Azərbaycanda yerli özünüidarə institutunun 9 illik fəaliyyətinin təhlili göstərir ki, səmərəli bələdiyyə idarəetməsinin təşkili sahəsində ciddi problemlər mövcuddur



Yüklə 296.37 Kb.
səhifə1/5
tarix22.10.2017
ölçüsü296.37 Kb.
  1   2   3   4   5


Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı




BƏLƏDIYYƏLƏRİN FƏALİYYƏTİNƏ NƏZARƏT MEXANİZMLƏRİNİN TƏKMILLƏŞDIRILMƏSI

BAKI – 2010

Bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi





Bu siyasət sənədi Böyük Britaniyanın Oksfam təşkilatının dəstəyi ilə həyata keçirilən «Azərbaycanda yerli özünüidarə ilə bağlı vəkillik işinə vətəndaş cəmiyyətinin cəlb olunması» layihəsi çərçivəsində hazırlanıb.
Müəlliflər:

Abil BAYRAMOV

Aydın ASLANOV

Ekspert qrupu:

Samir ƏLİYEV

Rövşən AĞAYEV

Vüqar Tofiqli

www.localdemocracy.az


© Mülki Cəmiyyətə Doğru Mərkəzi

© Qadınlar Arasında Həmrəyli İB

MÜNDƏRİCAT

  1. Xülasə

  2. Giriş

  3. Problemin təsviri

  4. Alternativlər

    1. İnzibati nəzarəti həyata keçirən orqanın əsassız müdaxilə imkanlarını məhdudlaşdırmaqla mövcud mexanizmin saxlanılması

    2. Bələdiyyələrin illik hesabatlarının inzibati nəzarəti həyata keçirən orqan

tərəfindən ümumiləşdirilməsi və parlamentə təqdim olunması

    1. Mövcud inzibat nəzarət mexanizmini təkmilləşdirməklə bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması

və Milli Məclisə təqdim olunması

  1. Alternativlərin qiymətləndirilməsi

5.1. Qiymətləndirmənin metodologiyası.

5.2. Alternativ variantların meyarlar üzrə qiymətləndirilməsi





  1. Nəticə və tövsiyələr

  2. Əlavələr

7.1. Əlavə 1.

7.2. Əlavə 2.

7.3. Əlavə 3


  1. SON QEYDLƏR

  2. ƏDƏBİYYAT



XÜLASƏ
Bu siyasət sənədi Azərbaycanda bələdiyyələrin fəaliyyətinə nəzarətin forma və prinsiplərindən bəhs edir. Sənəddə mövcud nəzarət mexanizmlərinin təhlili verilir, nəzarətin səmərəli təşklinə mane olan halların aradan qaldırılması ilə bağlı müxtəlif alternativlər təklif edilir. Aparılmış tədqiqatın nəticəsi olaraq üç əsas alternativ təklif olunur: 1). İnzibati nəzarəti həyata keçirən orqanın əsassız müdaxilə imkanlarını məhdudlaşdırmaqla mövcud mexanizmin saxlanılması; 2). Bələdiyyələrin illik hesabatlarının inzibati nəzarəti həyata keçirən orqan tərəfindən ümumiləşdirilməsi və parlamentə təqdim olunması; 3). Mövcud inzibat nəzarət mexanizmini təkmilləşdirməklə bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunması.

Alternativlər təklif olunmaqla yanaşı onların hər birinin üstünlükləri və çatışmazlıqları qeyd olunur. Bütün alternativlər üzrə qiymətləndirmənin nəticələrinə əsasən sənəddə mövcud inzibat nəzarət mexanizmini saxlamaqla bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunması variantına üstünlük verilir və bununla bağlı hökumətə konkret təkliflər verilir.



GIRIŞ
Dünya təcrübəsində yerli özünüidarə orqanlarının fəaliyyətinə nəzarətin müxtəlif formaları nəzərdə tutulur. Bütün təcrübələri ümumiləşdirsək bələdiyyələrin fəaliyyəti üzərində nəzarətin 3 tipini qeyd etmək olar: dövlət orqanları tərəfindən həyata keçirilən nəzarət; bələdiyyədaxili nəzarət; ictimai nəzarət. Ayrı-ayrı ölkələrdə bu nəzarət formalarının tətbiqi fərqlənsə də onların hamısında nəzarətin əsas məqsədi yerli özünüidarənin fəaliyyətinin səmərəliliyini təmin etməkdir.

Azərbaycanda da bələdiyyələr üzərində nəzarətin müxtəlif formaları tətbiq olunur. Lakin həmin formaların təhlili onu deməyə əsas verir ki, hələ bu formaları bələdiyyə qurumlarının fəaliyyətinin səmərəli təşkili baxımından təkmil hesab etmək olmaz. İstər bələdiyyədaxili nəzarətin, istərsə də ictimai nəzarətin təşkli sahəsində ciddi problemlər mövcuddur. Bələdiyyədaxili nəzarətin həyata keçirilməsi üçün zəruri təşkilati və institusional addımlar hələ atılmayıb. Bunun nəticəsidir ki, bələdiyyə orqanlarıın fəaliyyətində çoxsaylı qanun pozuntularına rast gəlmək mümükündür. Halbuki daxili nəzarətin düzgün təşkili bu halların əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər. İctimai nəzarətin təşkilində isə bir dağınıqlıq hökm sürür. İlk baxışdan elə görünür ki, qanunvericilikdə çoxsaylı ictimai nəzarət mexanizmləri nəzərdə tutulub. Lakin diqqətlə araşdırdıqda aydın olur ki, bir sıra qeyri-müəyyənliklər üzündən təcrübədə onların səmərəli tətbiqi mümkünsüzdür. Dövlət orqanları tərəfindən həyata keçirilən nəzarətə gəlincə isə bu sahədə də ciddi problemlər mövcudur. Problemin əsasında bələdiyyələrin fəaliyyətinə dövlət orqanları tərəfindən həyata keçirilən nəzarətin sərtləşdirilməsi və bir qədər də mürəkkəbləşdirilməsi tendensiyası durur. Bələdiyyələrin parlament qarşısında hesabatlılğını nəzərdə tutan konstitusiya dəyişikliyi bu tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Yuxarıda sadalananlar bələiyyələrin fəaliyyətinə nəzarətlə bağlı problemlərin ümumiləşdirilmiş təsvirini özündə əks etdirir. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyini təmin etmək baxımından həmin problemlərin həlli qaçılmazdır. Bunun üçün problemin həlli yolları ilə bağlı fikir mübadilələri aparılmalı, yanaşmalar ortaya qoyulmalı və müzakirələr nəticəsində daha uyğun həll yolları müəyyənləşdirilməlidir.

Bu siyasət sənədi də məhz konkret bir istiqamət üzrə - bələdiyyələrin fəaliyyətinə nəzarət müxanizmlərinin, xüsusilə dövlət orqanları tərəfindən həyata keçirilən nəzarətin təkmilləşdirilməsi ilə bağlı müxtəlif alternativləri özündə əks etdirir. Sənədin hazırlanması zamanı milli və beynəlxalq qanunvericilik, uyğun xarici təcrübə araşdırılıb, problemlə bağlı bələdiyyə personalının və ekspertlərin münasibətini öyrənmək üçün onlar arasında sorğu keçirilib (Bax: Əlavə 1), foks qruplarla görüşlər və dəyirmi masalar təşkil olunub.

Sənəd 5 əsas hissədən ibarətdir. “Problemin təsviri” adlanan birinci hissədə bələdiyyələrin fəaliyyətinə nəzarətin hazırkı mexanizmi, onun doğurduğu nəticələr və həmin nəticələrin təsiri haqqında danışılır və problemin həlli zərurəti qeyd olunur. “Xarici təcrübə” adlanan ikinci hissədə bir sıra xarici ölkələrin (Norveç, İspaniya, Slovakiya, Çexiya, Latviya) yerli özünüidarə qurumlarına nəzartlə bağlı təcrübəsi öz əksini tapıb. “Alternativlər” adlı üçüncü hissədə bələdiyyələrin fəaliyyəti üzərində dövlət nəzarətinin təşkili ilə bağlı 3 alternativ variant təklif olunur və hər bir alternativin üstünlükləri və çatışmazlıqları göstərilir. Sənədin “Alternativlərin qiymətləndirilməsi” hissəsində hər üç alternativ ekspertlər tərəfindən qiymətləndirilir. Qiymətləndirmə ekspertlər tərəfindən konkret meyarlar əsasında aparılır. Qiymətləndirmə əsasında üstün alternativ müəyyənləşdirilir. “Nəticə və tövsiyələr” adlanan beşinci hissədə tədqiqatın nəticəsi və qərarqəbuledənlər üçün tövsiyələr öz əksini tapır.

Sənədin hazırlanmasında əsas məqsəd qərar qəbul etmək səlahiyyətinə malik müvafiq dövlət qurumlarına bələdiyyələrin fəaliyyətinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı alternativlər təklif etməkdir. Təklif olunan alternativlər xarici təcrübənin və milli qanunvericiliyin təhlili, bələdiyyə üzvləri və ekspertlər arasında aparılmış sorgular, müsahibələr və digər tədqiqatların nəticələri əsasında hazırlanıb. İnanırıq ki, təklif olunan tövsiyələr hökumətə yerli özünüidarə islahatlarının həyata keçirilməsində yardım edəcək.

Sənəd Böyük Britaniyanın Oksfam təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb. Bu dəstəyə gorə Oksfam təşkilatına, həmçinin sənədin hazırlanmasında ekspert qismində iştirak etmiş Rövşən Ağayevə, Vüqar Tofiqliyə və Samir Əliyevə öz təşəkkürümüzü bildiririk.
PROBLEMİN TƏSVİRİ
Yerli özünüidarə institutunun fəaliyyətinin təmin edilməsi doğru idarətemə prinsiplərinin tətbiqindən çox asılıdır. İdarəetmənin təkmilləşdirilməsində isə ən əhəmiyyətli faktorlardan biri nəzarət və bu nəzarətin praktik olaraq həyata keçirilməsidir. Bu baxımdan «Yerli özünüidarə haqqında» Avropa Xartiyasının 8-ci maddəsi mühüm əhəmiyyət kəsb edir (1). Bu maddənin hər üç bəndi Azərbaycan tərəfindən qəbul edilmiş öhdəliklər sırasındadır. Təbiidir ki, mərkəzi hakimiyyət orqanı tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibatı nəzarətin həyata keçirilməsi bəzi hallarda bu qurumların Xartiya tərəfindən müdafiə edilən sərbəstliyinə müdaxilə kimi düşünülə bilər. Lakin yerli özünüidarə orqanları üzərində istənilən inzibati nəzarət Xartiyanın 8-ci maddəsində göstərildiyi kimi yalnız konstitusiya ilə, yaxud qanunla nəzərdə tutulmuş formalarda və hallarda həyata keçirilərsə bu, müdaxilə kimi qiymətləndirilməməlidir. Bu nəzarətin məqsədi hüquqi aktların və bələdiyyələrin fəaliyyətinin konstitusiyanın prinsiplərinə və qanunvericiliyin normalarına uyğunluğunun təmin edilməsidir.

Əlbəttə, yerli özünüidarə qurumlarının fəaliyyətinə nəzarət təkcə inzibati nəzarətlə məhdudlaşmır. Bələdiyyədaxili və ictimai nəzarət institutlarının da əhəmiyyəti böyülkdür. Lakin təcrübə onu göstərir ki, nəzarət formaları içərisində məhz inzibati nəzarətin həyata keçirilmsi zamanı yeli özünüidarə qurumlarının hüquqlarının pozulması, onların fəaliyyət sərbəstliyinin məhdudlaşdırılması hallarına daha çox rast gəlinir. Ona gorə də bu sənəddə nəzarətin müxtəlif formaları ilə bağlı məsələlərə toxunulsa da əsasən inzibati nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərindən bəhs ediləcək. Bu yanaşma həm də onunla bağlıdır ki, son dövrərin tendensiyası bələdiyyələrin dövlət orqanları qarşısında hesabatlılığını sərtləşdirməklə onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi istiqamətində inkişaf edir. Belə ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə baxmayaraq 18 mart 2009-cu il tarixli referendumda yerli özünüidarə qurumlarının fəaliyyətinə nəzarətlə bağlı Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər qəbul edildi (2). 146-cı maddəyə edilmiş əlavəyə görə qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim etməlidirdlər. Əslində, bu müddəanın Konstitusiyanın mətninə daxil edilməsi zərurətinin məntiqi izahı indiyə qədər verilməyib. Parlament qarşısında hesabatlılığın məqsədi aydın olmadığından Konstitusiyada öz əksini tapmış müddəanın reallaşdırılması mexanizmi də xeyli mürəkkəb görünür. Təsadüfi deyil ki, konstitusiya normasının tətbiqinin reallaşdırılması məqsədilə «Bələdiyyələrin statusu haqqında» qanuna (4) əlavələrlə bağlı Avropa Şurası Venesiya Komissiyasına göndərilən layihə həmin qurumda da bir sıra suallar döğurub (Bax: Əlavə 3). Lakin nəzərə alsaq ki, konstitusiya dəyişikliyi artıq reallıqdır, biz bu sənəddə irəli sürdüyümüz alternativlərdə konstitusiya müddəasının reallaşdırılma mexanizmlərinə dair də təkliflər verməyə çalışmışıq.

