ТЕМА 41. MİRZƏ ƏLƏKBƏR SABİR
Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra məşhur şair Seyid Əzim Şirvaninin təzə açdığı və yeni üsulla dərs dediyi məktəbdə oxumuşdur.
Sabir məktəbdə oxuyarkən, müəllimi Seyid Əzimdən şeir yazmağın qaydalarını öyrənə bilmişdi. Lakin atası onu məktəbdən ayırır və dükanında köməkçi işləməyə aparır.
Sabir 1884-cü ildə səyahətə çıxır. Səmərqənd, Buxara, Xorasan şəhərlərini gəzir. Mərv şəhərinə gedir. Bir müddət Aşqabadda qalır və sonra Şamaxıya qayıdır. Atası öləndən sonra böyük ailəni dolandırmaq Sabirin üzərinə düşür. Ağır yaşayışına baxmayaraq, Sabir mütaliə ilə öz biliyini dərinləşdirir.
1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Sabirə böyük təsir edir. O, bu jurnalın səhifələrində çap olunan şeirləri ilə istimarçıları, haqsız, ədalətsiz, insanlara zülm edən adamları tənqid edir. Odur ki, şair təqib olunur, incidilir, bəzən təhqirlərə məruz qalır.
Böyük sənətkar Mirzə Ələkbər Sabir həm də müəllimliklə məşğul olmuşdur. Şamaxıda olarkən məktəblərdən birində dərs demiş, yoldaşları onun dərin bilik və ustalığını bəyənmişlər.
1910-cu ilin əvvəllərində Bakıya gələn şair burada həm müxtəlif redaksiyalarda, həm də müəllim kimi fəaliyyət göstərmişdir. Eyni zamanda bədii yaradıcılığını davam etdirmişdir. Onun şeirləri qəzət və jurnallarda çap olunmuşdur. Şair 1911-ci ildə Şamaxıda vəfat etmişdir.
Bədii yaradıcılığa lirik şeirlərlə başlamış M.Ə.Sabir ədəbiyyatımızda böyük satirik şair kimi tanınmışdır. O yaşadığı dövrün eybəcərliklərini görmüş, bir sənətkar kimi onları ümumiləşdirərək satiralarında əks etdirmişdir.
1922-ci il aprelin 28-də Bakıda birinci olaraq M.Ə.Sabirin heykəəli qoyulmuş, “Horhopnamə” adlı kitabı bir neçə dəfə böyük tirajla çap edilmişdir. Şeirləri rus, gürcü, ukrayna, belorus, polyak, boqar, fars və başqa dillərə tərcümə edilmişdir. Bu gün milyonlarla adam Sabiri öz ana dilində sevə-sevə oxuyur.
Lüğət
üsul – здесь: метод
mütaliə - чтение
nəşrə başlamaq – начать печататься
məcbur olmaq – быть вынужденным
təqib olunmaq – преследование
incidilmək – быть обиженным
təhqir – оскорбление, обида
məruz qalmaq – подвергаться
eybəcərlik – уродство
Tapşırıq 202. Mətni oxuyun və tərcümə edin
Tapşırıq 203. Suallara cavab verin
Mirzə Ələkbər Sabir neçənci ildə anadan olmuşdur?
O, ilk təhsilini harada almışdır?
1910-cu ildə Bakıya gələn şair nə ilə məşğul olur?
O, neçənci ildə vəfat etmişdir?
Ölümündən sonra şairin yaradıcılığına necə qayğı göstərilmişdir?
Tapşırıq 204. məcbur olmaq, təqib olunmaq, incidilmək, məruz qalmaq felləri cümlələrdə işlədin
Tapşırıq 205. M.Ə Sabirin bir şerini ( öz seçiminizlə) əzbər öyrənin.
Dostları ilə paylaş: |