Azərbaycan



Yüklə 14,31 Kb.
tarix17.11.2018
ölçüsü14,31 Kb.
#83788
növüQaydalar


Azərbaycan Banklar Assosiasiyası

Hüquqi məsələlər üzrə

Ekspert Qrupunun 2016-cı il üzrə
İş PLANI



  1. Bank sistemində hüquq fəaliyyətinə dair standartların hazırlanması üzrə iş;




  1. Lobbiçilik fəaliyyətinin gücləndirilməsi, mətbuatda müvafiq məqalələrlə çıxış edilməsi;




  1. Bəzi qanunvercilik aktları və normativ qaydaların yeni tələblərə uyğunlaşdırılması istiqamətində işlərin aparılması. Məsələn:

- İpoteka və İcra haqqında Qanun;

- Banklar haqqında AR Qanunu;

- Valyuta Tənzimi haqqında Qanun;

- Banklarda kreditlərin verilməsi Qaydaları;

- Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar;

- Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları;

- Banklarda korporativ idarəetmə standartları;

- Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması qaydaları;

- Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları;

- Bank inzibatçılarının Mərkəzi Bankda attestasiyadan keçməsi qaydaları;



- Bank inzibatçılarının vəzifədən azad edilməsi barədə sanksiyanın tətbiqinə dair qaydalar.



  1. Nağdsız hesablaşmalar və pul köçürmələri barədə Mərkəzi Bankın Qaydalarının nəzərdən keçirilməsi;




  1. Mülki Məcəlləyə kredit münasibətlərini tənizmləyən dəqiq və əhatəli fəslin daxil edilməsi ilə bağlı layihənin hazırlanması (və ya mövcud layihənin yenidən nəzərdən keçirilməsi) (Bunun olmaması təfsirlərə səbəb olur);




  1. İcra qeydi ilə bağlı problemlərin həlli yollarının müzakirəsi;




  1. Əmr icraatı sahəsində problemlərin həlli yollarının müzakirəsi. (Notariusun icra qeydi praktikasnın tətbiq olunmaması);

  2. Məhkəmə qərarını icra etməməyə, kreditdən təyinatna uyğun istifadə etməməyə görə məsuliyyətlərin müəyyən edilməsinin müzakirəsi;




  1. Hərraclarla bağlı problemlərin həlli yollarının müzakirəsi;




  1. Mülki Məcəllənin 965-ci maddəsinin təhlili və ödənişlərin ardıcıllığınln yenidən nəzərdən keçirilməsi;




  1. Bankların ödənilməmiş borcları müqabilində balansına alınmış əmlaklar üçün yaradılmış 100% ehtiyatların gəlirdən çıxılıb-çıxılmaması ilə bağlı Veriglər Nazirliyi ilə meydana gələn mübahisənin müzakirəsi;




  1. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi hallarının müzakirəsi və müvafiq tədbirlərin görülməsi;




  1. Bank sahəsində hüquqşünas işləmək üçün peşə satandartlarının hazırlanması;




  1. Bank qanunvericiliyinin problemləri və perspektivləri mövzularında konfrans və seminarların keçirilməsi;




  1. Əmək mübahisələri ilə bağlı vahid təcrübənin hazırlanması;




  1. Məhkəmə qərarının tam və ya hissəvi icrasının müəyyən edilməsi, ölkədən giriş-çixiş hüquqların məhdudlaşdırılması və inzibati məsuliyyətə cəlb olunmanın sadələşdirilməsi istiqamətində təkliflərin hazırlanması;




  1. Bank balansına götürülmüş əmlakların gələcəkdə realizəsi zamanı onların vergi öhdəliyi yaradılması və ödəniləcək verginin (18%) yenidən baxılması üçün təkliflərin verilməsi;




  1. Məhkəmə mübahisələrində Bank iddiaları üzrə prosedurun sadələşdirilməsi üçün təkliflərin verilməsi;




  1. İcra mərhələsində icra məmurlarına (dövlət büdcəsinə) ödəniləcək məbləğın yalnız borcludan tutulması ilə bağlı təcrübənin yaradılması;




  1. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması institutunun təkmilləşdirilməsi məsələsi.




  1. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın 11-ci bəndinin Vergilər Nazirliyi ilə meydana gələn mübahisəylə əlaqədar müzakirəsi;




  1. Bank tərəfindən güzəştli şərtlərlə (bəzi hallarda 0% ) komisyon haqqının tətbiq edilməsinin  Azərbaycan Respublikası qanunvericiliyi ilə hər hansı ziddiyyət təşkil edib etməməsinin Vergilər Nazirliyi ilə yaranan  mübahisəylə əlaqədar müzakirəsi.




  1. Qiymətli kağızlarla əməliyyatlar zamanı ödənilən xidmət haqlarına ƏDV-nin şamil olunmamasının müzakirəsi.

Yüklə 14,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin