1.4. Dövlət Proqramının maliyyə mənbələri Proqramın maliyyə mənbələri aşağıdakılardır:
dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
1.5. Gözlənilən nəticələr Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcək:
- Azərbaycanda fəaliyyət göstərən kitаbхаnаların fоndlаrının ənənəvi və müasir informasiya daşıyıcıları ilə tаm kоmplеktləşdirilmə mexanizminin yaradılması və bu işin davamlı şəkildə inkişaf etdirilməsi;
- xüsusilə dəyərli, nadir və əhəmiyyətli kitab və sənədlərin surətlərindən rеspublikа sığorta fоndunun və Azərbaycan kitabının toxunulmaz fondunun təşkil edilməsi;
- respublikanın milli-mədəni irsinin qorunması, elektron informasiya daşıyıcılarına köçürülməsi və nəsillərdən-nəsillərə çatdırılması, qiymətli və nadir nəşrlərin dövlət reyestrinin hazırlanması;
- kitabxana fondlarında saxlanılan müxtəlif qrafikada nəşr olunmuş qiymətli əsərlərin əlifbalarının konvertizasiya olunaraq oxucuların istifadəsinə verilməsi, azərbaycanşünaslığa aid fondların zənginləşdirilməsi;