Azərbaycan



Yüklə 1,2 Mb.
səhifə29/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   25   26   27   28   29   30   31   32   ...   59

TEMA 18. ƏFSANƏLƏR

Xalq ayrı-ayrı dövrlərdə hər hansı bir ideyanı ifadə etmək üçün uydurduğu əfsanəni bu və ya başqa yerlə, şəxsiyyətlə, təbiətlə bitke və heyvanat aləmi ilə bağlamışdır. Əfsanələr yurdumuzun ölməz abidələrinə sığnaraq yaşamış, nəsildən-nəslə keçərək zənginləşmiş, kamil əsərlərə çevrilmişdir. Xalq onu yaradarkən sözün bədii gücünə əsaslanmışdır.

Ayrı-ayrı dövrlərdə müxtəlif əfsanələr yaradılmışdır. Onlar müxtəlif tarixi hadisələrə, şəxsiyyətlərə münasibəti ifadə etmişdir.

Hər bir əfsanə real bir hadisə ilə bağlıdır. Əgər belə olmasa, onlar tez unudular, insanın yaddaşından silinib gedər.

Zaman keçdikcə əsatirlər əfsanələrə çevrilmişdir.

Azərbaycan şifahi xalq ədəbiyyatında çoxlu miqdarda əfsanələr vardır. “Qız qalası”, “Əriyən qaya”, “Qanlı qala” və sair. Adı çəkilən və yüzlərlə belə əfsanələr bu gün Azərbaycan şifahi xalq ədəbiyyatını zənginləşdirən nümunələr kimi tanınır.


(Sədnik Paşayevdən)

Lüğət


əfsanə

uydurmaq – выдумывать

yurd – очаг

kamil – достойный

unutmaq – забывать

yaddaş – память

əsatir – мир

nəsildən-nəsilə


Tapşırıq 116. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 117. Suallara cavab verin

- Xalq əfsanə vasitəsi ilə nəyi ifadə edir?

- Xalq əfsanəni yaradarkən nəyə əsaslanmışdır ?

- Hansı Azərbaycan əfsanələrinin adını çəkə bilərsiniz?

- Əsatirlərlə əfsanələrin əlagəsi nədədir?

Tapşırıq 118. Mətndən istifadə edərək cümlələri tamamlayın

Ayrı-ayrı ... müxtəlif ...yaradılmışdır.

Hər bir əfsanə ... bir hadisə ilə ...

Tarixi ... daha qədim olan ... sonra əfsanələr yaranmışdır.

Zaman ...əsatirlər əfsanələrə ... .


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin