TEMA 19. TURAC
Keçmişdə Turac adlı bir qız zalım xanın evində qullqçu idi. Xanım onu çox döyür, incidirdi. Turaca qarın dolusu çörək, geyməyə paltar vermirdi. Günlərin bir günü xanım onu çağırdı:
A qız, bu saat su isidib başımı, ayaqlarımı yuyarsan.
Turac gedib su isitdi. Nə qədər axtardı, xanımın darağını tapmadı. Bilmirdi darağı hara qoyub. Xanımın səsi gəldi:
Turac dedi:
Nə qədər axtardı, darağı tapmadı.
Xanımın ayağının səsi gələndə Turac ağladı, yalvardı:
-Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
Turac bir quş oldu. Xanım əli ağaclı qapıdan içəri girəndə, turac uçub bacadan getdi. Birdən yadına düşdü ki, daraq taxçadakı boxçadadır. Uçub pəncərənin qabağına qondu, dedi:
İndi də Turac həmişə bu sözləri oxuyur:
(Azərbaycan xalq əfsanəsi)
Lüğət
turac перепёлка, азербайджанское женское имя
isitmək греть
taxça ниша
boxça сверток
baca дымоход
Tapşırıq 119. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 120. Suallara cavab verin
- Xanımın evində işləyən qızın adı nə idi?
- Xanım Turaca nə tapşırdı?
- Turac nəyi tapa bilmirdi?
- Turac niyə quşa döndü?
- Turacın birdən nə yadına düşdü?
- Turac pəncərənin qabağında oturub nə deyirdi?
Tapşırıq 121. Cümləlni tərcümə edin.Fellərin hansı zaman və şəkil formasında işlədilməsini təyin edin. Bu şəril formasında 3 cümlə qurun.
Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
Dostları ilə paylaş: |