Azərbaycan



Yüklə 1,2 Mb.
səhifə31/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

TEMA 20. DASTAN

Azərbaycan şifahi xalq ədəbiyyatının ən çox yayılmış janrlarından biri dastandir. Şifahi ədəbiyyətın digər janrlarına nisbətən dastan həcmcə daha böyük, quruluşda mürəkkəb olur. Belə əsərlərdə hadisələr, əhvalatlar və qəhrəmanların həyatı geniş təsvir edilir.

Dastan nəzm və nəsr hissələrdən ibarət olur. Nəsr hissəsi aşıqlar tərəfindən nağıl edilir. Nəzm hissəsi isə müvafiq saz havaları üstündə avazla oxunur.

Dastanların nəzm hissəsini qoşmalar, gəraylılar və deyişmələr təşkil edir. Bunlar dastanın nəsr hissəsi ilə sıx bağlı olur.

Azərbaycan şifahi xalq ədəbiyyatında maraqlı dastanlar çoxdur. Bunlar mövzü və məzmunlarına görə, əsasən, iki növə ayrılır: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

Qəhrəmanlıq dastanında xalqın azadlıq uğrunda apardığı mübarizə təsvir edilir. İşğalçılar və haqsız insanların əleyhinə çevrilmiş hərəkatlar ümumiləşdirilir. Xalqın igid oğul və qızlarının qəhrəmanlıq səhnələri canlandırılır. “Kitabı-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi” qəhrəmanlıq dastanlarımıza ən gözəl nümunələrdir.

Qəhrəmanlıq dastanlarının əsas ideyasını zalımlara və qəsbkarlara qarşı nifrət, xalqa, vətənə tükənməz məhəbbət hissləri təşkil edir.

Məhəbbət dastanlarında isə azad sevgi, sədaqət, vəfa, etibar və dostluq kimi gözəl insanı sifətlər təsvir olunur. Belə dastanlarda qəhrəmanlar öz məsqədlərinə çatmaq üçün fiziki qüvvələrindən, eləcə də şeir qoşmaq, saz çalmaq, oxumaq kimi məharətlərindən istifadə edirlər. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Abbas və Gülgəz” belə dastanlardandır.


Lügət

həcmcə - по объему

quruluşca – по структуре

əhvalat – событие

nəzm – поэзия

nəsr – проза

aşıq – ашуг

avaz – голос

məhəbbət dastanı – любовный эпос

gəraylı – герайлы (стихотворная форма)

hərəkat – движение

ümumiləşdirmə - обобщение

səhnə - сцена

canlandırmaq – воскрешать

qəsbkar – захватчик

nifrət – отвращение

sədaqət – верность

məharət – ловкость

qəhrəmanlıq dastanı – героический эпос
Tapşırıq 122. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 123. Suallara cavab verin

- Dastanların şifahi xalq ədəbiyyatının digər növlərindən hansı fərqləri vardır?

- Dastanlar hansı hissələrdən ibarət olur?

- Dastanların hansı növləri vardır?

- Qəhrəmanlıq dastanlarının əsas ideyası nədir?

- Məhəbbət dastanlarında nə təsvir olunur?

- Hansı Azərbaycan dastanlarının adını çəkə bilərsiniz?

Tapşırıq 124. Aşağıdakı sözlərin sinonim və antonimini tapın və cümlələrdə işlədin:

Məhəbbət, səadət, gəhrəman




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin