MÜRƏKKƏB ELEKTRİK DÖVRƏSİNDƏ KİRXHOF QANUNLARININ TƏDQİQİ
İşin məqsədi: Mürəkkəb elektrik dövrəsində Kirxhofun I və II anunlarının təcrübi və analitik yolla tədqiq edilməsi.
Nəzəri biliklər: Mühazirədən “Mürəkkəb elektrik dövrəsində Kirxhofun I və II qanunlarını” bəhsinin mənimsənilməsi.
Laboratoriya işinin aparılma qaydası:
1.1.Verilmiş laboratoriya işinə başlamaq üçün əvvəlcə “ELECTRONİCS WORKBENCH (EW.5_12)” proqramını işə salmaq lazımdır. Proqram işə düşdükdən sonra monitorda aşağıdakı səhifə açılacaq.
1.2. İşi yerinə yetirmək üçün verilmiş elektrik dövrəsini yığmaq və ya onu yükləmək vacibdir. Elektrik dövrəsini yükləmək üçün düyməsini sıxıb açılmış pəncərədən “mür.elek.döv.kirxhof.qan.metod.ewb” faylını qeyd edib, “OK” düyməsini sıxmaq lazımdır. Bu zaman monitorda aşağıdakı sxem görünəcək.
Şəkil 3.1. Kirxhof qanunlarının yoxlanılması
Elektrik dövrəsində E1, E2 - EHQ mənbələrinə və R1, R2, R3, R4, R5-müqavimətlərinə müxtəlif qiymətlər vermək mümkündür. Tədqiqat sxeminin işləməsi üçün monitorun yuxarı sağ küncündəki işəburaxma düyməsini sıxmaq lazımdır.