Azərbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ” qapali səhmdar cəMİYYƏTİ siğorta xiDMƏTLƏRİNİn satin alinmasi məQSƏDİLƏ AÇiq müsabiQƏ elan ediR

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 55.58 Kb.
tarix21.10.2017
ölçüsü55.58 Kb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin

“ 01 ___ ” ____________dekabr 2016-cı il tarixli

“ 216___ ” nömrəli əmri ilə təsdiq edilmişdir.



http://www.acsc.az/images/logo_img_az.png

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ



_____________________________ SIĞORTA XİDMƏTLƏRİNİN SATIN ALINMASI MƏQSƏDİLƏ AÇIQ MÜSABİQƏ ELAN EDİR.
MÜSABİQƏAM-019/2016




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (nümunə əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi

İlkin mərhələdə müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci ______.13.12.2016-cı il, Bakı vaxtı ilə saat: 17:00____-a qədər Azərbaycan, rus və ya ingilis dillərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “AXDG” QSC) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxslərin elektron poçtuna təqdim olunmalıdır.

Satın alınması nəzərdə tutulan mal, iş və xidmətlərin siyahısı (təsviri) əlavə olunur.






İştirak haqqının məbləği və əsas şərtlər toplusunun (müsabiqəyə dəvət sənədlərinin) əldə edilməsi:

  • Müsabiqədə iştirak etmək istəyən iddiaçılar (sığortaçılar) aşağıda qeyd olunmuş məbləğdə iştirak haqqını “AXDG” QSC-nin bank hesabına ödəyib, ödənişi təsdiq edən sənədi birinci bölmədə müəyyən olunmuş vaxtdan gec olmayaraq “AXDG” QSC-yə təqdim etməlidir. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxslərdən 14.12.2016-cı il tarixindən etibarən elanın III qrafasında göstərilən tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.




  • 1-ci lot üzrə 250___ AZN

  • 2-ci lot üzrə ___ (ƏDV-ilə)

  • ________

manat və ya ekvivalent məbləğdə ABŞ dolları və AVRO ilə ödənilə bilər



  • Hesab nömrəsi:

AZN

USD

EURO

Adı: Azərbaycan Beynəlxalq Bankı

ABB- Müştəri Xidməti Departamenti

Kod: 805250

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

SWIFT: IBAZAZ2X

Alan müştəri: AZARB.XAZAR DANIZ GAMICILIYI QSC

VÖEN: 1701579951

Hesab № (AZN): AZ36IBAZ38050019441115341120


Intermediary Bank: Citibank N.Y,

New York


Acc.36083186, SWIFT: CITIUS33

Beneficiary Bank: The International Bank of Azerbaijan

IBA- Customer Service Departament

SWIFT: IBAZAZ2X

Nizami str., 67
Beneficiary: AZARB.XAZAR DANIZ GAMICILIYI QSC

TAX İD: 1701579951

Account №: AZ26IBAZ38150018401115341120


Intermediary Bank: Commerzbank AG, Frankfurt am Main

SWIFT: COBADEFF

ACC # 400 88 660 3001

Beneficiary Bank: The International Bank of Azerbaijan,

IBA-Premier Customer Service

SWIFT: IBAZAZ2X


Nizami str., 67
Beneficiary: Azerbaijan Caspian Shipping CJSC

TAX ID: 1701579951

Account №: AZ06IBAZ38150019781115341120





  • İştirak haqqı “AXDG” QSC tərəfindən müsabiqənin ləğv edilməsi halı istisna olmaqla heç bir halda geri qaytarılmır!






Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqədə iştirak haqqında müraciəti və iştirak haqqının ödənilməsi barədə bank sənədini birinci bölmədə qeyd olunan vaxta qədər təqdim etmiş iştirakçılar, öz müsabiqə təkliflərini bağlı zərfdə (bir əsli və 2 surəti olmaqla) ________.10.01.20176-cı il, Bakı vaxtı ilə saat: 13:00___-a qədər “AXDG” QSC-yə təqdim etməlidirlər.




  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



Müsabiqədə tətbiq edilən qaydalar və “AXDG” QSC-nin müstəsna hüququ barədə məlumat:

  • Müsabiqə “AXDG” QSC-nin 12 iyun 2014-cü il tarixli 99 nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun keçiriləcəkdir.

