ТЕМА 40. A.S. “PUŞKİNİN ÖLÜMÜNƏ” ŞƏRQ POEMASI
(İşlənmişdir)
Baharın gözək vaxtıdır. Ağaclar yaşıl paltar geymişdir. Hər yerdə şadlıq var. Çəməndə lalə, zanbaq, yasəmən açılmışdır. Quşlar yaşıl budaqlara qonub oxuyurlar. Baharın belə xoş vaxtında mənim ürəyim tutqundur. Könlümdə heves qalmamışdır. Bu halımın səbəbini özüm özümdən soruşdum. Ürəyim belə dedi:
Ey dünuadan bixəbər, söylə görüm, məgər sən
Yatıb qəflət içində bir söz eşitməmisən
Şairlər məclisinin o böyük başçısındam?
O Puşkin ki, şeirdən nəqşlər vuran zaman,
Elə bil söz mülkünə bir ilk bahar gələrdi.
Şəninə hər tərəfdən təriflər yüksələrdi...
Ah, o dəmlər, a dostum, Lomonosov, deyirlər,
Ülvi bir gözəlliklə yazıb inci şeirlər,
Şeiriyyət dünyasını bəzəmişsə də, lakin
Puşkinin quş xəyalı olmuş o yerdə sakin.
Əgər şeir mülkünü Derjavin tutmuşsa da,
Puşkin cavan yaşından sahib olub o ada...
Ah, hələ Karamzinin o bilik badəsini...
Puşkin almış əlində, içib yetirmiş sona...
A.S.Puşkin xalqların sevimlisi idi. Bir qatil əli ilə onu öldürdülər. Şairin həyatını çiçəklənən vaxtında soldurdular. Rusiya torpağı ona yas saxladı. Qoca, ağsaçlı Qafqaz göz yaşı töküb ağladı, şairə şeiri ilə matəm saxladı.
“Bağçasaray fontanı”, budur, bir cüt gülündən
Qəbrinin torpağına Bağçasaray elindən
Xoş ətirlər göndərir baharın dan yelilə.
Bu xəbərlə ağlayan qoca, ağsaşlı Qafqaz
Sənə matəm saxlayır Səbuhinin şeirilə.
(Mirzə Fətəli Axundzadə)
Lügət
şadlıq – радость
zanbaq – тюльпан
qəflət içində - в неведении
nəqş – рисунок
söz mülkü – владение слова
şən – здесь: слава
o dəmlər – те времена
inci – здесь: жемчужина
tutqun – подавленный
bixəbər – неосведомленный
xəyal – чаша
qatil - убийца
yas saxlamaq – погрузиться в траур
matəm – траур
dan yeli – утренний ветерок
Tapşırıq 199. Mətni oxuyun və tərcümə edin
Tapşırıq 200. Suallara cavab verin
- Yazıçının ürəyi niyə tutqun idi?
- Yazıçı baharı necə təsvir edir?
- Poemada Puşkin hansı rus yazıçıları ilə müqayisə olunur?
- Şairin həyatını hansı vaxtda soldurdular?
Tapşırıq 201. Mətnin rus dilinə tərcüməsini oxuyun və müqayusə edin
Dostları ilə paylaş: |