Qeyd edək ki, hazırkı şəraitdə mövcud inzibati nəzarət mexanizminin özünün təkmilləşdirilərək səmərəliliyinin artırılmasına daha çox ehtiyac var. Bildiyimiz kimi yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət «Bələdiyyələrin fəaliyyətinə inzibatı nəzarət haqqında» qanunla tənzimlənir (3). Bu qanun 2003–cü ildə qəbul edilib və inzibatı faliyyətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Bu qanuna görə inzibatı nəzarət bələdiyyələr, bələdiyyə orqanları, və onların vəzifəli şəxsləri tərəfindən ölkə qanunlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədilə həyata keçirilir. Bu qanunun icrasına nəzarət Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Bələdiyyələrlə İş Mərkəzi tərəfindən həyata keçirilir. Qanunun qəbulu uzunmüddətli debatlar və müzakirələrin nəticəsi kimi meydana çıxmışdır “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 4-cü maddəsi inzibati nəzarətin həyata keçirlməsinin şərtlərini müəyyənləşdirərkən nəzarətin səmərəli təşkili üçün mühüm olan bir sıra tələblər irəli sürür (3). Məsələn, 4.4-cü maddəyə görə inzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz. Yaxud 4.5-ci maddənin tələbinə görə nizibati nəzarət həyata keçirilərkən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır. Şübhəsi ki, bu prinsiplər bələdiyyə idarəetməsinin səmərəliliyini təmin edə biləcək nəzarət sisteminin qurulması baxımından əhəmiyyətlidir. Lakin təəssüf ki, qanunun inzibati nəzarət icraatının başlanması üçün əsaslar müəyyən edən 5-ci maddəsi təcrübədə həmin prinsiplərin pozulması üçün əsas yaradır. Belə ki, həmin maddə hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciətini inzibati nəzarət icraatının başlanması üçün əsas hesab edir. Bu, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən həyata keçirilən nəzarətin məqsədlərinə uyğun deyil və bələdiyyələrin fəaliyyətinə əlavə müdaxilələr üçün əsas yaradır. Əslində hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının qanunla birbaşa məhkəməyə müraciət etmək hququ tanınır və onlar bu hüquqdan bilavasitə istifadə etmək imkanına malikdirlər.

Təəssüf ki, Ədliyyə Nazirliyin Milli Məclisə təqdim etdiyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik (2009-cu il üzrə) məruzədən (Bax: Əlavə 2) “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 5-ci maddəsinin (həmin maddə hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciətini inzibati nəzarət icraatının başlanması üçün əsas hesab) nəzarətin nəticələrinin göstəricisi kimi çıxış edən statistikaya təsirini qiymətləndirmək mümkün deyil. Çünki məruzədə inzibati icraatın hansı əsaslarla aparıldığı konkret qeyd olunmayıb.



Apardığımız sorğuda iştirak edənlərin əksəriyyəti bələdiyyələrin fəaliyyətinə nəzarətin sərtləşdirilməsinin əleyhinədir. Əksinə, həm bələdiyyə təmsilçiləri, həm də ekspertlər mövcud nəzarət mexanizminin hər hansı sərtləşdirmə aprılmadan təkmilləşdirilməsini təklif edirlər. Ona görə də bu məsələ təklif etdiyimiz alternativlərin əsasını təşkil edir.

