Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki,bütün xoşagəlməz hallar haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq,yerli icra hakimiyyət orqanlarına məlumat versin ki,biz bu nöqsanları



Yüklə 18,7 Kb.
tarix02.06.2018
ölçüsü18,7 Kb.
#52419

Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki,bütün xoşagəlməz hallar haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq,yerli icra hakimiyyət orqanlarına məlumat versin ki,biz bu nöqsanları,bu yaraları daha da tezliklə aradan qaldıraq”.

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev
Bakı şəhəri İcra Hakimiyyəti Başçısı

cənab Hacıbala Abutalıbova

Bakı şəhəri, Yasamal r-nu Xiyabani 18 ünvanında

"MUR-AY" MMC (VÖEN 1300981931) tərəfındən tikilməkdə olan binadan

mənzil almış və onun dələduz rəhbərləri tərəfindən aldadılmış

Azərbaycan vətəndaşları tərəfindən




MÜRACİƏT

Hörmətli Mer Hacıbala Abutalıbov !

Sizə "MUR-AY" MMC tərəfindən aldadılmış 900-dək Azərbaycan vətəndaşı adından müraciət edirik!

Bizlər bu tikinti şirkəti tərəfindən illər uzunu aldadılaraq ev almaq ümidi ilə yaşayırdıq. Lakin 2010-cu ilin ortalarından başlayaraq artan şübhələrimiz özünü əfsus ki, doğrultdu. Biz piramida yolu ilə dələduzlar vasitəsilə aldadıldığımızı anlayandan sonra Azərbaycan Dövlətinin qanunları vasitəsilə öz tapdanmış hüquqlarımızı bərpa etmək üçün mübarizəyə qalxdıq. 2010-cu ilin sentyabr ayından hadisələr cərəyan etməyə başladı. Müxtəlif yollar ilə bizləri müxtəlif dələduzlar aldatmağa çalışdılar. Biz isə hər bir işin qanun çərçivəsində həllinə çalışdıq və bütün bunlara rəğmən DİN-də 02.11.2010 tarixdən 98039 saylı cinayət işi açıldı. Bu cinayət işində 900-dək vətəndaşın aldadıldığı aşkar edildi. 01.03.2011 tarixdə isə Baş Prokurorluğun qərarı ilə 1 qrup şəxs bu iş ilə əlaqədar olaraq həbs edildi. Payçılar bu 8 ay ərzində müxtəlif dövlət qurumlarına təklikdə və kollektiv şəklində paket kimi minlərlə şikayət məktubu göndərib, TV və mətbuatda məlumatlar verib, sonsuz sayda müxtəlif Dövlət orqanları qarşısında aksiyalar keçiriblər. Lakin görülmüş bütün bu tədbirlərə baxmayaraq indiyədək bu problem həllini tapmamış, vətəndaşlara dəyən zərər ödənilməmişdir.

Nəzərinizə çatdırmaq istərdik ki, aidiyyəti qurumların nəzarətsizliyi nəticəsində (Azərbaycan Respublikası Konstitusiyası Maddə 68-II. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.) insanlar külli miqdarda maddi və mənəvi ziyana uğramışlar. Öz Konstitusiya hüquqlarımızın bərpa edilməsi (Azərbaycan Respublikası Konstitusiyası Maddə12-I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 26-II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə71-I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.) istiqamətində bütün qanunauyğun addımları atmışıq.

Son bildiyimiz məlumatlara görə bizim problemin həll edilməsi Bakı İcra hakimiyyətinə həvalə edilmişdi. Payçılar ilə son görüşünüzdə Bizlərə təklif etdiniz ki, Biz payçılardan ibarət kooperativ yaradaq və Siz "MUR-AY" MMC-yə məxsus mülkiyyəti olan torpaq və binanı sərəncam ilə bu kooperativin adına keçirəsiniz. Lakin Bizlər 870 adamı bir araya gətirə bilmərik.Yəni 870 adamı toplayaraq (xarici dövlətlərdə 100-dək payçının yaşadığını nəzərə alsaq) kooperativ yaratmaq bizim imkanımız xaricindədi. Bunu ancaq DÖVLƏT edə bilər.


Buna görə Bizlər - aşağıda imzası olan payçılar problemin həlli yollarını belə görürük və aşağıdakı təklifləri edirik.


  1. "MUR-AY" MMC-yə məxsus mülkiyyət və aktivlər Bakı şəhər İcra Hakimiyyətinin balansına keçirilsin sovet dönəmində olduğu kimi ... Bakı İcra Hakimiyyəti bütün payçıları mənzillərinə order və acar ilə özü təmin etsin.




  1. Problemin köklü həll edilməsi üçün Prezident Aparatı, Nazirlər Kabineti, Baş Prokurorluq, DİN, MTN, FHN, Bakı İcra Hakimiyyəti, Vergilər Nazirliyi, Əmlak məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq komitəsi və digər aidiyyəti olan qurumların nümayəndəsindən ibarət Dövlət Komissiyası yaradılsın. Sonra problemin kompleks həll edilməsi bu Dövlət Komissiyasına həvalə edilsin. Bu zaman aşağıdakı həll yollarını nəzərə alınmasın arzu edərdik;

a) Problem bağlanmış müqavilə şərtləri çərçivəsində həll edilsin ;

b) Yarımçıq tikilmiş binadakı 317 mənzilin gələcək sakinlərinin siyahısı yaradılsın. Onlara order və acarlar təqdim edilsin. Evin tam tikintisi başa çatdırılsın və qanunauyğun şəkildə sahiblərinə müvafiq mülkiyyət sənədi ilə təhvil verilsin.

c) Digər 550-dən çox payçının probleminin həlli üçün ;

- Pulu tam ödəmiş və kreditini tam ödəmək iqtidarında olan payçılara Yeni Yasamal və ona yaxın ərazilərdə hazır binalardan ev təklif edilsin;

- Kreditini birdəfəyə ödəyə bilməyən payçılar üçünsə müqavilədəki kredit şərtləri ilə hazır binalardan ev təklif edilsin . Bu mümkün olmasa yeni binanın tikilməsi yolu ilə bu problem həll edilsin ;

- Az miqdarda ödəniş etmiş və daha ödənişi etməyə iqtidarı olmayan payçıların pulları geri qaytarılsın ;

- Problemin həlli zamanı çatışmayan məbləği isə Dövlət Komissiyası günahkar şəxslərin şəxsi əmlakının müsadirə edilərək bura daxil edilməsi yolu ilə , həm də müxtəlif dövlət ehtiyat fondlardan ayırmalar ilə təmin etsin. Bura ödəniləcək kreditləri də əlavə etdikdə və tikintinin mənfəət naminə deyil vətəndaşların ziyanının ödənilməsi üçün maya dəyərinə aparılacağını nəzərə alsaq, bu problemin həll edilməsinə ümidlər çox böyükdü.

Sizin ilə son görüşümüzdə bizdən yazılı təkliflər paketi verməyimizi xahiş etmişdiniz ki, Siz də bunu Dövlətin Başçısına çatdırasınız.. Biz də bu təkliflər paketini Sizə təqdim edərək Dövlətin Başçısına çatdırmağınızı xahiş edirik. Ümid edirik ki, 900-dək Azərbaycan Vətəndaşının ailə tərkibi ilə birlikdə 5000 dən yuxarı insanın artıq həyatını iflic etmiş bu problemin nəhayət ki, həll yolu tapılacaq.


24 aprel 2011-ci il



Payçılar tərəfindən nümayəndələr:
Yüklə 18,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin