Azərbaycanda elektron ticarətin vəziyyəti və hüquqi problemlər



Yüklə 27,28 Kb.
tarix01.01.2022
ölçüsü27,28 Kb.
#110674
elektron-tic


Azərbaycanda elektron ticarətin vəziyyəti və hüquqi problemlər

Posted byseymurhuseynovDekabr 23, 2019Posted inMəqalələr

Müasir dövr üçün elektron ticarətin önəmi daha çox bazar, baha çox satıcı barəsində daha çoxlu informasiya deməkdir. (1) Dünyanın istənilən nöqtəsindən bir “klik” ilə istədiyiniz malı əldə edə bilirsiniz. Bunun qədər yaxşısı bəşər tarixinə hələ gəlməyib.

Elektron ticarətin sərhədləri dəqiq olmadığı və durmadan inkişaf etdiyi üçün onun vahid anlayışını vermək olduqca çətindir. Bu baxımdan hər ölkə qanunvericiliyində bu münasibətlərə fərqli yanaşmalar mövcuddur. (2)

Azərbaycan Respublikasında elektron kommersiya əməliyyatları Mülki Məcəllənin müddəaları və ayrıca “elektron ticarət haqqında” qanun ilə tənzimlənir. (3)  Həmçinin, elektron kommersiya əməliyyatları zamanı elektron sənədlərin dövriyyəsi “Elektron imza və elektron sənəd” haqqında qanunla tənzimlənir. (4)

Elektron ticarət haqqında qanuna görə, elektron ticarətə – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət anlayışı verilir. (5)

Elektron ticarət ənənəvi ticarətdən əlavə vəsaitləri sıradan çıxarması: işçi sayının böyük miqyasda azlığı, mağaza icarəsinin,, amortizasiya xərclərinin olmaması, transmilli bazara çıxış imkanının olması və müştərilərə asan çatımlılıq kimi bir çox müsbət cəhətlərə malik olsa da, ölkəmizdə bu əməliyyatların hələ də ənənəvi ticarət dövriyyəsinin aşkar dərəcədə çox geridə qalması görünür. Məsələn, Azərbaycan Hazırda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) B2C elektron kommersiya indeksində Azərbaycan 144 ölkə arasında 68-ci yerdədir və qonşu dövlətlərin hamısından geri qalır, hansı ki, bu siyahıda Gürcüstan 46-cı, Ermənistan 66-cı yerdədir. (6)

Həmçinin, Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsinin son üç ilə olan statistikası belədir:

İllər

Pərakəndə ticarət dövriyyəsi

Elektron kommersiya dövriyyəsi

2016

30.2 milyard manat

25.631 milyon manat

2017

35.3 milyard manat

46.227 milyon manat

2018

37.1 milyard manat

40 milyon manat

Mənbə: Statsitika Komitəsi

Yuxarıda cədvəldən göründüyü kimi, elektron pərakəndə ticarət dövriyyəsinin illik həcminin pərakəndə ticarət dövriyyəsinin həcminə nisbəti heç 1%-ə yaxınlaşmır. Lakin, elektron ticarət dövriyyəsinin artırılması, son illərdə əsas diqqət mərkəzində olan, Azərbaycanın qeyri-neft ixracını artırmaqla yanaşı,nağdsız ödənişlərin də payını artıracaq, hansı ki, bu da bizə “kölgə iqtisadiyyatından” müəyyən qədər qurtulmağa imkan verə bilər və müasir ekosistemə inteqrasiyanı sürətləndirər.

Bu yazıda, elektron ticarətin inkişafının geri qalmasının iqtisadi yox, hüquqi problemlərini qeyd etmək istəyirəm:

1. Elektron ticarətə dair qanunvericiliyin qarışıq olması: Yuxarıda qeyd etdiyim kimi, elektron ticarət münasibətləri Mülki Məcəllə və iki ayrı qanunvericilik aktı ilə tənzimlənir ki, elektron imza və elektron sənəd haqqında qanunda, elektron kommersiya əməliyyatları zamanı müqavilələr “elektron sənəd” adlandırılaraq çox uğursuz bir yanaşma ortaya qoyulmuşdur.Məsələn, Almaniyanın elektron ticarət münasibətləri zamanı elektron müqavilələrə dair münasibətlər və məsuliyyət məsələləri, Almaniyanın müvafiq Mülki Məcəlləsi hesab edilən Bürgerliches Gesetzbuch (BGB)-da ayrıca bir fəsildə Verträge im elektronischen Geschäftsverkehr (§ 312i)-də müəyyən olunmuşdur. (7)

2. Elektron ticarətin stimullaşdırılması üçün vergi güzəştlərinin müəyyən olmaması: Vergi Məcəlləsinin 169.1.-ci maddəsinə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Yəni, Qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə Azərbaycanın hüdudlarından kənarda birbaşa göstərilən xidmətlər istisna olmaqla, elektron ticarət qaydasında göstərilən xidmətlərdən ödəməni həyata keçirən bank tərəfindən ƏDV hesablanır və alıcının vəsaiti hesabına tutulmaqla dövlət büdcəsinə ödənilir. Həmçinin, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi qeyri-rezidentin göstərdiyi iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir. Vergi Məcəlləsinin 169.3-cü maddəsinə görə, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Lakin, mərhələli olaraq,yaxşı olardı ki, ölkə ərazisində elektron xidmətlərin və təkliflərin keyfiyyəti qalxanadək, elektron ticarət vərdişlərinin insanlar arasında inkişafı məqsədilə müəyyən müddət ərzində vergi güzəştlərinin tətbiqi daha yaxşı olardı.

3. Elektron kommersiya əməliyyatları zamanı, müqavilə tərəflərinin məsuliyyəti, hüquq və vəzifələrinə dair məsələlərinin çox “kasad” tənzimlənməsi Elektron ticarət haqqında qanunda bu qanunun pozulmasına görə məsuliyyətin sadəcə ümumi əsasları göstərilmişdir, hansı ki, bu ümumi normalarda elektron kommersiya əməliyyatları zamanı müqavilə tərəflərinin məsuliyyət məsələlərinə toxunulmur. Elektron imza və sənəd haqqında qanunda isə, bu qanunvericiliyin pozulmasına görə məsuliyyət sadəcə üç norma ilə müəyyən olunur ki, bu normaların xarakterlərinə diqqəq yetirdikdə görünür ki, daha çox elə qanunun adlandırdığı kimi, “elektron sənədlərə” dair məsuliyyət məsələlərini tənzimləyir. Müqayisə kimi, yuxarıda adını çəkdiyim Almaniya Mülki Məcəlləsini misal gətirmək olar ki,həmin fəsildə elektron müqavilələrə dair həm ümumi əsaslarla, həmçinin cinayətkarlığa qarşı mübarizəyə dair xüsusi vəzifələr ( “besondere pflichten” – burada məsuliyyət) nəzərdə tutulmuşdur.



İstinadlar:
1. Michael Gorham & Nidhi Singh, Electronic Exchanges and Trading: Benefits, Electronic Exchanges The Global Transformation from Pits to Bits, 261 (2009)
2. Faye Fangfei WangLaw of Electronic Commercial Transactions: Contemporary Issues in the EU, US and China, Routledge, 4 (2010)
3. Elektron ticarət haqqında qanun, preambula (2005)
4. Elektron imza və elektron sənəd haqqında qanun (2004)
5. Elektron ticarət haqqında qanunun 1.0.1-cu maddəsi.
6.UNCTAD B2C E-COMMERCE INDEX FOCUS ON AFRICA (2018) https://unctad.org/en/PublicationsLibrary/tn_unctad_ict4d12_en.pdf  (son baxış tarixi: 1 dekabr 2019-cu il
7. Bürgerliches Gesetzbuch (BGB) https://www.gesetze-im-internet.de/bgb/BGB.pdf (son baxış tarixi: 5 dekabr 2019-cu il)
Yüklə 27,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin