1.2. Dövlət Proqramının məqsəd və vəzifələri Dövlət Proqramının əsas məqsədi “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq, kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanılmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir.