Azərbaycanlılar Yaşıl Yolları sevirlər!? Ekoloji velo kampaniya



Yüklə 27.48 Kb.
tarix04.07.2018
ölçüsü27.48 Kb.






Azərbaycanlılar Yaşıl Yolları sevirlər!?

Ekoloji velo kampaniya





Azərbaycanlılar Yaşıl Yolları sevirlər!?

EKOLOJİ VELO KAMPANİYA

Abşeron, Azərbaycan

9 – 14 Sentyabr 2008



MƏLUMAT

Nə üçün bu cür tədbirlər əhəmiyyətlidir?

Cəmiyyət meydana gəldiyi vaxtdan bu günə kimi insanlar təbiətin bəxş etdiyi əvəzsiz təbii sərvətlərdən geniş istifadə etmiş və edəcəklər. Belə təbii sərvətlərsiz bütün varlıqların, o cümlədən isanların yaşayışı mümkün deyildir və məhz buna görə də onlardan daha səmərəli istifadə edilməlidir. İnsanlar bu təbii sərvətlərinin sıradan çıxmasına, onların məhv olmasına da səbəb olmuşlar. Son 50-60 ildə insanların təbiətə mənfi müdaxiləsi nəticəsində bir çox bitkilər məhv olmuş, bəzilərinin arealları kiçilmiş, növlərinin sayı azalmışdır.

Demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ekoloji maarifləndirici tədbirlərlə bərabər ölkənin iqtisadiyyatının güclənməsinə və yerli əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına və sağlam mühitdə rahat yaşaması üçün müxtəlif proqramlar hazırlanır və həyata keçirilir. Bunlardan bəziləri müxtəlif növ ekoloji aksiyalar, ağac əkmək, təbiət qoynunda ekoloji düşərgələr həmçinin digər ölkələrdə daha çox populyar olan eko-gəzintilər və yürüşlərdir ki, bunlardan daha çox istifadə olunanı hər birimizin yaxşı tanıdığı və sevdiyi velosipedlərdir.

Dünyanın bir çox ölkələrində velosiped avtomobillə rəqabət aparır və artıq alternativ nəqliyyat vasitəsinə çevrilib. Bildiyiniz kimi, Avropa ölkələrində velosipeddən gündəlik həyatlarında, məktəbə, universitedə və yaxud işə getmək məqsədilə istifadə edirlər. Böyük şirkətlərin rəhbərləri, İnstitut rektorları, nazirlər və digər dövlət məmurları bu nəqliyyat vasitəsindən istifadə edir. Xaricdə velosipedə yalnız sağlamlıq baxımından deyil həmçinin, ekoloji cəhətdən də təmiz vasitə kimi baxıldığı halda, Azərbaycanda çox təsüf ki velosiped sürənlərə münasibət ürəkaçan deyil.

Hal hazırda Bakıda, Gəncədə və digər böyük şəhərlərdə velosipedçilər üçün xüsusi cığırların olmaması bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayını azaldır. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi ekoloji aksiyaları artıq 2000-ci ildən başlamışdır. 2007-ci ilin Avqust - Sentyabr ayında Gəncə şəhərində birinci velo yürüşlərdən start götürən Birlik sonradan şəhərdə mütamadi olaraq müxtəlif marşrutlarla, qısa və uzun müddətli velosiped gəzintiləri keçirərək, ictimayyətin və xüsusi ilə də avtomobil sürücülərinin velosipedlərə adət etməsi və avtomobillərdən az istifadə etməsinə səsləyidilər.

Bu cür işlər nəinki bizim sağlam mühitdə yaşamağımızı təmin edir həmçinində gələcəkdə bizdən sonra yaşamalı olacaq Azərbaycanlıların sağlam və gözəl ətraf mühitdə yaşamasını təmin edir.

Və sonda layihəyənin həyata keçirilməsində maliyyə dəstəyi göstərən Azərbaycan Dövlət Neft Şirkəti və Dünya Bankına xüsusi minnətdarlığımızı bildiririk.



MƏQSƏD
Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən özəlliklə dövlət, qeyri dövlət strukturlarının nümayəndləri həmçinin tələbələrin fəal iştirakı ilə ölkədə ekoloji maarifləndirmə işini gücləndirərək insanları ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmağa çağırmaqdır.



VƏZİFƏLƏR


  • 20 nəfərdən ibarət bir komanda yığaraq (18 iştirakçı və 2 təşkilatçı) 3 günlük Workshop (təlim) keçirmək və aşağıdakı mövzular ətrafında müzakirələr aparmaq

 Gənc təbiət sevərlərin və mühafizəçilərin dünyada və ölkəmizdə rolu

 Nə üçün velosiped? və velosipedin bizim gündəlik həyatımızdakı rolu

 Yerli əhalini ətraf mühitin qorunmasında məsuliyyətini artırmaq və həvəsləndirmək üçün hansı üsullardan istifadə etmək olar?

 Dünyada ekoloji hərəkatların və təşkilatların keçirtdiyi tədbirlər

 CO2, Hava, H2O, Torpaq o cümlədən də iqlim dəyişmələri haqqında ilkin anlayışlar




  • 3 günlük Workshop bitdikdən sonra elə həmin heyyətlə birgə Bakı və Bakı ətrafı rayonlara üç günlük velosiped gəzintiləri – yürüşləri təşkil olunacaq.



  • Layihənin növbəti vəzifələrindən biri də yerli əhalini xüsusilə də gəncləri ətraf mühitin qorunmasında məsuliyyətini artırmaq həmçinin nəqliyat vasitəsi olan velosipedin yalnız həyət evlərində və ya uşaqların oyuncağı kimi baxmaq deyil tam əksinə olaraq velosipedlərin şəhər mühitində və yaşından asılı olmayaraq hər bir insanın sürə biləcək bir nəqliyyat vasitəsi kimi tanınmasını aşkar etməkdir. Velo gəzintilər zamanı yerli insanlarla söhbətlər zamanı onlardan “bu sahədə hansı fəaliyyət proqramları hazırlana” və ümumiyyətlə “hansı işlər görülə bilər?” kimi, suallar verilərək fikirlər mübadilələri aparılacaqdır.



  • Velo gəzintilərin sonunda, səfərlər zamanı aparılan söhbətlərdən toplanan qeydlər ümumiləşərək yekun məlumatlandırıcı sənəd KİV nümayəndələrinə paylanacaqdır. Həmçinin Bakıda, Gəncədə və digər böyük şəhərlərdə velosiped sürənlər üçün xüsusi cığırların çəkilməsini təklif olunmasını rəsmi məktub şəklində hazırlayaraq Nazirliklərə və digər adiyatı qurumlara göndəriləcəkdir.





İŞTİRAKÇILARIN SEÇİMİ

Layihədə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən Hökümət, Qeyri-Hökümət təşkilatlarının nümayəndələri o cümlədəndə ali təhsil ocaqlarında təhsil alan tələbələr qatıla bilərlər

İştirakçılar aşağıdakı meyarlar əsasında seçiləcəkdir:

18-35 yaş həddi olmalı; (istisnalar olacaq)

 fəal olmalı;

 Azərbaycan vətəndaşı olmalı;

 ətraf mühitinin qorunmasında və könüllülükdə həvəsli olmalı.

Seçim zamanı qruplarda gender balansa və yaş müxtəlifliyinə diqqət veriləcəkdir. Seçimin ən əsas meyarlarından biri ərizəçinin motivasiyası olacaqdır.





TƏŞKİLATİ MƏSƏLƏLƏR:

Layihəyə qoşulmaq istəyənlərin öhdəlikləri

Təşkilatçıların öhdəlikləri

  • workshop və velo gəzintilər boyu yemək və qalacaq xərcləri təşkilatçılar tərəfindən təmin olunacaqdır

  • layihə iştirakçıları üçün hazırlanacaq xüsusi qısaqol köynəklər

  • hər bir iştirakçı xüsusi baş geyimi və velosipedlərlə təmin olunacaq (7 gün ərzində velosiped və baş geyimi həmin iştirakçıların öhdəliyinə veriləcəkdir)

Son müraciət tarixi: 27 iyul 28-ci il

ətraflı məlumatı və ərizə formasını greenbikers@bf-az.org ünvanından əldə edə bilərsiniz


MARAĞINIZ VƏ DƏSTƏYİNİZ ÜÇÜN ÖNCƏDƏN TƏŞƏKKÜR EDİRİK!



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə