BasqalarıN=3 Orta məktəb səviyyəsində müəllimlərin qiymətləndirilməsi 1.0-dan 1.4-Əkimi fərqlənirdi. Çox az müəllim bəzi sahələrdə bundan yüksək nəticə göstərirdi (cədvəl 3-ə bax). Bu nəticələr bir daha təsdiq etdi ki, əksər müəllimlər Sovet dövründən qalmış metodologiya üzrə isləyirdilər.
Azərbaycan dili və ədəbiyyati, biologiya, tarix, rus dili və ədəbiyyati müəllimləri başqa fənn müəllimlərinə nisbətən dərsləri daha yaxşı təşkil edirdilər. Coğrafiya müəllimləri dərslərdə başqa fənn müəllimlərinə nisbətən əyaniliyə daha çox fikir verirlər (əyani vəsaitlər əksər hallarda xəritə və qlobuslardan ibarət idi). Riyaziyyat müəllimləri məntiqi fəaliyyət növlərinə əsaslanan yazılı tapşırıqlara başqa müəllimlərə nisbətən daha çох yer verirdilər.