Azərbaycan


TEMA 29. QADIN HƏRƏKATININ ÖN SIRALARINDA



Yüklə 1,2 Mb.
səhifə38/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

TEMA 29. QADIN HƏRƏKATININ ÖN SIRALARINDA

“Cənnət anaların ayaqı altındır”

2006-cı ilin fevral ayında Azərbaycan Respublikaslnln Prezidenti İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi ləğv edildi və yerində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu quruma rəhbərlik etmək öz intellektual səviyyəəsi, yüksək insanı keyfiyyəti, elmi təfəkkürü ilə seçilən və tənınan, qadın hərəkatının öndərlərindən biri Hicran Kamran qızı Hüseynova sədr təyin edildi.

Hicran xanım Azərbaycanın bütün rayon və kəndlərini gəzir, qadınlarla görüşür, onların problemlərini öyrənir. O, yorulmadan azəri qadınlarının problemləri, hüquqları uğrunda hərəkatın önündə gedir. Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi və digər qadın problemləri ilə bağlı mötəbər məclislərdə ölkəmizi layiqincə təmsil edir.

Dövlət komitəsinin yaradılmasından çox az bir müddət keçməsinə baxmayaraq, artıq dünya standartlarına uyğun proqramm və layihələr düşünülüb hazırlanmış və fəaliyyət üçün yeni baza yaradılmışdır. Yeni qurum xarici ölkələrə səfərlər etmiş, perspektivli görüşlər keçirmişdir.

2006-cı il fevralın 27-dən martın 3-nə kimi Nyu-Yorkda BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 50-ci sessiyası keçirilib. Sessiyanın iclasında Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitesinin sədri xanım Hicran Hüseynovanın çıxışı dinlənilib. Hicran xanım Hüseynova iştirakçılara son illərdə Azərbaycanda həyata keçirilən islahatlar haqqında, gender bərabərliyin mövcüd vəziyyəti barəsində ətraflı məlumat vermişdir. Səfər çərçivəsində Hicran xanım bir sıra maraqlı görüslər keçirmisdir. May ayının 15 bütün dünyada Beynəlxalq Ailə günü olaraq qeyd edildi. Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə mayın 5-dən 15-dək Azərbaycanın hər yerində Ailə ongünlüyü keçirildi. Ongünlük ərzində komitənin rəhbərliyi və kollektivi ictimaiyyətin fəal qadınların köməyinə arxalanaraq, demək olar ki, hər gün müxtəlif ailələrlə görüşmüş, onların problemləri ilə yaxından tanış olmuş, imkansız ailələr üçün bayram süfrələri açılmış, qocalar evinə, internatlara, sağlamıq mərkəzlərinə baş çəkmişlər.

1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra tədbirlər keçirmişdir. Bu tədbirlər sırasında hemofiliyalı uşaqlar üçün könüllü qanvermə aksiyası xüsusi önəm daşıyır.

May ayının 23-də BMT-nin Qadınlar üçün inkişaf Fondunun icraçı direktoru xanım Neolin Heyzer Azərbaycana səfər etmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova qonağı qəbul etmişdir. Görüş zamanı MDB ölkələri üçün nəzərdə tutulmuş “Qadınlar və yoxsulluğun azaldılması (2007-2008)” çərçivəsində, Azərbaycan höküməti ilə əməkdaşlıq imanları müzakirə edilmişdir.

Az müddət ərzində çətin və məsuliyyətli bir işi öz üzərinə götürməsinə baxmayaraq Hicran xanım tez-tez qaçqın ailələri ilə görüşür, onların problemləri ilə yaxından tanış olur və onlara köməklik etməyə çalışır.

Lüğət
sərəncam распоряжение

ləğv etmək ликвидировать

təfəkkür мышление

öndər лидер,вождь

sədr председатель

layihə проект

səmərə польза

qurum здесь: организация

islahat реформа

layiqincə достойно
mühafizə охрана
Tapşırıq 158. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 159. Suallara cavab verin

- Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi nə vaxt və nəyin yerinə yarandı?

- .Həmin Komitənin sədri kim təyin edildi?

- H.Hüseynovanın fəaliyyəti nədən ibarətdir?

- 2006- cı ildə H.Hüseynova Nyu-Yorkda BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 50-ci sessiyasında nə barədə məlumat vermişdi?

Tapşırıq 160. Cümlələri tamamlayın.

May ayının 15-i bütün ... Beynəxalq Ailə günü olaraq ...

H.Hüseynova Azərbaycanda qadın ... müdafiəsi, gender bərabərliyi və digər qadın problemləri ilə bağlı ...məclislərdə ölkəmizi layiqincə təmsil edir.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin