Azərbaycan


MÜDRİK İNSAN, DAHİ ŞƏXSİYYƏT



Yüklə 1,2 Mb.
səhifə15/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   11   12   13   14   15   16   17   18   ...   59
4.MÜDRİK İNSAN, DAHİ ŞƏXSİYYƏT
D ünya tarixinin dahi şəxsiyyətlərindən biri – Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, Azərbaycanın böyük siyasi və dövlət xadimi, Yeni Azərbaycan Partiyasının banisi (1992), Azərbaycan Respub­likasının Prezidenti olmuşdur (1993–2003).

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969–1982) bütün sahələrdə müstəqilliyə doğru böyük dönüş başlanmışdır.

Heydər Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda Qurtuluş mübarizəsini davam etdirmişdir. Həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmişdir. İyunun 24-dən isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu. Bununla, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı millətə yeni nəfəs verdi və məhz onun rəhbərliyi ilə müstəqil dövlətin quruculuğuna başladı. Bu uğurlu başlanğıcın nəticəsidir ki, bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada birincilər sırasındadır.

Həmin birinciliyi əldə etmək üçün Heydər Əliyev ötən illərdə böyük əmək sərf etmiş, həm ideoloji, həm də sosial-iqtisadi proqramını ardıcıl surətdə həyata keçirmişdir. Onun müdrik kəlamlarından biri belədir: “Azərbaycan dünyaya günəş kimi doğacaqdır”.

Heydər Əliyev indiki tarixi mərhələdə Azərbaycan xalqının qarşısında duran əsas problemləri həll edib əbədiyyətə qovuşdu. Müstəqil Azərbaycan dövlətini yaratdı, onu möhkəmləndirdi, müstəqilliyini daimi etdi. Ölkəni siyasi böhrandan çıxardı. Dünyanın ən böyük transmilli şirkətlərini Azərbaycana investisiya qoymağa sövq etdi, Respublikamızı bölgənin aparıcı dövlətinə çevirdi, özü isə regionun lideri oldu.

Heydər Əlirza oğlu Əliyev bəşər tarixinin yetişdirdiyi tarixi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qoruyub saxladı, onu gücləndirdi, inkişaf edən, çiçəklənən dövlətə çevirdi. Heydər Əliyevin sevgisindən yaranan Azərbaycan onun şah əsəridir. Heydər Əliyev 35 il Azərbaycana rəhbərlik etmiş, onu dünya birliyinin qabaqcıl, qüdrətli dövlətləri cərgəsinə çıxartmışdır. Onun şəxsiyyəti, əslində müstəqil Azərbaycan Respublikasının varlığı deməkdir. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı mövcuddur, Heydər Əliyevin adı da, əməlləri də yaşayacaqdır.

İndi dahi rəhbərin siyasi kursu etibarlı əllərdədir. Onun siyasi məktəbinin layiqli yetirməsi və davamçısı hörmətli prezidintimiz İlham Əliyevdir. Azırbaycan xalqı əindir ki, İlham Əliyev dahi şəxsiyyət olan Heydər Əliyevin ideyalarını həyata keçirəcəkdir. Xalqımız Heydər Əliyev yolundan heç vaxt dönməyəcəkdir.
Lüğət

şəxsiyyət – личность

dahi – гений

tarixi – исторический

yetirmə - соратник

müasir – современный

müdrik – мудрый

siyasi kurs – политический курс

davamçı – продолжатель
Tapşırıq 60. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 61. Suallara cavab verin:

- Heydər Əliyev kimdir?

- Onun Azərbaycan xalqı qarşısında hansı xidmətləri var?

- Nə üçün deyilir ki, müasir Azərbaycan H.Əliyevin şah əsərdir?

- Heydər Əliyev haqqında bildiklərinizi danışın.


Tapşırıq 62. Dahi, müstəqil, şəxsiyyət, müdrik, məskən sözlərini cümlələrdə işlədin.

Tapşırıq 63. H .Əliyevin fəaliyyəti haqqında məlumat toplayıb “ Dahi şəxsiyyət” adlı inşa yazın.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin