdən qorumağa çalışmışdı.
Şah İsmayıl Xətai təxəllüsü ilə Azərbaycan dilində çoxlu şeirlər yazmışdır. “Nəsihətnamə” və “Dəhnamə” adlı irihəcmli əsərlər də ona məxsusdur.
Lüğət
şahlıq taxtı – шахский трон
asudə - спокойно, беззаботно
hakimiyyət – власть, господство
əməliyyat – операция, действие
xəbər yollamaq – послать весть
yönəlmək – направляться
əyan – приближенные
fəlakət – сотрясаться, пошатнуться
irihəcmli – крупномасштабный, крупнообъемный
vahid – единый
sərkərdə - полководец
cəngavər – воинственный
sınaq – испытание
zəncir – цепь
müharibə - война
lülə - ствол.
Tapşırıq 49. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 50. Suallara cavab verin:
- Şah İsmayıl Xətai neçənci ildə anadan olmuşdur?
- O, nə vaxt şahlıq taxtına çıxmışdır?
- Çaldıran döyüşündən sonra Şah İsmayıl Xətai ölkəni necə idarə etdi?
- Sultan Süleymanın Şah İsmayıla yazdığı məktub nə haqqında idi?
- Şah İsmayıl Xətainin mədəniyyət və incəsənət xadimlərinə münasibəti necə idi?
Tapşırıq 51. “Qılınc həmin qılıncdır, qol o qol deyil” ifadəsini izah edin.
Dostları ilə paylaş: |