XARICI ÖLKƏLƏRIN TƏCRÜBƏSI
«Yerli özünüidarə haqqında» Avropa Xartiyasının (1) 8-ci maddəsi yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarətin ümumi prinsiplərini müəyyən edir. Həmin prinsiplərdən çıxış edərək ayrı-ayrı ölkələrdə bələdiyyələrin fəaliyyətinə nəzarətlə bağı müxtəlif prosedur və qaydalar nəzərdə tutulur. Belə müxtəlifliyə baxmayaraq nəzarətin başlıca məqsədi idarəetmədə səmərəliliyin təmin olunmasıdır. «Xartiya»nın müddəalarına şərhlər adlı izahedici sənədində bəzi prinsipial müddəalar göstərilmişdir ki, bu da 8-ci maddənin açılmasna kömək edir. Məsələn, bələdiyyələrin fəaliyyətinə başqa (bələdiyyədən kənar) idarəetmə pillələrində yerləşmiş dövlət orqanları tərəfindən nəzarətdən bəhs edildiyi halda digər orqanların – ombudsman və məhkəmələrin (vətəndaşların bələdiyyə orqanlarına qarşı şikayətlə məhkəmələrə müraciət etməsi) və ya təhqiqat və istintaq aparmaq səlahiyyəti olan digər rəsmi orqanların nəzarət funksiyalarını həyata keçirmək fəaliyyətləri bura daxil deyildir.

Avropa Şurasınını Yerli və Regional Hakimiyyətlər Konqresi 1996–cı ildə nəzarət və onun keçirilməsi barədə hesabat hazırlamışdır.1 Bu hesabat nəzarətin aparlımasını sistemləşdirmiş və Xartiyanın 8-ci maddəsinin vacibliyini qeyd etmişdir. Ümumiyyətlə isə bu hesabat belə bir nəticəyə gəlmişdir ki, məqsəduyğunluq2 baxımından nəzarət və təftiş bütün Avropa ölkələri üzrə zəifləmişdir.

Sonrakı dövrlərdə Yerli və Regional Hakimiyyətlər Konqresinin təyin etdiyi Prof. K. Himsvors (İngiltərə) nəzarət barədə və bələdiyyələr üzərində nəzarətin yeni formaları ilə əlaqədar bir araşdırma aparmışdır3. Araşdırmanın səbəbi 2005-ci illərin ortalarında Avropa ölklərində nəzarət formalarının tətbiqi zamanı meydana çıxan tendensiyaları müəyyn etmək və müxtəlif ölkələrdə nəzarət mexanizmlərinin tətbiqində bələdiyyələrə məxsus sərbəstliyə nə dərəcədə riayət edildiyini araşdırmaqdan ibarət idi. Çünkü son dövrlərdə Avropa Şurasına daxil olan ölkələrdə mərkəzi hakimiyyət orqanları yerli özünüidarə qurumlarına geniş səlahiyyət və vəzifələr vermiş, bu vəzifələrin icrası ilə bağlı maraqların artması müxtəlif nəzarət-baxış formalarının, o cümlədən yeni nəzarət formalarının meydana çıxmasını labüd etmişdir.

Qeyd etmək lazımdır ki, üzun illərdir Avropanın bir çox ölkəsində Xartiyanın 8-ci maddəsinin tətbiqi və icrası çətinliklərlə qarşılaşmaqdadır. Bü çətinliklər hər bir ölkədə özünəməxsus şəkil və formada meydana çıxır. Bəzi ölkələrdə nəzərət ənənələrə əsaslanırsa və sistematik və institsional nəzarət formaları ilə bağlıdırsa, digər ölkələdə konkret məqsədlə və ya xüsusi qərarlar əsasında aparılan nəzarət formaları ilə əlaqədardır. Digər tərəfdən 8-ci maddədənin məzmununda ifadə edilən hüquqi müddəa heç bir halda, belə demək mümkünsə, əlahiddə şəkildə iddia edilə bilməz. Burada nəzarət və onun təşkili 9-cu maddədə təminat verilən maliyyə sərbəstliyi ilə vəhdət təşkil etdiyindən nəzarət və onun təşkilinə bu iki maddənin bir birini tamamlaması şəklində baxılması daha doğru olardı. Avropa Şurasınını Yerli və Regional Hakimiyyətlər Konqresi bu mövzu ilə əlaqədar bələdiyyələrdə nəzarətin yeni formaları barədə 223 (2006) saylı Qətnamə də qəbul etmişdir4. 2006-ci ildə bu mövzu idə əlaqədar başqa bir izahedici sənəd də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən hazırlanmışdır.5

Ümumiyyətlə nəzarətin məqsədi nədən ibarətdir? Nəzarətdə məqsəd mövcüd nösanqları aradan qaldırmaq, müvafiq qurumları cərimələmək və ya bələdiyyə idarəçiliyini təkmilləşdirməkdirmi? Nəzarətdə məqsəd səmərəlilikdirmi? Məqsəd mərkəzi orqanlardan daxil olan maliyyə yardımlarının istifadəsi və xərclənməsinin monitoriqidirmi? Nəzarətdə məqsəd ölkədaxili və ya da rayon səviyyəsində göstərilən bütün xidmətlərin unifikasiyasını təmin etməkdirmi? Nəzarət hər hansı bir fəaliyyətin səmərəlik və ya qənaət prinsiplərini təmin etmək üçündürmü? Nəzarət göstəriş ilə hər hansı fəaliyyətin məqsədəuyğunluğunu araşdırmaqdırmı? Yoxlama və təftişdə son nəticə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq və ya öncədən proqnazlaşdırılmış nöqsan və kəsirlərin azaldılmasına çalışmaqdırmı? Əslində nəzarətin müxtəlif formalarda tətbiqinə təşəbbüs göstərən ölkələrdə bütün bu suallara cavab axtarılır. Aşağıda nəzarətin müxtəlif formalarının (inzibati, ictimai və bələdiyyədaxili) tətbiqi sahəsində bir sıra ölkələrin təcrübəsi verilib6. Müxtəlif nəzarət formaları ilə bağlı təcrübənin verilməsində məqsəd nəzarət sistemi haqqında bütöv təsəvvür yaratmaqdır.

Norvec. Norveçdə həyata keçirilən nəzarətdə əsas məqsəd bələdiyyə və regional hakimiyyət orqanlarının qərarlarının hüquqi baxımından qanunauyğunluğunu müəyyn etməkdir. Başqa Avropa ölkələrindən fərqli olaraq Norveçdə dövlətə məxsus olan fəaliyyətlərin böyük bir qismi yerli orqanlara verilmişdir. Məhz buna görə də məqsəduyğunluq baxımından nəzarətin təşkil edilməsi bu təşkilatların əsas fəaliyyət istiqamətlərindən biridir. Digər tərəfdən bir çox sahələrdə qanunla müəyyən edilib ki, bələdiyyələr öz strukturlarında daxili audit bölmələri yarada bilər və bu da Norveç dövlət administrasiyanın strandarları əsasında təşkil olunmalıdır. Eyni zamanda dövlət orqanları bu təşkilatların fəaliyyətinə cavabdehdir.

Norveç bələdiyyələri dövlət idarəçiliyi sahəsində mövcud olan nəzarət üsul və metodlarından geniş istifadə edilir. Bu üsul və metodlardan daha çox bələdiyyə orqanları tərəfindən təqdim edilən «xidmət»lərin keyfiyyət və səmərəlik göstəricilərinə daim baxış və bu sahədə nəzarətin keçiriləmsində istifadə edilir. Bu nəzarəti həyata keçirmək üçün hətta dövlət qurumları ilə bərabər yeni təşkilati strukturlar da təsis edilir. Bu istiqamətdə çox önəmli sahə təhsil və səhiyyə sahələri hesab edilir. Məsələn, Norveçin səhiyyə nəzarəti təşkilatının Əsasnaməsinə əsasən dövlət, özəl və bələdiyyə orqanları tərəfindən göstərilən səhiyyə xidmətinə fərq qoymadan səhiyyə sahəsində mütləq nəzarət-baxış həyata keçirilməldir. Başqa sözlə, səhiyyə xidməti göstərən hər bir qurum özünün daxili audit strukturu vasitəsilə məcburi olaraq səhiyyə xidmətinə baxış keçirir və zəruri hallarda əgər bu xidmətlərin göstəriciləri müvafiq standartlara cavab vermirsə, həmin təşkilatlar tərəfindən qərarlar qəbul edilir.

Beləliklə, bələdiyyələrin daxili audit strukturu dövlət idarəçiliyi sahəsində mövcud olan nəzarət üsul və metodlarından geniş istifadə edir. Burada bələdiyyə xidmətlərinin keyfiyyət və səmərəlik göstəricilərinə riayət olunması şərtdir.

İctimai nəzarətin nə konstitusiya təminatı, nə də qanunlarda bu barədə maddə var. Bələdiyyələrin müxtəlif qruplarla məşvərət aparması barədə konstitusiyada və qanunlarda da maddə yoxdur. Ümumiyyətlə, müxtəlif qrupların tanınması üçün formal və qeyri-formal prosedurlar da mövcud deyildir. Lakin müxtəlif vətəndaş qruplarının qərar qəbulu prosesində iştirakının institusional mexanizmi mövcuddur. Bura dialoqların aparlıması üçün məşvərət şurası, valideyin şuraları və s. daxildir. Birbaşa demokratiynın institusianal alətləri də mövcuddur. Buna misal olaraq «məşvərət referndum»larının keçirilməsini göstərmək olar. Məşvərət mexanizmlərinin məcburiliyinin qanunlarla təmin edilməsi baxımından bu ölkədə norma nəzərdə tutulmayıb.

25 Seniyabr 1992–ci il tarixli yerli hakimiyyət orqanları haqqında Akta görə, ümumiyyətlə regional və yerli özünüidarə qurumlarının məcburi müdafiəsi nəzərdə tutulmur. Siyasi və administrativ təcrübə baxmından bələdiyyə oraqanları bələdiyyə xidmətlərinin təşkili və icrasında müstəqil bir qurum olmaqdan daha çox, mərkəzi dövlətin yerli strukturları hesab edilirlər.

Norveç hüquq sistemidə hər bir sahə nazirliyi bələdiyyələr tərəfindən qəbul edilmiş qərarların hüquqi baxımdan qanunauyğunluğunu öz səlahiyyətləri daxilində nəzərdən keçirə bilər. Bu səlahiyyətlər bir çox hallarda kaunti dedeyimiz inzibatı ərazi vahidinin qubernatoruna həvalə edilir. Bələdiyyələr qubernatorun qəbul etdiyi qərarın dəyişməsini istəyə bilərlər. Amma buna təcrübədə az rast gəlinib. Qubernator nəzarətə cavbdehdir. O, bu funksiyaları icra edərkən məsələnin ancaq hüquqi baxımdan araşdırılmasına məsüliyyət daşıyır. Hüquqi baxımdan nəzarət bələdiyyə orqanının üç üzvünün xahişi ilə başlana bilər və ya qubernatorun təşəbbüsü qaydasında irəli sürülə bilər.

Əgər mübahisəli məsələ ilə bağlı hər hansı qəbul edilmiş qərar məhkəmələrə «çıxarılmazsa», sahə nazirinin qərarı qüvvədə qalır. Əgər bələdiyyələr öz səlahiyyətlərindən kənar məsələlər barədə qərar qəbul edərlərsə, həmin bələdiyyə aktı qubernatorun sərəncamı ilə qüvvədən düşmüş hesab edilə bilər. Bu cür hallar da nadirdir. Əgər bələdiyyəyə və regional hakimiyyət orqanlarına dövlət səlahiyyətlərinə aid vəzifələr həvalə edilərsə, qubernator tərəfindən qərar və bələdiyyə aktlarının məqsədəuyğunluğu baxımından ümumi inzibatı nəzarət aparıla bilər. Hətta qubernator verəcəyi qərarın qəbulunda azaddır və zərurət yaranarsa, dəyişiklər edə bilər. Lakin qubernator Dövlət Administrasiyaısı haqqında Qanunun 34-cü maddəsinə əsasən icra etdiyi vəzifələrdə səlahiyyət məhdudiyyətini aşa bilməz.

Norveçdə nəzərətin həyata keçirilməsi üçün mövcud olan standart prosedurlar əsasən mərkəzi hakimiyyət orqanları tərəfindən müəyyənləşdirilir və əlbəttə, həmin təşkilatların Əsasnamələri və administrativ qararların tətbiqi vasitəsilə icra edilir.

Nəzarət edən təşkilatlar səlahiyyətləri baxımından əsasən mərkəzi hökumətə hesabat/məruzə təqdim edirlər. Bundan başqa nəzarətedici təşkilatlar bələdiyyə orqanları ilə dialoq vasitəsilə mövcud problemləri həll edirlər. Bu proses nəzarət sanksiyalarının tətbiqi ilə yox, məhz dioloq vasitəsi ilə, problemin aradan qaldırılması yolu ilə həyata keçirilir. Əlavə olaraq nəzarətedici təşkilalar bələdiyyəyə tövsiyyələr təqdim edə bilərlər. Bəzi sahələrdə bələdiyyələrin fəaliyyəti və ya fəaliyyətsizliyi barədə sərəncamlar verilə bilər.

Beləliklə, bələdiyyələr dövlət hakimiyyət strukturunun tərkib hissəsi kimi qəbul edilir və nəzarət dövlət qurumları və agentlikləri tərəfindən dövlət idarəçiliyinin müəyyən etdiyi normlar əsasında həyata keçirilir.




Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə