Azərbaycan xalçaçıları



Yüklə 11,7 Kb.
tarix05.07.2018
ölçüsü11,7 Kb.
#55781

“Azərbaycan xalçaçıları” İctimai Birliyi 01 avqust – 01 dekabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ xalçaçılığının müasir inkişaf potensialı” adlı layihənin icrasına başlamışdır.

Layihə Qarabağda, cəbhə bölgələrində yaşayan əhali və qaçqınlar arasında ənənəvi əllə toxunan xalça istehsalı yerlərinin aşkar edilməsindən, xalçaçılar, toxucular, boyaqçılar, onların sayı, toxuduqları xalça növləri haqqında məlumat toplanmasından ibarətdir. Layihənin gedişatında yaradılan məlumat bankı Qarabağa xas xalça növləri, çeşnilər və hazırda burada mövcud olan xalça müəssisələri haqqında yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmağı, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə təklif və tövsiyələrin hazırlanmasını nəzərdə tutur.

Xalça Azərbaycan xalqının dünyaya bəxş etdiyi mədəni təzahür kimi yüzillər boyu insanların yalnız canlı tarixi deyil, həm də qədim kökləri, mədəni dəyərləri haqqında məlumatın daşıyıcısı olmuşdur.

Lakin bu gün milli xalçaçılığın və xalça ilə bağlı nənələrin, həmçinin xalça naxışlarının və texnologiya müxtəlifliyinin saxlanılması, qorunması və gələcək nəsillərə ötürülməsinə tələbat mövcuddur. Bu, Azərbaycanın nənələrin itdiyi bölgələrində, xüsusilə Qarabağın işğal altında qalmış hissəsində, yurdlarından didərgin düşmüş qaçqınların sıx məskunlaşdığı zonalarda onun müdafiəsi və istehsalının təşviqi, eyni zamanda, beynəlxalq miqyasda Azərbaycan xalçasının adı və brendinin özünə qaytarılaraq yad təsirlərdən qorunması üçün vacibdir. Bu, öz növbəsində, gənclərin diqqətini mədəni irsə yönəltməyə və ona ehtiramla yanaşmağa, toxucu icmalarının yaradıcı potensialının inkişafına və Azərbaycanda xalçaçılığın gələcək inkişafını dəstəkləməyə təşviq edər.

Xalçanın gələcək inkişafına kömək göstərmək üçün, onun müasir yayılma zonaları, ənənəvi xalça istehsalı ilə məşğul olan xalçaçıların sayı, onların istifadə etdikləri xammal ehtiyatları haqqında məlumata sahiblənmək çox vacibdir.

Layihə Azərbaycan xalçaçılıq sənətinin önəmli hissəsi olan Qarabağ xalçaçılıq məktəbinin ənənələrini özünə qaytarmaq, unudulan çeşniləri bərpa etmək və xalçaçılığı inkişaf etdirmək məqsədi daşıyır. Bununla əlaqədar layihə çərçivəsində Qarabağda xalçaçılığın potensialını qiymətləndirmək niyyətilə monitorinqin keçirilməsi və xalçaçı, toxucu, boyaqçı, əyiricilər arasında sorğuların aparılması nəzərdə tutulur. Layihəyə həmçinin müasir xalça məhsullarının öyrənilməsi daxildir. Layihənin yekununda nəticə olaraq, cəbhə xəttində yerləşən ərazilərdə - Füzuli, Ağdam və Tərtər rayonlarında xalçaçılığın məlumat bankı tərtib ediləcək.

Bu Layihənin həyata keçirilməsi Azərbaycan xalçaçılıq irsinin saxlanılmasına kömək edəcək, bu isə xalçaçı-toxucu icmasının xalça istehsalını genişləndirmək və yaradıcı potensialı inkişaf etdirməyə maraqlandırmaq vasitəsilə baş verəcək.



İstehsalın belə inkişafı və ideya mübadiləsində toxucular, xalçaların müasir növləri, texnika, naxışlar və xammal mənbələri haqqında məlumat bankı bir alət ola bilər.

  • Milli mədəniyyətə və tarixə ehtiram və diqqətin artması;

  • Unudulan toxuculuq texnologiyalarının dirçəldilməsinə kömək;

  • Azərbaycanda xalça istehsalının artırılması üçün imkanların yaxşılaşdırılmasına kömək;

  • Ənənəvi sənətkarlığın bərpasına yardım;

  • Xalçaçılığın inkişafında alət kimi informasiya texnologiyalarının rolunun gücləndirilməsi;

  • Məlumat bankı vasitəsilə istehsalçı ilə potensial istehlakçılar arasında münasibətlərin möhkəmləndirilməsi;

  • Yeni iş yerlərinin yaradılması potensialının öyrənilməsi.

Layihə boyunca keçirilən sorğular və əldə olunan nəticələr, əhalinin marağı, yeni iş yerlərinin yaradılması imkanları xalçaçılığın inkişaf potensialının qiymətləndirilməsinə şərait yaradacaq. Layihənin monitorinqi işğaldan azad edilən ərazılərdə, həmçinin Qarabağın digər bölgələrində iqtisadiyyatın mühüm sahəsi olacaq və qeyri-neft sektorunun inkişafına yönəldilən tədbirlərdə xalçaçılığın ənənəvi iqtisadi seqment kimi nəzərdən keçirilməsinə imkan verəcək.

Elektron onlayn məlumat bankı layihə bitdikdən sonra bir il fəaliyyət göstərəcək. Bu isə layihənin davamlılığının bir il müddətinə qüvvədə olacağını bildirir.
Yüklə 11,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin