İştirak haqqının məbləği və Əsas Şərtlər Toplusunun əldə edilməsi:
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunmuş məbləğdə iştirak haqqını ASCO-nun bank hesabına ödəyib (ödəniş tapşırığında müsabiqə keçirən təşkilatın adı, müsabiqənin predmeti dəqiq göstərilməlidir), ödənişi təsdiq edən sənədi birinci bölmədə müəyyən olunmuş vaxtdan gec olmayaraq ASCO-ya təqdim etməlidir. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə Əsas Şərtlər Toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın IV bölməsində göstərilən tarixədək həftənin istənilən iş günü saat 08:00-dan 17:00-a kimi ala bilərlər.