  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun olaraq “AXDG” QSC-nin bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququ vardır.



Satınalan təşkilatın ünvanı:

AZ1005 (indeks), Səbail rayonu, M.Rəsulzadə küçəsi 5, “AXDG” QSC-nin aparatının inzibati binasının 2-ci mərtəbəsi, Bakı şəhəri, Azərbaycan Respublikası.




Fuad Hacıəliyev

“AXDG” QSC-nin Risklərin İdarəedilməsi və Sığorta şöbəsinin rəisi

Telefon nömrəsi: +994 12 404 37 00 (1091) ; (3091)

Faks nömrəsi: +994 12 598 39 25

Elektron ünvan: fuad.hacialiyev@acsc.az
Əlaqələndirici şəxslər:

Vüqar Cəlilov

“AXDG” QSC-nin Satınalmalar Komitəsinin katibi

Telefon nömrəsi: +994 12 493 41 52

Faks nömrəsi: +994 12 404 37 00 (1132)

Elektron ünvan: vuqar.calilov@acsc.az





Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı _____10.01..20176-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00____-da elanın V bölməsində göstərilmiş ünvanda baş tutacaqdır.





Müsabiqənin qalibi haqqında məlumat:

Müsabiqənin qalibi haqqında məlumatı “AXDG” QSC-nin veb-səhifəsinin elanlar bölməsində əldə etmək olar.






Müsabiqənin digər şərtləri:
Müsabiqədə iştirak üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- müsabiqədə iştirak üçün sifarişçiyə müraciət forması;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- müsabiqə təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- şərtlər toplusunun əldə edilməsi və müsabiqədə iştirak haqlarının ödənilməsi haqqında bank arayışı;

- üç nüsxə Azərbaycan dilində, ikiqat zərfdə, bağlanmış və möhürlənmiş şəkildə müsabiqə təklifi (təklif təqdim olunduqdan etibarən 30 gün müddətinə qüvvədə olmalıdır);

- hər iddiaçı yalnız bir təkliflə çıxış edə bilər;

- iddiaçının mümkün ən son dövr üzrə müstəqil auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı (korporativ idarəetmə və müvafiq fəaliyyət üzrə hazırlanmış hər hansı digər hesabatlar da yüksək qiymətləndiriləcəkdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;

- iddiaçının siğorta fəaliyyəti keçmişi üzrə təcrübəsi və korporativ müştərilərə göstərdiyi xidmət haqqında məlumatları əks etdirən hesabat;

- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər;
- xidmətin göstərilmə müddəti 20.02.2016-cı il tarixindən etibarən 12 (on iki) aydır;

- qiymətləndirmə meyarları: qiymət və texniki amillər;



AXDG” QSC-nin Satınalmalar Komitəsi



(İddiaçı iştirakçının blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20_-c- il

___________№


AXDG” QSC-nin Satınalmalar Komitəsinin Sədri

cənab C.Mahmudluya,
Hazırkı məktubla [iddiaçı podratçının tam adı göstərilir] (nin,nun,nın) “AXDG” QSC tərəfindən “__________”ın satın alınması ilə əlaqədar elan edilmiş [iddiaçı tərəfindən müsabiqənin nömrəsi daxil edilməlidir]nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı podratçının tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, [iddiaçı podratçının tam adı göstərilir] “AXDG” QSC-yə aidiyyəti olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:




  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MAL, İŞ VƏ XİDMƏTLƏRİN SİYAHISI

Müsabiqə “Şərtlər Toplusunda” adları çəkilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (bundan sonra Cəmiyyət adlandırılacaq) gəmilərinə münasibətdə “Gəmi sahiblərinin 3-cü şəxslər qarşısında məsuliyyət sığortası” polislərinin əldə olunması məqsədilə keçirilir. Müvafiq polislərdə aşağıda qeyd olunan təminatların əhatə olunması tələb olunur:



  • Gəmi heyəti;

  • Ştatdan xaric işçilər, Yükvuran fəhlələr və digər şəxslər;

  • Sərnişinlər;

  • Dənizdəki şəxslərin Xilası və biletsiz sərnişinlər;

  • Karantin;

  • Toqquşma və təmas;

  • Hər hansı Üçüncü Şəxsin əmlakına dəyən zərər yaxud itki;

  • Dağılmış gəminin gövdəsinin çıxarılması;

  • Sığortalanmış gəmidə daşınan Yük;

  • Çirklənmə;

  • Xilasedicilər- Xüsusi təzminat ödənişi;

  • Ortaq qəza – Üçüncü Tərəfin bərpa edilməyən İştirakı;

  • Ortaq Qəzadan çıxılmalar, gəminin xilas edilməsi üzrə və ya xüsusi təzminatlar;

  • Sığortalanmış Gəminin yedəyə alınması;

  • Sığortalanmış Gəmi vasitəsi ilə yedəyə alınma;

  • Məhkəmə xərcləri (o cümlədən xarici dövlətlərdə);

  • Cərimələr;

  • Müharibə riskləri;

  • Xarici dövlətlərin qanunvericiliyi ilə bağlı sualların həll edilməsi – Yük, Demuraj və Müdafiə (FD&D);

  • Deviasiya xərcləri;

Müsabiqəyə dəvət edilən İddiaçilar dəniz nəqliyyatı vasitələrinin sığorta edilməsində öz şirkətlərinin müsbət təcrübəsi və əməkdaşlıq edəcəkləri təkrarsığortaçılarla brokerlər haqqında məlumatları və qiymət təkliflərini təqdim etməlidirlər.

“Şərtlər Toplusunda” təqdim edilmiş cədvəllərə uyğun olaraq adları göstərilən gəmilər üzrə qiymət təklifləri A+ reytinqli təkrarsığorta şirkətləri tərəfindən verilməlidir və hər gəmi üzrə ayrı-ayrılıqda qiyməti təqdim olunmalıdır.

Siyahıda adları çəkilən gəmilərin bəziləri istehsalat zərurəti ilə əlaqədar (təmir və istismar proqramlarına uyğun) olaraq sığorta müddətinin başlama tarixinə ehtiyyatda (rezervdə) qala bilər. Onlar istismara çıxdıqları gündən etibarən Müqavilədə qeyd olunan tarif əmsalına əsasən Müqaviləyə əlavə ediləcəklər.

İştirakçılar təqdim etdikləri qiyymət təklifini təkrarsığorta şirkəti tərəfindən təqdim edilən qarantiya məktubu (məsuliyyətin 100 % təkrarsığorta şirkətinə ötürülməsi barədə) ilə təsdiq etməlidirlər.

Sığorta müddəti ərzində gəmilərin istismara salınıb-çıxarılmasından asılı olmayaraq qiymət tarifləri eyni qalmalıdır.

Limitlər:



  • 500,000,000 ABŞ Dolları hər gəmi üzrə;

Azadolma məbləğləri:

  • 1,000 ABŞ Dolları- hər bir hadisə ilə bağlı dəniçzilər və sərnişinlərdən başqa digər şəxslər üzrə;

  • 7,500 ABŞ Dolları- hər bir səfər üzrə Yüklə bağlı iddialar üçün;

  • 7,500 ABŞ Dolları- çirklənmə ilə bağlı iddialar üçün hər bir hadisə ilə bağlı;

  • 10,000 ABŞ Dolları - toqquşma üzrə 4/4 Qeyd-Şərti ilə bağlı iddialar və dağılmış gəminin gövdəsinin çıxarılması ilə bağlı hər bir hadisə üzrə;

  • 15,000 ABŞ Dolları- bərkidilmiş və ya Üzən Obyektlərlə bağlı İddialar üçün hər bir hadisə üzrə;

  • 2,500 ABŞ Dolları-bütün digər İddialar üçün hər bir hadisə üzrə;

Təklifdə nəzərə alınmalıdır ki, istehsalatla bağlı bəzi gəmilər sığorta təminatından çıxarıla bilər və bununla əlaqədar Müqavilədə inzibati xərclərin həcmi göstərilməlidir.

Müqaviləyə yeni gəmilər əlavə olunduğu halda imzalanmış Müqavilənin şərtləri həmin gəmilərə də şamil edilməlidir.



Təklifdə ödəniş şərtləri və müddətlər öz əksini tapmalıdır.

Sığorta polislərinin və “blue card”ların təqdim edilməsi sığorta müddətinin başlanılmasından ən azı 10 (on) gün əvvəl təmin edilməlidirlər.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə