Testin çətinlik dərəcəsi: orta
İ stinad: Azərbaycan Respublikasının Konstitusiyası 92. Düzgün cavabı seçin. A) Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni seçkilər
yolu ilə həll edə bilər
B) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi hüququ Azərbaycan
Respublikasının Milli Məclisinə məxsusdur
C) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi hüququ Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məxsusdur
D) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi hüququ Azərbaycan
Respublikasının Prezidentinə məxsusdur
E) Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək,
xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur
Testin çətinlik dərəcəsi: mürəkkəb İ stinad: Azərbaycan Respublikasının Konstitusiyası 93. Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən ......... mənsubdur. A) Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına
B) Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına
C) Azərbaycan xalqına
D) Azərbaycan Respublikasına
E) Təbii Sərvətlər və Ekologiya Nazirliyinə
Testin çətinlik dərəcəsi: orta İ stinad: Azərbaycan Respublikasının Konstitusiyası 94. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı ........ əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. A) Müxtəlif mülkiyyət növlərinə
B) Bələdiyyə mülkiyyəti növünə
C) Eyni mülkiyyət növünə
D) Dövlət mülkiyyət növünə
E) Xüsusi mülkiyyət növünə
Testin çətinlik dərəcəsi: mürəkkəb
Rəy və təklifləriniz üçün
elektron ünvanına müraciət edə bilərsiniz