Azərbaycanda yerli özünüidarə institutunun 9 illik fəaliyyətinin təhlili göstərir ki, səmərəli bələdiyyə idarəetməsinin təşkili sahəsində ciddi problemlər mövcuddur



Yüklə 298,36 Kb.
səhifə3/5
tarix25.10.2017
ölçüsü298,36 Kb.
#12517
növüXülasə
1   2   3   4   5

Mövcud inzibat nəzarət mexanizmini təkmilləşdirməklə bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunması

Mövzu ilə bağlı apardığımız müzakirələr zamanı ekspertlərin əksəriyyəti bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizmlərinin mürəkkəbləşdirilməsinin idarəetmənin səmərəliliyinə mənfi təsir göstərə biləcəyini bildiriblər. Sorğuya cəlb olunmuş ekspertlər də nəzarət mexanizmlərinin sadələşdirilməsini təklif ediblər. Birinci alternativdə qeyd olunan təklifləri əksər ekspertlər dəstəkləyərək bələdiyyələrin parlament qarşısında hesabatlılığının bələdiyyələrin milli assosiasiyaları vasitəsilə həyata keçirilməsini daha məqbul variant hesab edirlər. Əlbəttə söhbət ümumiləşdirilmiş hesabatdan gedir. Bu, assosiasiyaların fəaliyyətinin məqsədlərinə də uyğundur. Assosiasiyaların Parlamentə təqdim edəcəyi hesabat konkret hansısa bələdiyyənin deyil, bütövlükdə bələdiyyə instiutunun fəaliyyətini əks etdirməlidir. Belə olduqda assosiasiyalar eyni zamanda bələdiyyələrin maraq və mənafelərinin dövlət orqanları qarşısında təmsilçisi kimi də çıxış etmiş olarlar. Təklif olunan bu alternativə görə:



  • “Bələdiyyələrin statusu haqqında” Qanuna bələdiyyələrin mlli assosiasiyalarının bələdiyyələr adından parlamentə hesabat verməsinin qaydaları və hesabatın məzmunu ilə bağlı müddəalar daxil edilir;

  • Bələdiyyələrin milli assosiasiyaları bələdiyyələrin fəaliyyətinin müntəzəm monitorinqi üçün xüsusi mexanizmlər işləyib hazırlayırlar;

  • Assosiasiyalar monitorinqin nəticələrinin əks olunduğu xüsusi hesabat formaları tərtib edirlər;

  • Bələdiyyə assosiasiyaları təqdim olunmuş hesabatları təhlil edir və “Bələdiyələrin statusu haqqında” qanunda nəzərdə tutulmuş məzmunda ümumiləşdirilmiş hesabat hazırlayırlar;

  • Hər bir assosiasiya (kənd, qəsəbə və şəhər) parlamentə ayrılıqda hesabat təqdim edir. Bununla yanaşı assosiasiyaların vahid mövqeyini ifadə edən ümumi tövsiyələrin hazılanması da nəzərdə tutula bilər.

Nəzarət mexanizminin təkmilləşdirilməsi baxımından təklif olunan bu alternativin tətbiqi zamanı 1-ci alternativdə irəli sürülən təkliflər də öz qüvvəsini saxlayır.

Bu alternativin əsas ütünlükləri aşağıdakılardır:



  • Bələdiyyələrin parament qarşısında hesabatlılığı ilə bağlı konstitusiya normasının tətbiqi mümkünləşəcək;

  • Inzibati nəzarət zamanı bələdiyyələrin fəaliyyətinə əsassız müdaxilə imkanları məhdudlaşacaq;

  • Bələdiyyələrin maraqlarının dövlət orqnları qarşısında müdafiəsi imkanları genişlənəcək;

  • Bələdiyyə assosiasiyalarının fəaliyyətinin canlanmasına təkan verəcək;

  • Yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməi imkanları genişlənəcək;

  • İnzibati nəzarətin Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının tələblərinə uyğun həyata keçirilməsi imkanları yarnacaq.

Üstünlüklərlə yanaşı bu modelin tətbiqinin əsas riski ondan ibarətdir ki, bələdiyyə assosiasiyaları özlərini bələdiyyələr üzərində nəzarəti həyata keçirən inzibati qurum kimi apara, bu isə bələdiyyələrin fəaliyyətinə əsassız müdaxilələrə gətirib çıxara bilər. Lakin bu riskin ehtimalını assosiasiyaların bələdiyyələr adından hesabat verməsi qaydalarının qanunda aydın və dəqiq ifadə etməklə azaltmaq mümkündür. Çünki 2-ci alternativdəkindən fərqli olaraq bu alternativdə bələdiyyələrin assosiasiyalara məcburi hesabatlılığı nəzərdə tutulmur.

Alternativin həyata keçirilmə mümkünlüyünə gəlincə isə, burda hər hansı problem proqnozlaşdırılmır. Qanunvericilikdə müvafiq islahatlar aparmaqla alternativin tətbiqinə nail olmaq mümkündür.

ALTERNATIVLƏRIN QIYMƏTLƏNDIRILMƏSI
Sənəddə təklif olunan alternativlərin qiymətləndirilməsi və üstün alternativin seçilməsi üçün xüsusi meyarlar işlənib hazırlanıb və həmin meyarlar əsasında qiymətləndirmə aparılıb.
Qiymətləndirmənin metodologiyası. Qiymətləndirmənin metodologiyasının əsasını ekspert qiymətləndirməsi təşkil edir. Ekspert qrupu hər üç alternativi meyarlar üzrə bal sistemi əsasında qiymətləndirib. Sonda ballar toplanaraq üstün alternativ müəyyənləşdirilib.

Alternativlərin qiymətləndirilməsi zamanı bələdiyyə idarəetməsinin effektivliyinin artırılmasına təsir edən meyarlar seçilib. Çünki bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin əsas məqsədi bələdiyyə idarəetməsinin effektivliyini artırmaqdır.

Bu meyarlar aşağıdakılardır:


  • Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi;

  • Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi;

  • Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi;

  • Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları;

  • Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi;

  • Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi.

Bu meyarlar ilk növbədə, səmərəli nəzarət sisteminin qurulmasını özündə ehtiva edir. Çünki nəzarətin səmərəli təşkili həm hesabatlılıq və şəffaflığın təmin olunması, həm də bələdiyyə idarəetməsinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.


Meyarların izahı:

  • Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabat verməsi tezliyini və ardıcıllığını göstərir.

  • Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi. Nəzarətin həyata keçirilməsi zamanı mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrin fəaliyyətinə müdaxilə imkanlarının mövcudluğunu göstərir.

  • Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi. Bələdiyyə aktlarının Konstitusiya və qanunlara, ali icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlara uyğunluğunun təmin olunma səviyyəsini göstərir.

  • Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları. Bələdiyyə qanunvericiliyindəki boşluqların aşkar edilməsi və qərar qəbuledənlərin diqqətinin qanunvericilikdəki problemlərə yönəltmək imkanlarının mövcudluğunu göstərir.

  • Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələri yerli hakimiyyət institutları kimi qəbul etməsini və onları qərar qəbuletmə prosesinə cəlb etməyə marağının artım səviyyəsini göstərir.

  • Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi. Bələdiyyə ərazisində yaşayan əhalinin bələdiyyə orqanlarına etimadının səviyyəsini göstərir.


Qiymətləndirmə ballarının izahı

Alternativlərin nəticəsinin qiymətləndirilməsi zamanı 3 səviyyə (aşağı, orta və yüksək) müəyyənləşdirilib və hər bir səviyyəyə şərti olaraq bal verilib. Aşağı səviyyə - 1, orta - 2, yüksək səviyyə isə 3 bal qiymətləndirilib. Qiymətləndirmə müqayisəli təhlillərə və hipotezaya əsaslanıb. Zəruri statistik məlumatları tam əldə etmək mümkün olmadığından variantların həyata keçirilməsi zamanı baş verəcək dəyişikliklərin dəqiq sərhədlərini də müəyyənləşdirmək çətin olub. Bu baxımdan səviyyələrə verilən ballar alternativlərin müqayisəsinə və ekspertlərin hipotezinə əsaslanıb. (Cədvəl 3-6)


Alternativlərin meyarlar üzrə qiymətləndirilməsi 1-5-ci cədvəllərdə əksini tapıb:
Alternativ variantların meyarlar üzrə qiymətləndirilməsi
Cədvəl 1.

Alternativ 1. İnzibati nəzarəti həyata keçirən orqanın əsassız müdaxilə imkanlarını məhdudlaşdırmaqla mövcud mexanizmin saxlanılması (mövcud mexanizm)


Meyarlar

Qiymətlər


Bal

Aşağı

Orta

Yüksək

1

2

3




1.1. Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi




2




2

1.2. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi




2




2

1.3. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi




2




2

1.4. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları

1







1

1.5. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi

1







1

1.6. Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi

1







1
















Yekun bal

9



Cədvəl 2.
Alternativ 2. Bələdiyyələrin illik hesabatlarının inzibati nəzarəti həyata keçirən orqan tərəfindən ümumiləşdirilməsi və parlamentə təqdim olunması


Meyarlar

Qiymətlər


Bal

Aşağı

Orta

Yüksək

1

2

3




2.1. Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi




2




2

2.2. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi







3

3

2.3. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi




2




2

2.4. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları




2




2

2.5. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi




2




2

2.6. Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi




2




2
















Yekun bal

13



Cədvəl 3.

