Azərbaycan


ТЕМА 33.AZƏRBAYCANIN MUSİQİ MƏDƏNİYYƏTİ TARİXİNDƏN



Yüklə 1,2 Mb.
səhifə44/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

ТЕМА 33.AZƏRBAYCANIN MUSİQİ MƏDƏNİYYƏTİ TARİXİNDƏN

Sənət adamları ilə əlaqədar hamıya yaxşı məlum olan belə bir fikir var. Deyirlər: sənətkarın necə sənətkarın olduğunu sağlığında dəqiq müəyyən etmək çox çətindir. Sənətkara ən ədalətli qiymət ölümündən sonra verilən qiymətdir. Sözsüz ki, bu fikirdə müəyyən qanunauyğunluq var. Lakin həqiqətdən doğan hiss də gülcüdür. Məgər incəsənət tarixində hələ sağlıqlarında özlərinə əbədi heykəl ucaldanlar, ümumxalq məhəbbəti qazanıb elin, obanın sevimlisinə çevrilənlər azmı olub? Açığını deyək ki, Azərbaycan incəsənəti tarixində belələri istənilən qədərdir. Artıq hamının sevimlisinə çevrilmiş Üzeyir Hacıbəyov, Bülbül, Qara Qarayev, Niyazi. Fikrət Əmirov məhz belə sənətkarlardandır. Onlar hələ öz sağlıqlarında ümumxalq məhəbbəti qazanmış və bütöv bir xalqın fəxrinə, vüqarına çevrilmişlər.

Azırbaycan musiqisi öz milli zəmini üzərində yüksəlmişdir. Bununla yanaşı, Azərbaycan musiqisi qabaqcıl dünya mədəniyyətinin gözəl ənənələrindən də müəyyən dərəcədə təsirlənmiş, daha da inkişaf edərək müasir səviyyəyə çatmışdır.

Musiqi şən günlərdə, bayramlarda, istərsə də ağır və iztirablı anlarda xalqa mənəvi dayaq olmuşdur. Azərbaycan musiqisi gələcəyə böyük inam hissi aşılayır və insanı cəsur, mübariz olmağa ruhlandıran motivlərlə zəngindir.

Azərbaycan musiqi mədəniyyətinin və xalq incəsənətinin çoxəsrlik ənənələri vardır. Görkəmli incəsənət ustaları, xüsusilə xalq xanəndələri bu ənənələri nəsildən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaratmışlar. Klassik xanəndələrin tərcübə və irsini not və səsyazma sayəsində öyrənmək isə yalnız bizim əsrdə mümkün olmuşdur.

Azərbaycanda, bütün türk dünyasında və müsəlman Şərqdə ilk operanı Ü.Hacıbəyov yazdı. Bu, böyük bəstəkarın 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası idi. Onun sayəsində Azərbaycan bütün müsəlman Şərqində opera yaradılan birinci ölkə oldu. Ü.Hacıbəyov həm də Azərbaycan musiqili komediyasının yaradıcısıdır. “O olmasın, bu olsun” və yaxud “Məşədi İbad” musiqili komediyası onun şöhrətini daha da artırdı. Üzeyir bəy “Koroğlu” operası ilə bu sənətin zirvəsini fəth etmişdir. “Koroğlu” operası Niyazinin dirijorluğu ilə olduqca qeyri-adi təsir bağışlayırdı.

Maestro Niyazi həmçinin Müslüm Maqomayevin “Nərgiz” operasının, Qara Qarayevin “Azərbaycan süitası”nın, Cövdət Hacıyevin bir sıra simfonik əsərlərinin ilk dirijoru olmuşdur.

Niyazi 1930-cu illərdən başlayaraq kino və teatr musiqisi sahəsində diqqətəlayiq nümunələr yaratmışdır. O, “Almaz”, “Kəndlilər”, “Fətəli xan”, “Mahnı belə yaranır” kinofilmlərinə, “Dağılan tifaq”, “Peri cadu”, “Vaqif” tamaşalarına musiqi bəstələmişdir.

Azərbaycanın musiqi tarixində muğamların mövqeyi və əhəmiyyəti böyükdür. Bülbül muğamların inkişafı məhz xanəndəlik sənəti ilə bağlayırdı. O, haqlı olaraq göstərirdi ki, Azərbayacan klassik muğamlarının inkişaf tarixi onların ifaçıları ilə sıx bağlıdır. Səttar, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Seyid Şuşuinski, Xan Şuşinski görkəmli muğam ustaları idilər.

Xan Şuşinski daim xalq yaradıcılığından gidalanan xanəndə idi. Onun vətəni Şuşaya həsr etdiyi “Şuşanın dağları” mahnısı dillər əzbəri olmaqla yanaşı əlli ilə yaxındır ki, xanəndələrin repetuarından düşmür.

M.Füzülini, H.Cavidi, Ü.Hacıbəyovu, Cabbar Qarayağdıoğlunu, Q.Pirimovu, Bülbülü, Niyazini, S.Vurğunu, F.Əmirovu və Xanı yetirən bir millət bu cür istədadları yenə də yetirəcəkdir.
Lüğət

əbədi heykəl – памятник

milli zəmin – народное достояние

gözəl ənənələr – прекрасные традиции

ümidvarlıq – надежда

mənəviyyat – нравственность

nikbinlik – жизнерадостность, оптимизм

xanəndə - певец, исполнитель

Tapşırıq 173. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 174. Suallara cavab verin



  1. Dünya musiqi tarixində kimləri tanıyırsınız?

  2. Musiqini mənəvi dayaq kimi necə qiymətləndirirsiniz?

  3. Azərbaycan musiqisi tarixində istedadlı sənətkarlar kimlərdir?

Tapşırıq 175. Mətni plan üzrə danışın.

Tapşırıq 176. Azərbaycanşn dahi bəstəkarı Ü.Hacıbəyov haqqında məlumat toplayıb inşa yazın.





Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin