MÖMİNƏ XATIN TÜRBƏSİ
Əcəmi Əbubəkr oğlunun Naxçıvanda zəmanəmizə qədər qalmış ikinci bir əsəri olan Möminə xatın türbəsi orta əsr Naxçıvan şəhərinin əzəmətini əks etdirir, Naxçıvan memarlıq məktəbinin, bədii-memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir.
Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Atabəy Şəmsəddin Eldəgəzin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatının şərəfinə tikildiyi məlum olur. Monumental, əzəmətli bir tikinti olan Möminə xatın türbəsi Naxçıvana gələn səyyah və alimlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua-de Monpere abidəyə diqqət yetirmiş və onun kitabələrini Peterburqda akademik Frenə göndərmişdi. O zamandan bəri müxtəlif alim və şərqşünaslar türbənin özü və kitabələri haqqında öz qeydlərini dərc etdirmişlər.
Lüğət
Türbə мавзолей
əzəmət могущество
şərəfinə в честь
Tapşırıq 165. Mətni tərcümə edin və danışın
Dostları ilə paylaş: |