ТЕМА 47.A.S. PUŞKİN. “ YEVGENİ ONEGİN” ROMANINDAN TATYANANIN ONEGİNƏ MƏKTUBU
(S.Vurğunun tərcüməsində)
Mən yazıram sizə - neyləyim artıq?
Yenə söylənəcək bir sözümmü var?
Bilirəm sizdədir indi ixtiyar,
Cəzanız olsa da etinasızlıq.
Fəqət, bu qismətsiz taleyimə siz
Barı bir damlacıq rəhm eləsəniz,
Məni atmazsınız – deyirəm - əlbət!
Qabaqca kirimək isətdim, fəqət,
Barı həftədə bir gəlib üz-üzə,
Doğma kəndimizdə görərək sizi,
Sakit dinləyərək söhbətinizi.
Arada bir söz də andırıb sizə,
Gələcək görüşün fikrinə qalmaq,
Gecəli-gündüzlü xəyala dalmaq
Ümidi qəlbimdə yansaydı bir an,
Öz həya pərdəmi açmazdım inan!
Tərk-insansınız deyirlər ancaq;
Sizi darıxdırır bu hicrə bucaq,
Bizsə... dəbdəbədən, şöhrətdən kənar,
Sizə bir sadədil hörmətimiz var.
Tapşırıq 224. Mətni əzbər öyrənin.
Tapşırıq 225 Mətni originalla müqayisə edin və öz münasibətinizi bildirin.
Tapşırıq 226. Mətnin məzmununu öz sözlərinizlə danışın.
Dostları ilə paylaş: |