Azərbaycan


TEMA 8. MÖVZU 8. AZƏRBAYCAN MİLLİ XÖRƏKLƏRİ



Yüklə 1,2 Mb.
səhifə19/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

TEMA 8. MÖVZU 8. AZƏRBAYCAN MİLLİ XÖRƏKLƏRİ

Azərbaycan milli mətbəxinin tarixi də xalqın tarixi qədər qədimir. Ölkəmiz əsrlər boyu müxtəlif dövlətlərin işğalına məruz qalıb parçalansa da, öz milli mədəniyyətini, ədəbiyyətını, incəsənətini qorumuşdur. Şimaldan cənuba, şərqdən qərbə gedən ticarət yollarının, həmçinin Böyük İpək yolunun üstündə yerləşən Azərbaycan qonşu xalqlarla – gürcü, fars, erməni, türk, ləzgi xalqları ilə əlaqədə olmuşdur. Odur ki, milli mətbəxlərdə bir çox ümumi cəhətlər var. Ancaq Azərbaycan kulinariyası öz tarixi kökləri və zənginliyi ilə o birilərdən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad keyfiyyətləri ilə dünyada məşhurdur.

Məlum olduğu kimi, Azərbaycan xörəklərindən dolma, bozbaş, bozartma, çığırtma, xəşil, şişlik, piti, kabab, aş, qovurma və s. qonşu xalqların kulinariyasına daxil olub.

Azərbaycan milli xörəkləri keçmişdə mis qazanlarda hazırlanırdı. Ona görə də milli mətbəx əşyaları – qazan, süzgəc, tava, sini, kəfkir, abgərdən, məcməyi və s. əsasən misdən hazırlanır.

Milli xörək piti isə çini-gil qablarda bişirilir və elə o qabda da süfrəyə verilir.

Milli xörəklərin əksəriyyəti mal, qoyun və quş ətindən hazırlanır, həmçinin nərə və pullu balıqlardan istifadə olunur.

Süfrəmiz müxtəlif göyərti və tərəvəzlərlə - badımcan, pomidor, bibər, kələm, ispanaq, turşəng, çuğundur, turp, soğan, xiyar, lobya və s. ilə zəngindir. Xörəklərimizdə ədviyyatdan istiot, darçın, sarıkök, zəfəran, cirə, razyana, dəfnə yarpağı, kəklikotu, keşniş toxumu və s. gen-bol işlədilir.

Lüğət
mis – медь

süzgəc – дуршлаг

tava – сковорода

kəfkir – шумовка

sini – поднос

abgərdən (çömçə) – половник, ковш

çini-gil – глиняный, фарфоровый

nərə balığı – осетрина

cöyərti – зелень

ədviyyat - пряности

darçın – корица

sarıkök – желтый имбирь

dəfnə yarpağı – лавровый лист

kəklikotu - чабрец.


Tapşırıq 79. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 80. Suallara cavab verin:

- Milli mətbəx əşyaları hansılardır?

- Milli xörək piti nə cürə qablarda bişirilir?

- Milli mətbəx əşyaları hansılardır?

-.Milli xörəklərdə hansı ədviyyatlar işlənilir?


Tapşırıq 81. Siz milli xörəklərdən dadmısınızmı? Elə isə öz təəssüratınızla bölüşün




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin