Azərbaycan


TEMA 15. AZƏRBAYCAN NAĞILLARI



Yüklə 1,2 Mb.
səhifə26/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

TEMA 15. AZƏRBAYCAN NAĞILLARI

Nağil şifahi xalq ədəbiyyətının ən qədim növlərindəndir. Onların çoxunda ibtidai cəmiyyət həyatının izləri vardır. Burada insanın dünya və təbiət haqqında ibtidai təsəvvürləri əfsanəvi şəkildə ifadə edirlir. Təbiət qüvvəıəri və heyvanlar müqəddəsləşdirlir, onlar insan kimi canlı göstərilir.

Qədim nağılların əfsanəvi surətləri çox zaman qorxunc şəkildə olur. Yeddibaşlı əjdahalar, uçan divlər, dəmirdişli ifritələr kimi verilir. İnsanlar onları canlı və qorxunc bir xalda göstərirlər.

Nağıl şifahi ədəbiyyatın xalq həyatı ilə ən çox bağlı olan epik janrlarındandır.

Nağılların çoxunda müsbət qəhrəmanlar zəhmətkeş xalq kütlələrinin sevdiyi adamlardır...

Nağıllarda xalqın həyat və məişəti geniş, canlı bir şəkildə əks etdirilir. Keçmiş kənd həyatı, onun əmək şəraiti, dünya haqqında təsəvvürləri, adətləri, ənənələri nağıllarda mühüm yer tutur.

Nağıl öz mövzü və səciyyələinə görə iki növə bölünür:


  1. əfsanəvi nağıllar; 2) realist nağıllar. Bunlar özləri də bir neçə yerə ayrılır.

Əfsanəvi hissəyə səhrli nağıllar və heyvanlar haqqında olan nağıllardan sayılır. Bunlardan hər bir növün öz xüsusiyyətləri vardır.

“Məlikməmməd” sehrli, “Daşdəmirin nağılı” isə realist nağıl nümunələrdir.

Nağıllar, adətən nağılçıların qaravəlli adlandırdıqları girişlə başlayır. Əsl nağıl isə “Biri varmış, biri yoxmuş” cümləsi ilə başlanır, “göydən üç alma düşdü: biri mənim, biri özümün, biri nağıl deyənin” sözləri ilə bitir.

(Həmid Araslıdan)
Lüğət

cəmiyyət – общество

iz – след

təbiət – природа

təsəvvür – представление

qorxunc – страшный

epik – эпический

qaravəlli – анекдот

ənənə - традиция

səhr – заклинание, магия

eybəcər – урод

xəsis – скупец

lovğa – чванливый

lağa qoymaq – издеваться

giriş – введение
Tapşırıq 102. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 103. Sözləri düzgün tələffüzlə oxuyun, onların hansı fonetik ganuna tabe olduğunu izah edin.

izlər, ]xadim , mübarizə, cəmiyyət, əfsanə, şifahi, hafizə , mərasim


Tapşırıq 104. Aşağıdakı söz birləşmələrini tərcümə edin, cümlələrdə işlədin.

Mətndən istifadə edə bilərsiniz.

Xalq ədəbiyyatı, qədim növ, qorxunc şəkil, epik janr, kənd həyatı, əfsanəvi nağıllar, realist nağıllar, ifadə etmək, yer tutmaq, lağa qoymaq.
Tapşırıq 105. Köçürün, rus dilinə tərcümə edin.

1. Nağıl şifahi xalq ədəbiyyatının ən qədim növlərindəndir. 2. Qədim nağılların əfsanəvi surətlər çox zaman qorxunc şəkildə olur.3.Nağıllarda xalqın həyat və məişəti geniş, canlı bir şəkildə əks etdirilir. 4 .Nağıllarda tənbəl və lovğa insanları lağa qoyurlar.

Tapşırıq 106. Rus xalq nağılları haqqında azərbaycanca məlumat verin


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin