TEMA 13. MÖVZU 13. AZƏRBAYCAN DİLÇİLƏRİ
Azərbaycan dilçilik elminin tarixi eramızın IX əsrindən başlayır. Bu vaxt Azərbaycan alimləri öz əsərlərini ərəbcə yazırdılar. Məsələn, Məhəmməd ibn Marağı, Xətib Təbrizi (1030-1146), musiqişünas dilçi Sədrəddin əl Ürməvi (1249-1323), Məhəmməd əl Bərdəi, Mahmud Zaiqanı, Məhəmməd Hüseyn, İbrahim Şəkəvi və onlarla başqaları Azərbaycan dilçiliyində şöhrət qazanmışlar.
Bunlar içərisində Əbu Zəkəriyyə Xətib Təbrizinin adını xüsusi çəkmək lazımdır.
Hübeyş Tiflisi, Əzzəncani, Şafii Xoylu (1228-1293) və başqaları görkəmli Azərbaycan dilçiləridir.
Fars dilçiliyinin əsasını qoyan azərbaycanlı alimlərdən Qətran Təbrizi, Fəxrəddin Hinduşah Naxçıvani, onun oğlu Məhəmməd Hinduşah Naxçıvani, A.Bakıxanov, Mirzə Kazım bəy kimi görkəmli dilçi alimlərimiz olmuşlar. İlk dəfə Azərbaycan dilinin qrammatikasını ana dilində azərbaycanlılar üçün yazan XIX əsrin axılarında görkəmli maarif xadimi, ana dili müəllimi xələfi Mirzə Məhəmməd bəy Əfşar olmuşdur.
1920-ci ildən başlayaraq dilimiz nəzəri və praktik cəhətdən geniş tədqiq edilməyə başlamışdır.
Bu sahədə aparıcı rol prof. Bəkir Çobanzadəyə məxsusdur. O, dilçiliyimizin bütün sahələrində tədqiqat aparmaqla yanaşı, gözəl alimlər də yetişdirmişdir. Məsələn, Muxtar Hüseynzadə, Əzəl Dəmirçizadə, M.Şirəliyev, İdris Həsənov, Əkrəm Cəfər, Feyzulla Qasımzadə, Məmməd Cəfər və onlarla görkəmli alimlərimizin yetişməsində xüsusi zəhmət və əzm göstərmişdir.
İndi Bəkir Çobanzadənin qoyduğu bünövrə üzərində dilçiliyimizin bütün sahələrində uğurlu iş aparılır. Bunun nəticəsidir ki, azərbaycan dilçiliyi bütün dünya türkologiyasının önündə gedir.
1.Ümumi dilçilik sahəsində: A.Axundov, A.Qurbanov, Ə.Rəcəbov.
2.Müasir Azərbaycan dilinin qrammatikası sahəsinədə: Y.Seyidov, K.Abdullayev.
3.Qermanastika və leksikologiya sahəsində: M.Qasımov, İ.Məmmədov.
4.Dil tarixi sahəsində: N.Cəfərov, N.Xudiyev, S.Əlizadə, R.Məhərrəmova.
5. Türkologiya sahəsində: T.Hacıyev, K.Vəliyev.
6.Dialektologiya sahəsində: M.İslamov, E.Əzizov və başqaları səmərəli fəaliyyət göstərir.
Tapşırıq 96. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 97. Suallara cavab verin:
- Azərbaycan dilçilik elminin tarixi nə vaxtdan başlayır?
- Fars dilçiliyinin əsasını hansı azərbaycanlı alimlər qoymuşdur?
- İlk dəfə Azərbaycan dilinin qrammatikasını ana dilində kim yazmışdır?
- Prof. B. Çobanzadənin Azərbaycan dilşiliyinin inkişafında nə kimi xidmətləri var?
- Siz mətndən hansı görkəmli Azərbaycan dilçilərinin adını öyrəndiniz?
Dostları ilə paylaş: |