TEMA 2. MÖVZU 2. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi unitar respublikadır.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
qanunvercilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Konstitusiyanın müddəalarına əsasən, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Dövlətin ali məqsədi nələrdən ibarətdir?
Əvvələn, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
İkincisi, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları, azadlıqları Azərbaycan Respublikasının tərəfdan çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Eyni zamanda dövlətimiz mədəmiyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir; ölkənin təbiətini, xalqın tarixi, madlli və mənəvi irsini qoruyur.
Dövlət dili haqqında bunları bilmək çox vacibdir:
Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin hərtərəfli inkişafını təmin edir;
ölkəmizdə əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafı da təmin olunur.
Azərbaycan dövlətinin rəmzləri aşağıdakılardır:
- Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında hər iki üzdə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Lüğət
mənsub – отнесенный
çərçivəsində - в рамках
müddəa – положение
icra – исполнение
səlahiyyət – власть
təmin edir – обеспечивает
rəmz – символ
vətəndaşın rifahı – гражданское благополучие
üfüqi zolaq – горизонтальная полоса
eninin uzunluğuna nisbəti – ширина относительно длины
müəyyən edilir – определяется
Tapşırıq 9. Mətni oxuyun və tərcümə edin
Tapşırıq 10. Suallara cavab verin:
- Azərbaycanın Dövlət himninin sözlərinin müəllifi kimdir və onun haqqında nə bilirsiniz?
- Dövlət rəmzləri hansılardı?
- Azərbaycan bayrağı necə və nə rəngli zolaqlardan ibarətdir?
- Dövlətin ali məqsədi nələrdən ibarətdir?
Tapşırıq 11. Dövlət himni və Konstitusiyanın materiallarına dair mətnlərin hansı üslubda yazıldığı barədə fikirləşin. Sizcə, ədəbi dilin üslubları hansılardır?
Tapşırıq 12.Verilmiş sözlərin leksik mənasını müəyyənləşdirib dəftərinizə yazın.
Atribut, konstitusiya, gerb, bayraq, himn, marş, dövlət, hökumət, hüquq, tərbiyə, müstəqillik, azadlıq, suverenlik, istiqlal, qayğı, təhsil, təlim, məktəb.
Dostları ilə paylaş: |