(Azərbaycan xalq nağılı)
Günlərin bir günü tacir meşədən keçirdi. O, bülbülün şirin nəğməsini eşidib ayaq saxladı. Bülbül alçaq bir kolun üstünə qonub cəh-cəh vururdu. Tacir onu tutdu, evə gətirib gözəl qəfəsə saldı. Qəfəsi qızıl-gümüşlə bəzədi. Bülbülə qulluq etmək üçün adam da saxladı.
Tacirin gül-çiçəkli bağçası var idi. Bağçanın ortasında çarhovuz var idi. Çarhovuzun ortasında fəvvarə ucalırdı.
Tacir qəfəsi çarhovuzun yanında asdı.
Bülbül həmişə yanıqlı mahnılar oxuyurdu, ah-nalə çəkirdi. Tacir çox təəcübləndi. O, quş dili bilən bir adam gətirdi. Quş dili bilən dedi:
Tacir ağa, bülbül deyir: “Mənim əziz vətənim, yurdum! Kaş azad olaydım.
Mən aşıqəm dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz”.
Təcir bunu eşidib, bülbülü açıb buraxdı. Azadlığa çıxmış bülbül o gündən yenə də əvvəlki kimi cəh-cəh vurur, şən nəğmələr oxuyur.
Tacir düşünür: “Azadlıq hər şeydən qiymətlidir”.
Lüğət
tacir – купец
qəfəs – клетке
çarhovuz – бассейн
cəh-cəh vurmaq – издавать трели
Tapşırıq 113. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 114. Suallara cavab verin
- Tacir meşədən evə nə gətirdi?
- O bülbüıü harada saxlayır?
- Bülbül nə üçün əvvəlki kimi oxumur?
- Quş dili bilən nə deyir?
- Tacir nə edir?
- O nə düşünür?
- Dünyada ən gözəl şey nədir?
Tapşırıq 115. Sözləri düzgün tələffüz edin və cümlələrdə işlədin.
Tacir, çarhovuz, qəfəs, qəmlənmək, gül-çiçək, aşiq, sevgi, cəh-cəh vurmaq.
Dostları ilə paylaş: |