Azərbaycan


TEMA 25. YASSIÇƏMƏN SÜLHÜ



Yüklə 1,2 Mb.
səhifə36/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

TEMA 25. YASSIÇƏMƏN SÜLHÜ

Bir neçə gündən sonra Sara xatın çoxlu qiymətli hədiyyələt və mötəbər bir elçi heyəti ilə Yassıçəmənə yola düşdü. Sultan II Mehmət onu böyük bir ehtiramla qarşıladı, əlindən tutaraq öz taxtı ilə yanışı qoyulmuş taxda əyləşdirdi. Onlar bir-birinə “ana”, “oğul” – deyə müraciət edirdilər.

Sultan Mehmət dedi:

- Ana, Həsən bəylə savaşa girmək istəmirəm. O da mənim qardaşım. Biz bir-birimizlə anlaşsaq, yaxsı olmazmı?

Sara xatın yaranmış bu fürsətdən dərhal istifadə etməyə çalışdı:

- Elədir, oğlum, səninlə Həsən bəyin dili də, dini də birdir. Özün söylədin ki, qardaş-qardaşa əl qaldırmaz. Lakin unutma ki, Trabzon imperatorunun qızı Dəspinə xatın Həsən bəyin arvadıdır.

- Mənim Həsən bəylə işim yoxdur. Qoy o, Azərbaycanda hakimiyyətini gücləndirsin. Lazım gəlsə bu işdə ona kömək də edərəm. Trabozona gəlincə isə, ana, gərək məni bağışlayan, artıq tarix bu xristian dövlətinin ölüm hökmünü vermişdir.

Müdrik qadın sultanı bu fikirdən daşındırmağın mümkün olmadığını görərək çox təkid etmədi. Bəlkə də, ürəyinin dərinliyində bu işdən razı da qaldı. Çünki dünyada baş verən hadisələrdən yaxşı baş çıxaran Sara xatın bilidi ki, Trabzon Ağqoyunlu-Osmanlı münasibətlərini gərginləşdirmək üçün Qərb dövlətlərinin əlində alətdir. Bununla belə, Sara xatın Trabzon taxtına gəlinin varislik hüququnu irəli sürdü və Trabzon xəzinəsini yarıya bölmək barədə II Mehmetin razılığını aldı. Bu hadisə 1461-ci ildə baş vermişdi. Yassıçəmən sülh müqaviləsi Azərbaycan diplomatiyasının böyük uğuru idi.


Tapşırıq 144. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 145. Mətnlə əlaqədar suallar hazırlayın

Tapşırıq 146. Sara xatınla Sultan Mehmətin danışığını vasitəli nitqə şəkilində söyləyin.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin