Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya”nın ilkin müzakirələri keçirildi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 4.97 Kb.
tarix14.07.2018
ölçüsü4.97 Kb.

Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya”nın ilkin müzakirələri keçirildi

26 aprel 2007-ci il tarixdə “İrşad” otelinin konfrans zalında İqtisadi Tədqiqatlar Mərkəzinin Oksfam Böyük Britaniya Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yerli özünüidarəetmə və Azərbaycanda yoxsulluğun azaldılmasında bələdiyyələrin rolu” layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan bələdiyyələrinin gücləndirilməsi” Konsepsiyasının ilkin müzakirəsi olmuşdur. Tədbiri açan İTM İdarə Heyətinin sədi Qubad İbadoğlu həyata keçirilən layihə haqqında məlumat verərək görülən işlər haqqında danışdı. “Azərbaycanda yerli özünüidarə sistemi: hazırkı problemlərə və perspektiv islahatlara konseptual baxış” mövzusunda təqdimatla çıxış edən layihə koordinatoru Rövşən Ağayev konsepsiyanın hazırlanması zərurəti haqqında danışdı. Azərbaycanda bələdiyyə institutunun tarixinə ekskurs edən R.Ağayev bildirdi ki, layihə çərçivəsində parlament üzvlərinin, müstəqil ekspertlərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə İctimai Vəkillik Qrupu yardılıb. Bu konsepsiyanın ərsəyə gəlməsində məhz qrupun müstəsna xidmətləri olub. Konsepsiyanın vacib məqamları haqqında danışan ekspert bildirdi ki, sənəd əsasən iki hissədən - tədqiqat və təkliflər bölmələrindən ibarətdir. Tədqiqatlar zamanı ölkə bələdiyyələrində həm inzibati və həm də maliyyə problemlərinin aşkarlandığı qeyd olundu və hər problemin həll olunması istiqamətində konsepsiyada əks olunan təkliflər tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Təqdimatdan sonda konsepsiya ətrafında müzakirələr başladı. Müzakirələrdə iştirak edən Vergilər Nazirliyinin şöbə rəisi Hafiz Məmmədov, Avrasiya Fondunu nümayəndəsi Abil Bayramov, Milli Məclisin deputatı İntizam Əkbərli, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun nümayəndəsi Fuad Süleymanov, Demokratiyanı Öyrənmə təşkilatının nümayəndəsi Vüsal Mirzəyev, müstəqil ekspert Aydın Aslanov və İTM İdarə heyətinin üzvü Azər Mehtiyev də konsepsiya haqqında öz fikir və təkliflərini səsləndirdilər.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə