Azərbaycan


ТЕМА 32. AZƏRBAYCANIN MUSİQİ MƏDƏNİYYƏTİ HAQQINDA



Yüklə 1,2 Mb.
səhifə43/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

ТЕМА 32. AZƏRBAYCANIN MUSİQİ MƏDƏNİYYƏTİ HAQQINDA

“Musiqi əxlaqi qanundur. O bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insanı xəyalən göylərə ucaldır. Musiqi qayda-qanunun, nizamın əsasıdır. O, dünyadakı bütün əbədi ülvilik və gözəlliklərin təcəssümüdür.” Dahi Platonun bu sözləri hər bir azərbaycanlı üçün, istər filosof, istərsə də sadə əkinçi olsun, doğma və əzizdir. Əfsanəvi musiqi diyarı, odlar yurdu Azərbaycanın təbiətində: torpağında, ağacında, daşında ahəngdar bir musiqi yaşaır. Azərbaycanın böyük şairi Nizami Gəncəvi bu fikri belə tərənnüm edir:

Müğənni, sazını ələ alsana,

Xoş ahəng, nəğmədən bizə çalsana.

Dar pərdə dinləmək istəmirik biz.

Genişdir, yüksəkdir bizim nəğməmiz.

Azərbaycan musiqisi tarixən qonşu xalqlar: gürcü, erməni, ləzgi, türk, özbək və türkmənlər tərəfindən çalınıb-oxunmuş və zaman keçdikcə həmin xalqların musiqi yaddaşına həkk olunmuş, ümumi sərvətinə çevrilmişdir. XIX əsrə aid bir sıra yazılı mənbələrdə Azərbaycan musiqisinin Qafqazda, elacə də Orta Asiya xalqları arasında geniş yayıldığı barədə məlumatlar verilmişdir. Bu gün də onlarla Azərbaycan xalq mahnısı və musiqi nümunəsi vardır ki, həmin xalqlar tərəfindən ifa edilir.

Azərbaycan xalqının musiqiyə olan məhəbbəti onun qeyri-adi musiqi istedadı ilə sıx bağlıdır. XX əsrin görkəmli siması, müsəlman Şərqində, elacə də Qafqazda ilk operanın müəllifi, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov 1923-cü ildə yazırdı: “Qafqaz millətləri içərisində musiqiyə aid ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcən mübaliğə olmaz.”

Qədim zamanlardan başlayaraq müxtəlif dövrlərdə yaradılmış zəngin musiqi irsi, sözsüz ki, Azərbaycan xalqının hər bir nəslinə xas olan genetik istedadın sübutudur.

Azərbaycan xalq musiqisinin emosional koloritinə, ritminə, tempinə, bədiiliyinə uyğunlaşmış milli musiqi alətlərimiz uzun tarixi inkişaf yolu keçərək ənənəvi musiqi ifaçılığının və yaradıcılığının bir çox cəhətlərini bu günümüzə gətirib çatdırmışdır. Onlar musiqi mədəniyyətimizin keçmişi ilə gələcəyini əlaqələndirən elementlərdəndir.

Bu gün də səslənən ənənəvi musiqi və musiqi alətləri Azərbaycan milli musiqi təfəkkürünün, bədii yaradıcılığının əsas xüsusiyyətlərini əks etdirir. Lakin təəsüflə demək lazımdır ki, mədəni irsimizin böyük bir hissəsi müxtəlif səbədlərdən unudulmuş, dövrümüzə gəlib çatmamışdır. Bu daha çox müxtəlif dövrlərdə istifadə edilmiş zəngin musiqi alətlərinə aiddir.

Eramızdan çox-çox əvvəllərə aid edilən zərb, nəfəs və simli musiqi alətlərinin çoxsaylı növləri tarix boyu inkişaf etmiş, təkmilləşmiş və milli musiqi xəzinəmizin əsasını təşkil etmişdir. Bu xəzinənin inciləri əsrlər boyu xalqımızın mədəni inkişafına və yaradıcılıq fəaliyyətinə xidmət etmiş, onun məişətinə, adət-ənənəsinə bəzək vermişdir.

Lüğət

əxlaqi qanun - закон морали



xəyalən мысленно

təcəssüm etmək олицетворять

yaddaşına həkk olunmaq войти в память, запомниться

zərrəcən нисколько

Tapşırıq 169. Mətni oxuyun və tərcümə edin.

Tapşırıq 170. Mətnlə əlaqədar suallar hazırlayın

Tapşırıq 171. milli musiqi təfəkkürü, təcəssüm etmək, bədii yaradıcılıq ifadələırini cümlələrdə işlədin.

Tapşırıq 172. Aşağıdakı cümlələıi tamamlayın

Azərbaycan xalqının musiqiyə olan ..... onun qeyri-adi musiqi .... ilə sıx bağlıdır.

Qədim zamanlardan başlayaraq ....dövrlərdə yaradılmış zəngin musiqi irsi, sözsüz ki, Azərbaycan xalqının hər bir nəslinə xas olan genetik istedadın .....




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin