IV. Nəticə
25. Bu Qanun Layihəsi “Bələdiyyələrin müstəqilliyinin təminati” haqqında Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinə dəyişikliklər edildikdən sonra hazırlanıb. Bu dəyişikliklərin müzakirə olunduğu rəydə Venesiya Komissiyası bir sıra problemli məsələlərin olduğunu bildirib. O da həmçinin qeyd olunub ki, müvafiq qanun qəbul edilsə belə, rəydə ifadə olunan problemli məsələlərin bəziləri öz əhəmiyyətini itirəcək.
26. Bu mənada Komissiya Qanun Layihəsinin yerli özünüidarəetmə prinsipinə hörmətin təmin edilməsi və Azərbycanda bələdiyyələrin müstəqilliyinin Avropa Xartiyasına uyğun olaraq təmin edilməsi baxımından əhəmiyyətini vurğulayir.
27. Bununla belə, Komissiya bildirir ki, araşdırılan Qanun Layihəsində diqqət yetirilməli müəyyən məsələlər var. Bunlara əsasən aşağıdakılar daxildir:
-bələdiyyə üzvünün səlahiyyətlərinin dayandırılması halları və bunun təsdiqi proseduru aydın və dəqiq şəkildə ifadə olunmalıdır və vəzifədən azad olunmanın yalnız seçilmiş təmsilçinin ciddi pozuntulara yol verdiyi halda müstəsna tədbir kimi tətbiq olunması prinsipinə uyğun olmalıdır;
- nəzarətçi orqan qanunla, Avropa Xartiyasının 8-ci Maddəsinə uyğun müəyyən olunmalıdır və bu nəzarətin dəqiq sahələri aydın şəkildə göstərilməlidir;
- hesabat proseduru müvafiq bələdiyyənin cəlb olunmasına və təkmilləşdirilmiş hesabatın verilməsinə imkan verməlidir;
- bütün prossesual təminatlar, o cümlədən məhkəmə müdaxiləsi aydın şəkildə təmin olunmalıdır.
28. Komissiya Qanun Layihəsinin daha da təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının hakimiyyət orqanlarına yardım etməyə hazırdır.
SON QEYDLƏR
-
Mövzu ilə bağlı mətbuatda bir sıra yazılar dərc olunub:
-
“Муниципалитеты отчитаются перед парламентом”. «Эxo». 28.01.2010
-
“Hökumət referendumla dəyişdiyi qanunun mexanizmlərini hazırlaya bilmir”. “Yeni Müsavat”. 24.02.2010
-
“Принять-то приняли, а дальше что?”. “Zerkalo”. http://www.zerkalo.az/2010-03-06/short-news/7696-parlament-munitsipalitet-otchet
-
“Bələdiyyələr hesabatı kimə verməlidir?”. http://modern.az/articles/2736/1/
-
Bələdiyyələrin Milli Məclisdə hesabatı haqqında qanun layihəsinin hazırlanması haqqında məlumat verilib
Municipality.az saytında (3.03.2010) məlumatına görə “bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi ilə bağlı qanun layihəsi hazırlanır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə YAP-ın rəsmi saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. A.Rəhimzadə bildirib ki, ötən ilin mart ayında keçirilmiş referendum nəticəsində Konstitusiyaya yerli özünü idarəetmə orqanlarının parlament qarşısında hesabat verməsinə dair bənd əlavə olunub. Onun sözlərinə görə, hazırlanan qanun layihəsində bu hesabatın verilməsinin mexanizmləri, qaydaları əks olunacaq....Komitə sədri qeyd edib ki, sənədin hazırlanması prosesi tezliklə yekunlaşsa, Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılacaq”.
Qeyd edək ki, bu siyasət sənədinin yekun variantı 2010-cu il martın 15-də hazır olub. Bu müddətə qədər haqqında danışılan qanun layihəsi ilə bağlı hər hansı müzakirələrin aparlması barədə ictimaiyyətə məlumat verilməyib.
ƏDƏBİYYAT
Qanunvericilik
-
“Yerli özünüidarə haqqında” Avropa Xartiyası
-
Azərbaycan Respublikasinin Konstitusiyası
-
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu
-
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu
Digər mənbələr
-
The new forms of control over local authorities: The Congress/CPL (13) 6part2/23 October 2006
-
Resolution 223 (2006) on the new forms of control over local authorities
-
Децентрализация: эксперименты и реформы. Органы местного самоуправления в Центральной и Восточной Европе. Том 1. Будапешт, 2000.
-
Зарубежные модели местного самоуправления. «Вестник ИГЭУ»Вып.1 2008 г.
-
“Yerli özünüidarə: Avropa təcrübəsi”. Bakı, Çaşoğlu, 2003.
-
Explanatory memorandum: Public participation in local affairs and elections CPL (12) 10 Part II
-
Рахработка новых правил игры в старых условиях. OSİ/LGİ, 2001.
-
Teoman Ünüsan. Avropada yerli idarəetmələr və Azərbaycan. Bakı, 2001.
-
Local Authorities in Turkey. Ankara. 1999.
-
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2003-cü il 21 may tarixli “Azərbaycanda yerli və regional demokratiyaya dair” 126 saylı Tövsiyəsi
-
V.Y.Çirkin. Xarici ölkələrin konstitusiya hüququ. “Digesta”. Bakı, 2007
-
Jörg Bogumil. Administrative Modernisation and the Logic of Politics. Impact of the New Steering Model on Relations between Local Government Politics and Administration
-
Administrative Transformation in Central and Eastern Europe. Towards Public Sector Reform in Post-Communist Societies /Ed. J.J.Hesse. 1993.
-
Xarici ölkələrin konstitusiya (dövlət) hüququ. Qanun 2007.
Dostları ilə paylaş: |