TEMA 23. İLK DİPLOMAT QADIN
Dünyada ilk diplomat qadın – azərbaycanlı Sara Xatun, XV yüzilliyin 50-ci illərində hakimiyyətə gəkən Ağqoyunlu dövlərinin başçısı Uzun Həsənin anası, Şah İsmayıl Xətainin isə ana nənəsidir.
Uzun Həsən öz hakimiyyəti dövründə qonşu dövlətlərlə və Avropa dövlətlərilə diplomatik əlaqə saxlayırdı. Ona by işdə ağıllı və uzaqgörən anası Sara Xatun kömək edirdi. Sara Xatun qonşu dövlətlərlə diplomatik danışıqlar aparırdı. Bu danışıqlar Ağqoyunlu dövləti üçün müsbət nəticələnirdi. Bəzən diplomat qadının danışıqlarının əksinə gedən hər hansı bir dövlət məğlubiyyətə uğrayırdı. Tarixdən məlumdur ki, 1567-ci ildə qaraqoyunlular ağqoyunlular tərəfindən məğlub ediləndə Qaraqoyunlu hakimi Əbu Səid Xorasan hakimi ilə birləşir və Uzun Həsənə qarşı ittifaq bağlayır. Uzun Həsən Əli Səildə vuruşmaq istəmədiyinə görə anasını onun yanına göndərir. Sara Xatunun bütün cəhdlərinə baxmayaraq, Əbu Səid Uzun Həsənə qarşı müharibə etmək fikrindən əl çəkmir. Bu döyüşdə Əbu Səid məğlub olur. O, əsir düşür və ölür.
Tapşırıq 138. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 139. Mətnlə əlaqədar suallara hazırlayın
Tapşırıq 140. Aşağıda verilən cümləni mətnə əsasən tananlayın
Sara Xatunun bütün .... baxmayaraq, Əbu Səid Uzun Həsənə qarşı .... etmək fikrindən əl çəkmir
Dostları ilə paylaş: |