Qarayev Qara Əbülfəz oğlu 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriası nəzdindəki fəhlə fakültəsində almış 1933-1938-ci illərdə isə həmin Konservatoriyada oxumuşdur. Bəstəkarlıq üzrə R.L.Rudolfdan, Azərbaycan xalq musiqisinin əsasları üzrə Ü.Hacıbəyovdan dərs almışdır. 1946-cı ildə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında D.D.Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir. Həmin ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamış, 1957-ci ildə professor adına layiq görülmüşdür.
O, müxtəlif mövzulu süitaların müəllifidir. Bunların bir çoxlu “Yeddi gözəl”, “İndırımlı yollarla” baletinə və “Xəzər neftçiləri haqqında dastan”, “Vyetnam”, “Dənizi fəth edənlər”, “Don Kixot” kinofilmlərinə yazılan musiqi əsasında yaradılmasına baxmayaraq, müstəqil əsər kimi şöhrət qazanmışdır. “Don Kixot” simfonik qravürləri janr etibları ilə orijinaldır.
Q.Qarayev yaradıcılığında ideya aktuallığı və məzmun əsas yer tutur. İnsanın gözəllik, ülvilik və ucalıq uğrunda mübarizəsi Qarayev musiqisinin əsas mövzusudur. O, əsrimizin bir çox kəskin ictimai problemlərini sənətkarlıqla açmışdır. Qara Qarayev uzaq keçmişə dair mövzulara da müasir dövrün ideyaları baxımından yanaşır. Onun novator axtarışları Azərbaycan xalqının musiqi təfəkkürünün xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nailiyyətlərinə əsaslanmışdır. Qara Qarayevin musiqisi, ümumdünya şöhrəti qazanmış, baletləri ölkəmizin və bir sıra dünya teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. Qara Qarayev, hazırda yetişən gənc musiqiçilər nəslinin də müəllimi sayılır.
Lüğət
nəzdində - при
mütərəqqi – прогрессивный
təfəkkür – мышление
cərəyanlar – направления
Tapşırıq 180. Mətni oxuyun və tərcümə edin
Tapşırıq 181. Suallara cavab verin
- Zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayev nə zaman və harada anadan olmuşdur?
- Onun musiqi təhsili haqqında nə deyə bilərsiniz?
- Qara Qarayevin əsərləri hansıladır?
- Onun yaradıcılığında başlıca yeri nə tutur?
- Görkəmli bəstəkar xalqın musiqi təfəkküründən necə istifadə etmişdir?
- Onun əsərləri hansı səhnələrdə tamaşaya qoyulmuşdur?
Tapşırıq 182. Verilmiş sözləri mənaca onlara yaxın olan sözlərlə əvəz edin.
Doğulmuşdur, oxumuşdur, qurtamışdır, məşhur olmuşdur, tamaşaya qoyulmuşdur, hesab olunmaq, qabaqcıl, qüdrətli.
Tapşırıq 183. “Azərbaycan bəstəkarları” mövzusunda inşa yazın.
Dostları ilə paylaş: |