3. AZƏRBAYCANIN MİNERAL SULARI
Azərbaycan təbiətcə zəngin və məhşuldar bir ölkədir. Burada sıx meşələr, göy çəmənlər, uca dağlar, çoxlu mineral sular vardır. İndi təcavüzkar erməni ordusu tərəfindən işğal olunmuş Kəlbəcər rayonundakı İstisu, Şuşa şəhəri yaxınlığındakı Turşsu, eləcə də Naxçıvanın Şahbuz rayonundakı Badamlı, Sirab bulaqlarından axan sular ən qiymətli sulardandır.
İstisuyun çox böyük əhəmiyyəti vardır. Bu s kimtəvi tərkibinə və müalicə əhəmiyyətinə görə məşhur Karlov Vari suyundan geri qalmır. Mədə-bağırsaq, öd yolları, qara ciyər xəstəliklərinin dərmanıdır.
İstisu bulağı okean səviyyəsindən iki min metr yüksəklikdədir. Bu su yerin altından gülcü fəvvarə şəklində çıxır. Suyun temperaturu yetmiş bəş-səksən dərəcəyə çatır. Bu yerin havası da çox təmizdir. Buna bənzər qaynar və isti sular ölkəmizin başqa rayonlarında da vardır.
Bibiheybətdə - Şıx burnunda çıxan suyun istiliyi yetmiş dərəcədir. Abşeronda neft quyularından çıxan sular qaynayır. Onların temperaturu yüz otuz dərəcəyə çatır. Bu suların keyfiyyətini nəzərə alaraq Suraxanıda və Şıx burnunda xüsusi müalicə evləri tikilmişdir. Orada isti sulardan müalicə məqsədi ilə çox geniş istifadə olunur.
Azərbaycanın mineral suları müalicə əhəmiyyətinə görə dünyada şöhrət qazanmışdır.
Lüğət
kimyəvi – химический
tərkib – состав
geri qalmamaq – не уступать
bulaq – родник
səviyyə - уровень
üzə çıxmaq – выходить наружу
qaynamaq – кипеть
istifadə etmək– использовать
müalicə əhəmiyyətinə görə - здесь: по своим лечебным свойствам.
Tapşırıq 25. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 26. Suallara cavab verin:
- Azərbaycan təbiətcə necə ölkədir?
- Azərbaycanda hansı mineral sular vardır?
- İstisuyun nə kimi müalicə əhəmiyyəti vardır?
- İstisu harada və necə çıxır?
- İstisuyun temperaturu nə qədərdir?
- Azərbaycanın daha hansı yerlərində qaynar və isti su vardır?
- Abşerondakı mineral sulardan nə məqsədlə istifadə olunur?
Tapşırıq 27. Söz və söz birləşmələrini düzgün tələffüz edin və cümlələrdə işlədin.
Müalicə, içməli, yüksək, geri qalmaq, dəniz səviyyəsi, müxtəlif, əhəmiyyət, gülcü, fəvvarə, dərəcə, keyfiyyət.
Tapşırıq 28. Söz birləşmələrini işlətməklə cümlələr qurub yazın.
İçməli su, suyun istiliyi, müalicə əhəmiyyəti, dincəlmək üçün, səksən dərəcə, suyun temperaturu.
Tapşırıq 29. Söz birləşmələrini rus dilinə tərcümə edin.
Qaynar su, suyun istiliyi, çay qaynatmaq, təmiz hava, gözəl sanatoriya, neft quyuları, müəlicə evləri.
Tapşırıq 30. Oxuyun, buraxılmış sözləri və birləşmələri mətndən tapıb nöqtələrin yerinə əlavə edin və köçürün.
1. Azərbaycanda müxtəlif ... vardır. 2. Azərbaycan təbiətcə ... bir ölkədir. 3. İstisi bulağı ... iki min metr yüksəklildədir. 4. Bu yerin ... təmizdir. 5. Suraxanıda və Şıx burnunda ... tikilmişdir.
Dostları ilə paylaş: |