TEMA 3. MÖVZU 3. AZƏRBAYCANIN İQLİMİ
Səthin müxtəlif olmasıyla əlaqədar olaraq, Azərbaycan iqlimi də müxtəlifdir. Bu cəhətdən onun iqlimini dörd nahiyəyə ayırmaq olur:
düzəngah-bozqır;
Asiya dağlığı;
Xəzər sahili;
Alp dağlığı.
Dəniz səthi üzərində olan yüksəklik və dəniz yaxınlığı ilə əlaqədar olaraq, bu yerlər bir-birlərindən ayrıdırlar.
Birinci nahiyə düzəngah və bozqırlardan ibarətdir. Uzun müddət istilik və yayda quraqlıq, həmçinin mülayim, şaxtasız və bəlkə qarsız qışı bu yerlərin birinci xasiyyətidir. Bir tərəfdən şiddətli isti, digər tərəfdən duzlaq bataqların və tərpənməyən suların çoxluğundan dolayı, bu yerlərdə iqlim səhhət üçün çox zərərlidir.
Asiya dağlığı məmləkətin cənub və cənub-qərb hissəsini təşkil edir. Buranın iqlimi çox quruluğu ilə seçilir; yayda çox isti (20-28,7 dərəcə) olduğu halda, uzun davam edən quru və soyuq (-8 dərəcə) qışı vardır. Bu iqlimin xüsusiyyəti əsməkdə olan şimal, şimal-şərq və cənub-şərq yelləridir. Şimal, şimal-şərq yelləri özləri ilə soyuq, axırıncı isə isti və rütubət gətirir.
Xəzər sahili nahiyəsi isti iqlimiylə ayrılır. Burada yay çox isti və qış isə mülayim olur. Belə ki, bu yerlərdə şaxta az-az görünən hadisələrdəndir. İldə ancaq 12 günə kimi qarlı gün olur. Mənfi xüsusiyyəti bu yerin, arabir bərk şimal-qərb küləyinin əsməsidir ki, buralarda ona xəzri (nord) deyirlər. Bu külək nəbatata və kənd təsərrüfatına pis təsir edir. Buradan istisna ancaq Talış ola bilir ki, onun düzənliyində iqlim, istiliyi (ilin orta istiliyi 14,6 dərəcə) və rütubəti ilə məlumdur. Nəhayət, 1800 m ilə 4178 m arasında olan dağlıq nahiyəsi Alp dağları növündən hesab olunur. Bu nahiyə soyuqluğu ilə tərif edilir. Buralarda isti ayların dərəcəsi 5 ilə 10 arasındadır və iyul ayının orta hərarəti 10 dərəcəyə kimi qalxır, qışda isə şiddətli soyuq olur. Bir az aşağıda, meşə hissələrində iqlim bir qədər mülayim olur. Dağlar arasında küləkdən məhrum qalmış yerlərində isə iqlim istidir.
Rütubət və yağmur Azərbaycanın yerlərində müxtəlifdir. Yağmurun miqdarı qərbdən (Zaqatala – 97,2 mm) və cənub-qərbdən (Şuşa-765 mm) şərqə doğru azalır. (Ələt-189 mm; Bakı-228 mm). Buradan ancaq Xəzər dənizinin Lənkəran sahili istisna təşkil edə bilər. Bu yerlər də, iqlimcə ekvator xətti ətrafındakı yerlərə bənzəyirlər və böyük rütubətə malikdirlər (Lənkəran-1256 mm). Bu hal Talış dağları sayəsindədir; bu dağlar buranı qərb tərəfdən mühafizə edib, Xəzərin şimal yeli ilə gətirilmiş buxarın soyuqlaşmasına səbəb olurlar.
Nəhayət, axırıncı, Alp nahiyəsində, qalın qar düşdüyünə görə bu yerlər daimi rütubətə malikdirlər. Buna görə bu nahiyədə heç bir vaxt quraqlıq olmur, qar burada iyula və bəlkə sona kimi qalır.
Lüğət
Iqlim климат
nahiyə область, район
bozqır безводная равнина без растительности
yel ветер
nəbatat растительный мир
rütubət сырость
Tapşırıq 13. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 14. Suallara cavab verin:
- Azərbaycanın iqlimini neçə və hansı nahiyələrə ayırmaq olur?
- Birinci nahiyə nədən ibarətdir?
- Asiya dağlığı məmləkətin hansı hissəsini təşkil edir?
- Xəzər sahili nahiyəsinin xüsusiyyəti nədədir?
- Xəzər dənizinin Lənkəran sahili iqlimcə hansı yerlərə bənzəyir?
Tapşırıq 15. Yel və külək sözləri ilə cümlələr qurun.
Tapşırıq 16. Moskvanın iqlimi haqqında danışın.
Tapşırıq 17. Mətnin aşağıda verilən hissəsuini rus dilinə yazili tərcümə edin və öz sözlərinizlə danışın.
Dostları ilə paylaş: |