Alternativ 3. Mövcud inzibat nəzarət mexanizmini təkmilləşdirməklə bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunması


Meyarlar

Qiymətlər


Bal

Aşağı

Orta

Yüksək

1

2

3




3.1. Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi







3

3

3.2. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi




2




2

3.3. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi




2




2

3.4. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları







3

3

3.5. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi




2




2

3.6. Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi




2




2
















Yekun bal

14

Hə bir alternativ ekspertlər tərəfindən tərtib edilmiş meyarlar üzrə qiymətləndirilib və nəticələr 4-cü cədvəldə ümumiləşdirilib.
Cədvəl 4.

Meyarlar üzrə qiymətləndirmənin yekunu



Meyarlar

Alternativlər

Mövcud mexanizm

Bələdiyyələrin illik hesabatlarının inzibati nəzarəti həyata keçirən orqan tərəfindən ümumiləşdirilməsi və parlamentə təqdim olunması

Bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunması


1

2

3




1. Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi

2

2

3

2. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi

2

3

2

3. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi

2

2

2

4. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları

1

2

3

5. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi

1

2

2

6. Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi

1

2

2




Cəmi

9

13

14

Alternativ variantlar hər bir meyar üzrə ayrı-ayrılıqda qiymətləndirilib və yekunda verilmiş ballar toplanıb. Ekspertlər tərəfindən aparılmış qiymətləndirmənin (Cədvəl 1-4) nəticəsi olaraq yekunda mövcud inzibat nəzarət mexanizmini təkmilləşdirməklə bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunmasına üstünlük verilib. Çünki ekspertlər ən çox bu mexanizmə etimad göstəriblər.


İndi isə alternativlərin çoxməqsədli təhlil əsasında təsirini qiymətləndirək. Bu təhlildə alternativin həyata keçirilmə məqsədləri və həmin məqsədlərə təsir edən amillərin imkanları qiymətləndirilib.

Cədvəl 5.

Bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində alternativ siyasətlərin təsirinin proqnozlaşdırılması




Məqsədlər



Təsir kateqoriyaları

Alternativlər

Mövcud mexanizm

Bələdiyyələrin illik hesabatlarının inzibati nəzarəti həyata keçirən orqan tərəfindən ümumiləşdirilməsi və parlamentə təqdim olunması

Bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunması

1. İdarəetmədə hesabatlılığın təmin edilməsi



1.1. Nəzarətin təşkilinin səmərəliliyi

Az artır

Az artır

Artım baş verir

1.2. Mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılıq

Artım baş vermir

Artım baş verir

Artım baş vermir




2. Bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi



2.1. Bələdiyyələrin qəbul etdiyi aktların qanunvericiliyə uyğunluğunun təmin olunma səviyyəsi

Artım baş verir


Artım baş verir


Artım baş verir



2.2. Bələdiyyə qərarlarının qəbulu prosesinə təsir imkanları

Orta səviyyədə

Orta səviyyədə

Orta səviyyədə










3. Bələdiyyələrə inamının yüksəlməsi

3.1. Bələdiyyə qurumlarına döv­lətin inamı

Az artır

Kifayət qədər artır

Kifayət qədər artır

3.2. Bələdiyyə qurumlarına əha­linin inamı

Artım baş vermir

Artım baş verir

Artım baş verir




4. Bələdiyyə sisteminin təkmilləşdirilməsi

4.1. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları

Dəyişmir

Əhəmiyyətli dəyişiklik baş verir

Əhəmiyyətli dəyişiklik baş verir



4.2. Bələdiyyə birliklərinin təşəbbüskarlığı

Artım baş vermir

Artım baş vermir

Kifayət qədər artır






Alternativlərin çoxməqsədli təhlil əsasında qiymətləndirilməsi göstərir ki, bələdiyyələrin fəaliyyətinə nəzarətin səmərəli təşkil edilməsi və onların müstəqilliyinin müdafiəsi, insanların inamını qazanmaq və hesabatlılığın təminatı üçün mövcud inzibat nəzarət mexanizmini təkmilləşdirməklə bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunması variantının qəbulu daha məqbuldur.



Ekspertlər və bələdiyyə təmsilçiləri arasında aparılan müsahibələrin və sorğunun nəticələri göstərir ki, onların əksəriyyəti bələdiyyələrin parlament qarşısında hesabatlılığını məqbul saymır. Keçirilmiş sorğunun nəticəsi göstərir ki, respondentlər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin sərtləşdirilməsinin əleyhinədirlər (bax: Əlavə 1).

Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin